
Horizont - Göylə  yeri ayıran xətdir. Həm də Göyün, Yerin və Suyun birləşdiyi xətt; Üfüq. Qədim  Misirdə ən böyük piramida Xeops - Xufu/Hufu piramidasıdır. ÜFÜQ /HUFU/XUFU...Qiza  ərazisində  yerləşdiyi  üçün “Qiza  piramidası”  kimi  də tanınır. Nə  üçün  məhz Qiza? Azərbaycanın  bir  neçə rayonunda, Bakıda, Türkiyədə  İstanbulda, Tallində  də  “Qız qalası” və “Qız qalası”yaşayış  əraziləri  vardır. Digər  ölkələrdəki “Qız“ qalalarından  fərqli olaraq Bakıda tikilən qalanın astronomik məqsədlə tikilməsi  haqqında bir çox versiyalar vardır. Qalanın pəncərələrindən üfüqün ən parlaq ulduzlarını, məsələn, Veqa bürcündəki Lira, Əqrəb bürcündəki Antares, Böyük Ayı bürcündəki Sirius ulduzlarını görmək olar. Həm  də qalanın pəncərələrindən hər biri konkret olaraq bir  ulduza –Siriusa, Veneraya, Antaresə  və s. baxır. İnşa  edildiyi  tarix  dəqiq  bilinməyən  Qalamız, bəlkə  Qız deyil; Oğuz Qalasıdır?  Qız/Quz/Oquz/Oğuz...  Çünki qədim  mənbələrdə  Oğuzların adı, “Quz” kimi də yazılıb. Dədə Qorqud dastanında  da “İç  Oğuzlar”ın haqqında,”İş Quz” olaraq yazılıb. Zaur Həsənov “Çar Skiflər” kitabında  yazır: «M.İ. Artamonov "Xəzərlərin tarixi" kitabında  ətraflı  olaraq  ərəb  mənbələrini izləyib. O, Quzlar haqqında ilk məlumatın onlarda  IX əsrin birinci  yarısına aid olduğunu yazır. Barthold  yazır - X əsrdə Xəzərlərin çox hissəsi, "Türk Quz  inamına bənzər" (Quz) dinə etiqad edirdi. Artamonov X əsrdə "İslamın bütün insanları əhatə etməsinə baxmayaraq Quzlar  arasında geniş yayılsa da, xalqın bir çox hissəsi hələ o dinə inanmırdı". İbn Fadlan yazırdı – Quzlar ağır qoşunlara komandanlıq edirdi, nəslin böyükləri idi, lakin eyni zamanda hətta Quzlardan olan kiçik bir şəxs də icmanın işlərinin həllinə təsir edə bilirdi. İdrisinin sözlərinə görə, "Quz  ölkəsinin sakinləri zəngin, torpaqları münbit, onların ruhları isə narahat idi. Bibliyada “Aş Quz “çarlığından söz edilir ki, tədqiqatçılar oranın; müasir Azərbaycan, yəni şimali Manna olduğunu deyir. Assurlar isə onları “Aş Quz Ay” adlandırır. Anna Komnin deyir ki, Uslar/Uzlar, Unnlar/Hunnlar Qafqazda yaşayırdılar. Anarın etnoqrafik qeydlərində isə “Uquz”elə ”Oğuzdur”. “Hüdudi aləm” adlanan coğrafiya traktatında yazılıb ki, “Quzlar” Peçeneqlərin şərqində  yaşayırdı.M.İ. Artamonov yazır – Biz hesab edirik ki, Dneprin şərqindən “Quzlar/Türklər“sərhədi qırdı. Hüdudi aləmdə “Quz Dənizi” haqqında yazılıb ki, M.İ.Artamonov  onun Azov dənizi olduğunu deyir. Konstantinopolda  çəkilən  xəritədə  Türklər  Dnepr çayını; Os/Us/Uz  adlandırıb. V.V. Bartold yazır: Dəşti Qıpçak adlanan geniş çölü; Mahmud Kaşkari “Bilyadi əl Quziya” adlandırıb». Mustafayev  Rəfail Salman oğlu  yazır – “Xızır” sözü isə peyğəmbərin  məxsus olduğu  Xız (ğız, quz) oğuztürk  tayfasının adı ilə əlaqəlidir. Azərbaycanın  indiki Xızı rayonu  ərazisində “Xız qalası” adlı çox möhkəm istehkam olmuşdur. Bu istehkamın adı “Nart” eposunda, bir neçə yerdə çəkilir. Şimali Qafqaz, Dağıstan və Abxaziya  xalqlarının  şərik  olduqları, bir sıra  süjet  və motivləri  eramızdan  əvvəl VIII-VII  əsrlərə aid olan “Nart” eposunda nart adlı tayfaların dəfələrlə hücum etdikləri  və heç vaxt ala bilmədikləri “Xız qalası” haqqında danışılır. M.H.Təhmasib “Azərbaycan xalq dastanları” kitabında yazır: “nəhayət, bu eposda “Xız qalası” adlı çox möhkəm bir qala haqqında danışılır. Eposa görə bu qala nartların dəfələrlə hücum etdikləri, lakin ala bilmədikləri bir istehkamdır” (85, s. 120). Eposda “böyük qara bir qayaya söykənmiş” bu qalanın dənizdən Beşbarmaq qayaya qədər uzanan səddin şimal-qərbində, Beşbarmaqdan başlayaraq Fındığan (Findağan) kəndini əhatə edərək indiki Xızı şəhərinə qədər ərazidə  yerləşmiş  Xız qalası  və ya Beşbarmaq istehkamı olduğuna heç bir şübhə yoxdur». “Quz”  ifadəsinin “Oğuz” etnonimi ilə əlaqəladar ola bilməsi ehtimalı aşağıda  adları verilmiş olan toponim və  oronimlərlərdən də açıq görünür ki, həmin  yerlər məhz oğuz türklərinin yaşayış əraziləri olmuşdur. Zəngilan rayonunun Vejnəli kəndinin 6 km-liyində "Qız qalası" qayasında (hünd. 1023 m) qala var. Qalaqayanın üzərində 5 min kv. km. sahəni əhatə edir. Möhtəşəm qala divarları ilə əhatə olunmuşdur. Zəngəzur qəzasının Sisyan mahalında Şəhərcik kəndi yaxınlığında dağda Qızqalası qalasının adı ilə mənaca eynidir. Qizqala - İrəvan quberniyasının Novobazid, Aleksandropol və İrəvan xanlığının Qırxbulaq mahalında, Karpidə, Dərələizdə, Tiflis quberniyasının Borçalı  qəzasında; indi Ermənistanın Taşir rayonunda qalmış kənd adıdır. Eçmidzin qəzasında təpə, Dərələyəzdə isə Qız Qalası dağı var. Gədəbəy rayonunun Söyüdlü kəndindən 2-3 km. cənubda  Şəmkirçay  ilə Mis çayının qovuşduğu  yerdə  hündürlüyü  50 metrə qədər olan sıldırım qaya üzərində "Qız qalası" adlanan qala vardır. Gəncə şəhərinin 10 km-liyində, Yalqışlaq kəndinin şərqində "Qızqala" dağında qala var. Qoşqar çayının səviyyəsindən 180-200 m yüksəklikdə yerləşir. Ağstafa  rayonunun  da Qədim Oğuz torpaqları olduğu  adından məlumdur; Aqstafa/Ağstafa/Oğuztayfa. Nə zaman inşa edildiyi məlum olmayan “Aqsa”məscidinin adı ərəb dilində “uzaq yer”demək olduğu yazılıb. Lakin “Aqsa”sözündə bir Qus/Qqus/Qquz  da gizlidir. Həm də Aqsa məscidinin mehrabının sağında  və solunda həkk  edilmiş  səkkiz  guşəli ulduz da diqqəti cəlb edir ki, o Şumerlərdə Tanrı işarəsi, Oğuz xanın isə möhürü olub. Aqsa məscidinin sol tərəfindəki qapı ”Xızır ” qapısıdır. Aqsa/Qs/Qus/Quz/Oquz...  Türk mənbələrində yazılır: “Məscidi Aksanın ilk dəfə nə zaman  inşa edildiyi tam olaraq bilinməməkdədir. Bununla birlikdə Peygəmber Məhamməddən nəql edilən hədislərdə bu məscidin, Kəbə inşa edildikdən qırx il sonra inşa edildiğyi ifadə edilir. Əbu Zərr əl-Gifari, Peygəmbər Məhəmməddən belə nəqledir: ”Ya Rəsulallah! Yerüzündə ilk inşa edilən məscid hansıdır”?- deyə sordum. Dedi ki: Məscidi Haram. ”Sonra hansıdır”?- deyə sual etdikdə, ”Məscidi Aksa” cavabını verdi. Dedim ki: Aralarında nə qədər sürə var? Dedi ki: qırx  sənə”. Tarixçilərin  Məscidi Aksanı ilk dəfə inşa edənin kim olduğu xüsusunda bir sıra versiyaları var. Bəziləri onun mələklər olduğunu söyləyərkən, digərləri Adəm, oğulları Şit və Nuh, İbrahim kimi peyğəmbərlərin isimlərini vermişlər. Eyni mübahisəli versiyalar Kəbənin inşası üçün də keçərlidir. İbn Abbasdan gələn bir rəvayətdə deyilir: İbn Hacər əl-Askalaninin “Fethul-Bari”  kitabındakı bir rəvayət həm Kəbə, həm də Məscidi Aksanı ilk inşa edənin Adəm olduğunu göstərir. Məscidi Aksa araştırmaçılarından Abdullah Maruf, Adəmin sadəcə 142  ve 144- cü dönüm arasında dəyişən ərazinin hüdudlarını təyin etmək mənasında ilk qurucusu olduğunu bildirir”.                                                                                                            
Britaniyada yazıçı və jurnalist Qrem Xenkok Qiza Piramidasını “kosmik monument” adlandırıb. Üç möhtəşəm Piramidanın “Orion”, yəni “Ovçu” bürcünün kəmərindəki  üç ulduza bənzədib  və  onun analoqu  olduğunu deyib. Robert  Byuvel  isə “Piramidaların Sirri”kitabında  belə bir hipotez irəli  sürüb ki, Qiza Piramidalarının düzülüş planı Orion Bürcünün ulduzlarının  yerləşməsinə uyğundur, belə  ki, “Göylərdə nə varsa, yerdə də o vardır” prinsipidir. Qədim Misirdə  Osirisin Orion bürcünə təcəssüm etdiyinə inanılırdı. Sirius, yəni Qütb ulduzu isə Orion Bürcündən  aşağıda  yerləşir və İsidanın  təcəssümü  kimi qəbul  edilirdi.                                                                                                                                                    Qədim  Misirdə Qiza  piramidasına; Achet-Chufu (bu söz bizim məntiqimizlə  düşünsək, “Ağ  Xətt” sözünə çox bəzəyir. Achet Hufu - Üfüqün Ağ Xətti) deyilir,  yəni   horizont  Xufu. Piramidaları öyrənən misirşünas alim  X.A. Kink yazır ki,”Xufu o kəsdir ki, üfüqə məxsusdur”. Xufu-Hufu  sözü  isə “üfüq”süzünün  güzgüdəki əksidir (R.Əliyev). Dan yerinin qızarması isə islamda Fəcr adlanır. Əl-Fəcr (Dan yeri) surəsi: 1. “And  olsun  dan yerinə”; Bu  surədə Allah Fəcrə and içir. Yəni İslamdan ən azı 7000 il əvvəl Fəcrin  müqəddəsliyi; Qədim Misirdə də qəbul  edilmişdi və Duat adlanırdı.                                                                                                                                                                                                                                                                                                                                                Fəcr  səhərin erkən saatlarında Günəşdən şərq üfüqünə tərəf gedən qırmızılıqdır. Gecə yarısından sonra üfüqün üst tərəfində görünən sarı və ağ işıqlar zəif bir işıq qübbəsi yaradaraq yavaşca üfüqə enir. Get-gedə rənglər ayrılmağa və üfüq açılmağa başlayır. Sonra fəcrin, yəni üfüqə gələn sarı işığın üfüq boyu toplanaraq bir sarı işıq qurşağı meydana gətirir. Onun üstündə də “ağ işıq qurşağı” olur. Bu vaxt  yer üzü qaranlıq olduğu üçün torpağın səthi  üfüq boyu uzanan qara bir qurşaq  kimi görünür. Bu qurşaqlar  tam surətdə üzə çıxdıqda işıq ikiyə bölünür, beləcə, ikinci doğuş başlayır. O vaxta qədər olan işıq səhər vaxtı aydınlığıdır, onunla sübh namazı və oruc  vaxtı girmir. O işıq insanları yanıltdığı üçün ona “fəcri kazib” deyilir. “Faliqul-ısbah - “səhəri bölən Allah” mənası verir. Allah səhər vaxtının əvvəlindən etibarən üfüqdəki qaranlıqla qarışıq olan sarı və ağ işıqları sarı və ağ qurşaqla bölür. Başqa sözlə desək, “fəcr” üfüqü bölərək  səhəri  ayırd edən sarı işığın adı, “faliq” də onu yaran, yəni Allah Təaladır (Mənbə: Din və Fıtrat araşdırmaları mərkəzi). Görkəmli Misirşünas  alim Kurt  Heinrich Sethe qeyd edir ki, “Qədim Misirlilərə görə Duat səmada dan yerinin işıqlanmasından əvvəl görünən qırmızımtıl şəfəqdir, parıltıdır“. Duat; ölənlərin ruhunun mühakimə olunmaq üçün getdiyi dünyadır  və “O” dünya yeraltında deyil, səmadadır. Yəni bu günki  açılan və Tanrının bizə bəxş etdiyi Gün; Üfüqün ağ xətti, ölülər aləmi isə üfüqün sarı xəttidir. Batmaqda olan Günəşin də şəfəqləri sarı rəngdə olur.                                                                                                                                                                                     
   Demək olar ki, əksər dillərdə Horizont sözü eyni  cür tələffüz edilir. Məsələn,  Alban  d. “horizont”,  İngilis  d. “horizon”, Bask  d. “horizon”, Belarus d. “qorizont”,  Bolqar  d. “xorizont“,  Bosna  d. “horizont”,  Valli  d. “gorvel”,  Macar  d.  “horizont”,  Qalisiya d . “horizonte”,  Holland  d .”horizon”,  Dat d.  “horisont”, Makedon  d. “xorizontot” deyilir və s.        
   “Hor sivilizasiyası və onun günümüzdə izləri”  kitabından. F. Rüstəmova