İranın Birinci Vitse-prezidenti Məhəmməd Rza Arif bildirib ki, iranlılar tezliklə ABŞ-la münaqişədə qələbəni qeyd edəcəklər.
Publika.az xəbər verir ki, İran mediası Arifin sözlərini sitat gətirib:
"Tezliklə qələbəni qeyd edəcəyik və son illərdə xalqımızın məruz qaldığı sanksiyalar və təzyiqlər İran xalqının böyük qələbəsi ilə aradan qaldırılacaq".
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl Hörmüz boğazında üç Amerika esminesi ilə bağlı hadisədən sonra ABŞ və İran arasında atəşkəsin hələ də qüvvədə olduğunu bildirmişdi.
Daha sonra o, jurnalistlərə bildirib ki, Tehran hələ də Vaşinqtonla razılaşmaq istəyir və ABŞ İranla danışıqlar aparır.