Ermənistan xalqına fayda verən hər şeyi dəstəkləyəcəyik, lakin Avropa Birliyinə və ya Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmaq məsələsi ilə bağlı referendum keçirməsi məntiqli olar.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransında bildirib.
"Bu, bizim işimiz deyil, amma prinsipcə, referendum keçirmək və Ermənistan vətəndaşlarından seçimlərinin nə olacağını soruşmaq tamamilə məntiqli olardı. Buna görə də, biz müvafiq nəticələr çıxaracaq və mülayim, ağıllı və qarşılıqlı faydalı "boşanma" yolu ilə gedəcəyik", - Putin vurğulayıb.
O, AB-yə üzvlüklə bağlı məsələni Baş nazir Nikol Paşinyanla dəfələrlə müzakirə etdiyini söyləyib.