Ermənistanın baş naziri Nikol Paşinyan 28 mayda İrəvanın Respublika Meydanında Fransa silahlarını nümayiş etdirəcəyinə söz verib.
Publika.az xəbər verir ki, Paşinyan brifinqdə Makronun Ermənistan üçün nələr etdiyi ilə bağlı suala cavab verərkən bu haqda danışıb.
Silah nümayişi Üçüncü Respublika Gününə planlaşdırılıb.
Son illərdə Ermənistan Fransa ilə bir neçə silah tədarükü müqaviləsi imzalayıb. Əldə edilən aktivlərə “Caesar” özüyeriyən haubitsaları, daşına bilən hava hücumundan müdafiə sistemləri, radarlar, “Bastion” zirehli maşınları və digərləri daxildir.