Xəritə -Yer səthinin, dənizlərin, səmaların kağız üzərində çertyoju. “Xəritə” sözü Ərəb, Suryani, Tacik, Özbək d. “xarita”, Yunan d.“xartes”, Arami d. ”xarta”,Rus, İsveç, Şotland, Belarus, Bolqar, Bosna, Qazax, Qırğız, Ukrayna, Xorvat, İsveç d. “karta”, Eston, Niderland d. “kaart”, Alban d. “harte”, İsland d. “kortio”, Latış, Alman d. “karte”, Norveç d. “kart”, Rumın, Serb d. “harta”, Türk d. “harita”, Fin d. “kartta”, Fransız d. “carte”, adlanır. Qalan əksər d. xəritə sözü Latın d. olan “map” sözün fonetik variasiyalarıdır. Bir çox dillərdə kağız üzərində olan çertyojun, yəni “xəritənin” adı ilə eyniləşən “kağız” mənası verən sözlər də var. Məsələn: Bolqar, Makedon d. “xartiya”, İndoneziya d. “kertas”, İtalyan, Korsika d. “carta”, Malta d. “karta”, Rumın d. “hartie” və s. kağız deməkdir. Qalan əksər d. isə “kağız” sözü “papirus sözündən götürülmüş” paper-papur-papier“ və s. kimi deyilir. Hor – Xor tanrısı həm göylərin, tanrıların tanrısı, həm də yerlərin çarı, firon idi. Ehtimal etmək olar ki, “xəritə”sözü və kağız mənasında işlədilən “kart-carta” sözü elə insanlara mədəniyyət, elm öyrətmiş olan Hor tanrısının adı ilə bağlıdır. (Şəkillərdə göstərilənlər; Dendrah zodiakı xəritəsi və Piri Reisin 1513-cü ildə tərtib etdiyi xəritədir)
“Hor sivilizasiyası və onun günümüzdə izləri” kitabından. F. Rüstəmova