İran parlamentinin deputatı Ruhullah Mütəfəkkir Birləşmiş Ərəb Əmirliklərini ABŞ və İsraillə yaxınlaşmaqdan çəkinməyə çağırıb. O, Əbu-Dabinin regiondakı müharibəyə qoşulmasının ölkə üçün ciddi risklər yaradacağını bildirib.
Globalinfo.az-ın xəbərinə görə, iranlı deputat bildirib ki, əgər BƏƏ rasional düşüncəyə sahibdirsə, İsrail və Amerikanın maraqları naminə özünü təhlükəyə atmamalıdır.
“BƏƏ İran İslam Respublikasının tərkib hissəsi deyil”, – deyə deputat vurğulayıb.
O əlavə edib ki, Əmirlik rəsmiləri bu müharibənin qaydalarını anlamalı və imkanlarını aşan proseslərə müdaxilə etməkdən çəkinməlidirlər.