• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Cəfəri suyu necə hazırlanır? - Ləzzət qatan 5 asan və fərqli resept
Kiyev seçkilərlə bağlı nöqtəni qoydu – RƏSMİ AÇIQLAMA
İranla müharibədən indi çıxa bilərik, amma... - Tramp
Dəmir Qübbəni idarə edən hərbçi İrana casusluq edirmiş
Yeni maaş modeli: Bəs pensiyalarda vəziyyət necə olacaq?
Əlləriniz və ayaqlarınız isinmirsə... - Xroniki üşümə hansı xəstəlikləri göstərir?
Nikol Paşinyan: Köçəryanın siyasəti Azərbaycanla müharibəni qaçılmaz edir
1 kiloqramlıq körpənin ürəyi əməliyyat olundu
Rəsmi Pekin: Tayvan məsələsi Çinin daxili işidir
Qışdan çıxan bədəndə nə çatışmır? – Orqanizmin gizli siqnalları
Niyə uşağı “2” qiymətinə görə danlamaq olmaz?
Əl və Ayaq Dərisi Niyə Quruyur? Onları Necə Nəmləndirmək Olar?
Sadə görünür, amma təhlükəlidir - Diş əti qanaması nəyin xəbəridir?
Nahardan sonra yuxu gəlirsə, bunları edin
Telefon və kompüter gözünüzü necə zədələyir? - Mavi işığın təhlükələri
Limitləri aşdı, satışı qadağan edildi - Nazirlikdən xəbərdarlıq
Altı bürcə müjdəli xəbər: Sevgi və karyerada yüksəliş
İraqın hava məkanı bu tarixə qədər bağlı qalacaq
Bağırsaq xərçəngi riskini azaldan gözlənilməz məhsul
Tezliklə hər şey bitəcək - Tramp
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Qiza piramidası, Qız qalası/Oquz qalası...

Manşet / Gündəm / Araşdırma

7-03-2018, 16:23

Qiza piramidası, Qız qalası/Oquz qalası... Qiza piramidası, Qız qalası/Oquz qalası...





















Qiza piramidası, Qız qalası/Oquz qalası...
Horizont - Göylə yeri ayıran xətdir. Həm də Göyün, Yerin və Suyun birləşdiyi xətt; Üfüq. Qədim Misirdə ən böyük piramida Xeops - Xufu/Hufu piramidasıdır. ÜFÜQ /HUFU/XUFU...QİZA ərazisində yerləşdiyi üçün “Qiza piramidası” kimi də tanınır. Nə üçün məhz QİZA? Azərbaycanın bir neçə rayonunda, Bakıda, Türkiyədə İstanbulda, Tallində də “Qız qalası” və “Qız qalası”yaşayış əraziləri vardır. Digər ölkələrdəki “Qız“ qalalarından fərqli olaraq Bakıda tikilən qalanın astronomik məqsədlə tikilməsi haqqında bir çox versiyalar vardır. Qalanın pəncərələrindən üfüqün ən parlaq ulduzlarını, məsələn, Veqa bürcündəki Lira, Əqrəb bürcündəki Antares, Böyük Ayı bürcündəki Sirius ulduzlarını görmək olar. Həm də qalanın pəncərələrindən hər biri konkret olaraq bir ulduza –Siriusa, Veneraya, Antaresə və s. baxır. İnşa edildiyi tarix dəqiq bilinməyən Qalamız, bəlkə Qız deyil; Oğuz Qalasıdır? Qız/Quz/Oquz/Oğuz... Çünki qədim mənbələrdə Oğuzların adı, “Quz” kimi də yazılıb. Dədə Qorqud dastanında da “İç Oğuzlar”ın haqqında,”İş Quz” olaraq yazılıb. Zaur Həsənov “Çar Skiflər” kitabında yazır: «M.İ. Artamonov "Xəzərlərin tarixi" kitabında ətraflı olaraq ərəb mənbələrini izləyib. O, Quzlar haqqında ilk məlumatın onlarda IX əsrin birinci yarısına aid olduğunu yazır. Barthold yazır - X əsrdə Xəzərlərin çox hissəsi, "Türk Quz inamına bənzər" (Quz) dinə etiqad edirdi. Artamonov X əsrdə "İslamın bütün insanları əhatə etməsinə baxmayaraq Quzlar arasında geniş yayılsa da, xalqın bir çox hissəsi hələ o dinə inanmırdı". İbn Fadlan yazırdı – Quzlar ağır qoşunlara komandanlıq edirdi, nəslin böyükləri idi, lakin eyni zamanda hətta Quzlardan olan kiçik bir şəxs də icmanın işlərinin həllinə təsir edə bilirdi. İdrisinin sözlərinə görə, "Quz ölkəsinin sakinləri zəngin, torpaqları münbit, onların ruhları isə narahat idi. Bibliyada “Aş Quz “çarlığından söz edilir ki, tədqiqatçılar oranın; müasir Azərbaycan, yəni şimali Manna olduğunu deyir. Assurlar isə onları “Aş Quz Ay” adlandırır. Anna Komnin deyir ki, Uslar/Uzlar, Unnlar/Hunnlar Qafqazda yaşayırdılar. Anarın etnoqrafik qeydlərində isə “Uquz” elə ”Oğuzdur”. ”Hüdudi aləm“ adlanan coğrafiya traktatında yazılıb ki, “Quzlar” Peçeneqlərin şərqində yaşayırdı.M.İ. Artamonov yazır – Biz hesab edirik ki, Dneprin şərqindən “Quzlar/Türklər“ sərhədi qırdı. Hüdudi aləmdə “Quz Dənizi” haqqında yazılıb ki, M.İ.Artamonov onun Azov dənizi olduğunu deyir. Konstantinopolda çəkilən xəritədə Türklər Dnepr çayını; Os/Us/Uz adlandırıb. V.V. Bartold yazır: Dəşti Qıpçak adlanan geniş çölü; Mahmud Kaşkari “Bilyadi əl Quziya” adlandırıb». Mustafayev Rəfail Salman oğlu yazır – “Xızır” sözü isə peyğəmbərin məxsus olduğu Xız (ğız, quz) oğuztürk tayfasının adı ilə əlaqəlidir. Azərbaycanın indiki Xızı rayonu ərazisində “Xız qalası” adlı çox möhkəm istehkam olmuşdur. Bu istehkamın adı “Nart” eposunda, bir neçə yerdə çəkilir. Şimali Qafqaz, Dağıstan və Abxaziya xalqlarının şərik olduqları, bir sıra süjet və motivləri eramızdan əvvəl VIII-VII əsrlərə aid olan “Nart” eposunda nart adlı tayfaların dəfələrlə hücum etdikləri və heç vaxt ala bilmədikləri “Xız qalası” haqqında danışılır. M.H.Təhmasib “Azərbaycan xalq dastanları” kitabında yazır: “nəhayət, bu eposda “Xız qalası” adlı çox möhkəm bir qala haqqında danışılır. Eposa görə bu qala nartların dəfələrlə hücum etdikləri, lakin ala bilmədikləri bir istehkamdır” (85, s. 120). Eposda “böyük qara bir qayaya söykənmiş” bu qalanın dənizdən Beşbarmaq qayaya qədər uzanan səddin şimal-qərbində, Beşbarmaqdan başlayaraq Fındığan (Findağan) kəndini əhatə edərək indiki Xızı şəhərinə qədər ərazidə yerləşmiş Xız qalası və ya Beşbarmaq istehkamı olduğuna heç bir şübhə yoxdur». “Quz” ifadəsinin “Oğuz” etnonimi ilə əlaqəladar ola bilməsi ehtimalı aşağıda adları verilmiş olan toponim və oronimlərlərdən də açıq görünür ki, həmin yerlər məhz oğuz türklərinin yaşayış əraziləri olmuşdur. Zəngilan rayonunun Vejnəli kəndinin 6 km-liyində "Qız qalası" qayasında (hünd. 1023 m) qala var. Qalaqayanın üzərində 5 min kv. km. sahəni əhatə edir. Möhtəşəm qala divarları ilə əhatə olunmuşdur. Zəngəzur qəzasının Sisyan mahalında Şəhərcik kəndi yaxınlığında dağda Qızqalası qalasının adı ilə mənaca eynidir. Qizqala - İrəvan quberniyasının Novobazid, Aleksandropol və İrəvan xanlığının Qırxbulaq mahalında, Karpidə, Dərələizdə, Tiflis quberniyasının Borçalı qəzasında; indi Ermənistanın Taşir rayonunda qalmış kənd adıdır. Eçmidzin qəzasında təpə, Dərələyəzdə isə Qız Qalası dağı var. Gədəbəy rayonunun Söyüdlü kəndindən 2-3 km. cənubda Şəmkirçay ilə Mis çayının qovuşduğu yerdə hündürlüyü 50 metrə qədər olan sıldırım qaya üzərində "Qız qalası" adlanan qala vardır. Gəncə şəhərinin 10 km-liyində, Yalqışlaq kəndinin şərqində "Qızqala" dağında qala var. Qoşqar çayının səviyyəsindən 180-200 m yüksəklikdə yerləşir. Ağstafa rayonunun da Qədim Oğuz torpaqları olduğu adından məlumdur; Aqstafa/Ağstafa/Oğuztayfa. Nə zaman inşa edildiyi məlum olmayan “Aqsa”məscidinin adı ərəb dilində “uzaq yer”demək olduğu yazılıb. Lakin “Aqsa”sözündə bir Qus/Qqus/Qquz da gizlidir. Həm də Aqsa məscidinin mehrabının sağında və solunda həkk edilmiş səkkiz guşəli ulduz da diqqəti cəlb edir ki, o Şumerlərdə Tanrı işarəsi, Oğuz xanın isə möhürü olub. Aqsa məscidinin sol tərəfindəki qapı ”Xızır” qapısıdır. Aqsa/Qs/Qus/Quz/Oquz... Türk mənbələrində yazılır: “Məscidi Aksanın ilk dəfə nə zaman inşa edildiyi tam olaraq bilinməməkdədir. Bununla birlikdə Peygəmber Məhamməddən nəql edilən hədislərdə bu məscidin, Kəbə inşa edildikdən qırx il sonra inşa edildiğyi ifadə edilir. Əbu Zərr əl-Gifari, Peygəmbər Məhəmməddən belə nəqledir: ”Ya Rəsulallah! Yerüzündə ilk inşa edilən məscid hansıdır”?- deyə sordum. Dedi ki: Məscidi Haram. ”Sonra hansıdır”?- deyə sual etdikdə, ”Məscidi Aksa” cavabını verdi. Dedim ki: Aralarında nə qədər sürə var? Dedi ki: qırx sənə”. Tarixçilərin Məscidi Aksanı ilk dəfə inşa edənin kim olduğu xüsusunda bir sıra versiyaları var. Bəziləri onun mələklər olduğunu söyləyərkən, digərləri Adəm, oğulları Şit və Nuh, İbrahim kimi peyğəmbərlərin isimlərini vermişlər. Eyni mübahisəli versiyalar Kəbənin inşası üçün də keçərlidir. İbn Abbasdan gələn bir rəvayətdə deyilir: İbn Hacər əl-Askalaninin “Fethul-Bari” kitabındakı bir rəvayət həm Kəbə, həm də Məscidi Aksanı ilk inşa edənin Adəm olduğunu göstərir. Məscidi Aksa araştırmaçılarından Abdullah Maruf, Adəmin sadəcə 142 və 144- cü dönüm arasında dəyişən ərazinin hüdudlarını təyin etmək mənasında ilk qurucusu olduğunu bildirir”. Britaniyada yazıçı və jurnalist Qrem Xenkok Qiza Piramidasını “kosmik monument” adlandırıb. Üç möhtəşəm Piramidanın “Orion”, yəni “Ovçu” bürcünün kəmərindəki üç ulduza bənzədib və onun analoqu olduğunu deyib. Robert Byuvel isə “Piramidaların Sirri”kitabında belə bir hipotez irəli sürüb ki, Qiza Piramidalarının düzülüş planı Orion Bürcünün ulduzlarının yerləşməsinə uyğundur, belə ki, “Göylərdə nə varsa, yerdə də o vardır” prinsipidir. Qədim Misirdə Osirisin; Orion bürcünə təcəssüm etdiyinə inanılırdı. Sirius, yəni Qütb ulduzu isə Orion Bürcündən aşağıda yerləşir və İsidanın təcəssümü kimi qəbul edilir.


F. Rüstəmova.” Hor sivilizasiyası və onun günümüzdə izləri” kitabından. Ardı var.

Oxunub: 2 380
Paylaş:
Digər xəbərlər

Manşet / Gündəm / Xəbərlər

5-03-2018, 08:03

Azərbaycanda yeni Narkoloji Mərkəzin istifadəyə veriləcəyi tarix - Açıqlandı

Manşet / Araşdırma

3-03-2018, 17:33

Azər, Zirə, Zərrab, Qanlıca... ARAŞDIRMA

Gündəm / Araşdırma / Maraqlı

2-03-2018, 09:11

Patamdar

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Cəfəri suyu necə hazırlanır? - Ləzzət qatan 5 asan və fərqli resept
Kiyev seçkilərlə bağlı nöqtəni qoydu – RƏSMİ AÇIQLAMA
İranla müharibədən indi çıxa bilərik, amma... - Tramp
Dəmir Qübbəni idarə edən hərbçi İrana casusluq edirmiş
Yeni maaş modeli: Bəs pensiyalarda vəziyyət necə olacaq?
Əlləriniz və ayaqlarınız isinmirsə... - Xroniki üşümə hansı xəstəlikləri göstərir?
Son xəbərlər
  • Dünən, 21:57
    Cəfəri suyu necə hazırlanır? - Ləzzət qatan 5 asan və fərqli resept
  • Dünən, 20:45
    Kiyev seçkilərlə bağlı nöqtəni qoydu – RƏSMİ AÇIQLAMA
  • Dünən, 19:29
    İranla müharibədən indi çıxa bilərik, amma... - Tramp
  • Dünən, 17:23
    Dəmir Qübbəni idarə edən hərbçi İrana casusluq edirmiş
  • Dünən, 16:04
    Yeni maaş modeli: Bəs pensiyalarda vəziyyət necə olacaq?
  • Dünən, 15:36
    Əlləriniz və ayaqlarınız isinmirsə... - Xroniki üşümə hansı xəstəlikləri göstərir?
  • Dünən, 14:43
    Nikol Paşinyan: Köçəryanın siyasəti Azərbaycanla müharibəni qaçılmaz edir
  • Dünən, 12:37
    1 kiloqramlıq körpənin ürəyi əməliyyat olundu
  • Dünən, 11:51
    Rəsmi Pekin: Tayvan məsələsi Çinin daxili işidir
  • Dünən, 09:10
    Qışdan çıxan bədəndə nə çatışmır? – Orqanizmin gizli siqnalları
  • 19-03-2026, 22:18
    Niyə uşağı “2” qiymətinə görə danlamaq olmaz?
  • 19-03-2026, 21:53
    Əl və Ayaq Dərisi Niyə Quruyur? Onları Necə Nəmləndirmək Olar?
  • 19-03-2026, 20:50
    Sadə görünür, amma təhlükəlidir - Diş əti qanaması nəyin xəbəridir?
  • 19-03-2026, 19:05
    Nahardan sonra yuxu gəlirsə, bunları edin
  • 19-03-2026, 18:12
    Telefon və kompüter gözünüzü necə zədələyir? - Mavi işığın təhlükələri
  • 19-03-2026, 17:26
    Limitləri aşdı, satışı qadağan edildi - Nazirlikdən xəbərdarlıq
  • 19-03-2026, 16:39
    Altı bürcə müjdəli xəbər: Sevgi və karyerada yüksəliş
  • 19-03-2026, 15:18
    İraqın hava məkanı bu tarixə qədər bağlı qalacaq
  • 19-03-2026, 14:03
    Bağırsaq xərçəngi riskini azaldan gözlənilməz məhsul
  • 19-03-2026, 13:19
    Tezliklə hər şey bitəcək - Tramp
  • 19-03-2026, 11:19
    SEPAH dayanmır: Daha 3 ölkəyə zərbələr endirildi
  • 19-03-2026, 10:24
    Şirniyyatdan əvvəl sirkə içmək arıqladır? - Həkim danışdı
  • 19-03-2026, 08:22
    İcbari Tibbi Sığorta nazirliyə birləşdirildi
  • 18-03-2026, 22:27
    Sizi narahat edən düşüncələrdən qurtulmağın 6 yolu
  • 18-03-2026, 21:09
    Yaz gəldi, allergiya mövsümü başladı - Necə qorunmalı?
  • 18-03-2026, 18:37
    Sakit başlayan təhlükəli vəziyyət - Yod defisiti
  • 18-03-2026, 17:33
    İsraillə müharibənin dayandırılması üçün yeganə şərt açıqlandı
  • 18-03-2026, 16:49
    Ukrayna Yaxın Şərqə qoşun yeridib? - Zeleniskidən KRİTİK AÇIQLAMA
  • 18-03-2026, 15:46
    Xərçəngin metastaz verdiyini göstərən - 5 Əlamət
  • 18-03-2026, 14:04
    5 dövlət hücumu təsdiqlədi: Qurudan ölkəyə girəcəklər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə