• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
Rusiya Avropanı hədəfə aldı - “İsgəndər-1000” raketləri Kalininqradda yerləşdirilir
“İkinci Türkiyə” yaranır? – Azərbaycan üçün mühüm GƏLİŞMƏ
Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
Altı AB ölkəsi yeni maliyyə çərçivəsi üzrə anlaşdı
Bu, yəhudilərin sonu deməkdir – Netanyahu
Ağ və ya qara üzüm? Biri daha faydalıdır
Putin NATO ərazisinə hücum etməyəcək - Tramp
Kirayə mənzillərin qiyməti nə qədər artacaq?
Gənclər üçün ürək xəstəliyi təhlükəsi: 10 nəfərdən 8-də...
Azərbaycanın bu şəhəri paytaxt olacaq – ANONS VERİLDİ
Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
Arıqlamaq istəyənlər kaloridən çox buna diqqət etməlidir
Yuxusuz gecədən sonra beyin fəaliyyətini artırmaq üçün...
Beyin şişi süni intellektin köməyi ilə çıxarıldı - Dünyada ilk
İsrail britaniyalıları da qovacaq? - Gərginlik artır
Bel ağrısı, diabet və depressiya zamanı əlillik faizi necə müəyyən edilir?
Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
ABŞ İran və Rusiyaya qarşı “balyoz” hazırlayır - 100 faizlik rüsumlar gündəmdə
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Hematoloq: Donor olmaq insanı bəzi xəstəliklərə yoluxma tezliyinin qarşısını ala bilər

Xəbərlər

8-08-2022, 19:57

Hematoloq: Donor olmaq insanı bəzi xəstəliklərə yoluxma tezliyinin qarşısını ala bilər



“Yaşı 18-dən 65-dək olan hər kəs donor ola bilər. Bundan başqa, donor olmaq istəyənlərdə çəki məhdudiyyəti var.

Belə ki, çəkisi 50 kiloqramdan aşağı olan şəxslərin qan vermələri tövsiyə olunmur. Donor ən tezi üç aydan bir təkrar qan verə bilər, çünki qırmızı qan hüceyrəsi olan eritrositin ömrü təxminən 90-120 gündür”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova nazirliyin saytına müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Şəhla xanım, donorluğun insan orqanizmi üçün faydası nədən ibarətdir?

- Qan vermək, yəni donor olmaq insana həm mənəvi, həm də fiziki rahatlıq verən prosesdir. Qan başqasına verilməsi mümkün olan ən qiymətli hədiyyə, həyat bəxşişidir.

Donor olmaq insanı bəzi xəstəliklərə yoluxma tezliyinin qarşısını ala bilər. Aparılan araşdırmalara görə, mütəmadi donor olan şəxslərdə arterial təzyiq, yüksək xolesterin, ürək-damar xəstəliyi, şəkərli diabet, xərçəng xəstəliyi riski az olur. Donorluq qan hüceyrəsi səviyyəsində yenilənmə səbəb olur və qan yaranmanı stimullaşdırır.

- Hansı yaş aralağında olan şəxslər qan verə bilər?

- Yaşı 18-dən 65-dək olan hər kəs donor ola bilər. Bundan başqa, donor olmaq istəyənlərdə çəki məhdudiyyəti var. Belə ki, çəkisi 50 kiloqramdan aşağı olan şəxslərin qan verməsi tövsiyə olunmur. Donor ən tezi 3 aydan bir təkrar qan verə bilər, çünki qırmızı qan hüceyrəsi olan eritrositin ömrü təxminən 90-120 gündür.

- Qan verməzdən əvvəl hansı qaydalara əməl etmək lazımdır?

- Qan verməzdən əvvəl yaxşı yatmaq və səhər yeməyi vacib amildir. Qidalanma zamanı şirin çay, kompot, mineral su, mürəbbə, çörək, tərəvəz və meyvə qəbul edilməsi tövsiyə olunur.

Həmçinin qan ianə edilən gün intensiv fiziki işlə məşğul olmamaq məsləhətdir. Bu qaydalara əməl olunması xüsusən trombositlər və ya plazma verərkən daha vacibdir.

- Qanvermə prosesi necə həyata keçirilir?

- Donor olmaq üçün lazım olan rəsmi sənəd şəxsiyyət vəsiqəsidir. Əvvəlcə donorun nəbzi və qan təzyiqi yoxlanılır. Donorun terapevt tərəfindən keçirilən tibbi müayinəsinə isə qanın kliniki və biokimyəvi analizləri, o cümlədən hepatit, sifilis, İİV və digər xəstəliklərin müayinəsi daxildir.

Həmçinin qan qrupu və rezus-faktor da müəyyən edilir. Analizlərin nəticələri məxfi saxlanılır və yalnız donora bildirilir.

Qan verilməsi donor üçün maksimal rahat şəraitdə, xüsusi donor kreslosunda həyata keçirilir.

Daha sonra donorun bazusu rezin jqutla sıxılır. Prosesin daha yaxşı getməsi üçün donorun bir neçə dəfə intensiv olaraq əlini sıxıb açması kifayətdir. Alınan qanın standart dozası 350-400 ml təşkil edir.

Prosedur başa çatandan və iynə çıxarılandan sonra qan götürülən yerə tarım çəkilmiş sarğı qoyulur və həmin sarğını 3-4 saatdan sonra çıxarmaq olar.

- Daha çox hansı qan qrupuna ehtiyac olur?

- İnsanlar mənfi və müsbət rezus faktoru olanlara bölünür. Əksər ölkələrdə, həmçinin Azərbaycanda, ən çox müsbət rezus-faktoru olan OO (I) və A0, AA(II) qan qruplarına ehtiyac var.

Baxmayaraq ki, B0 Rh (-) və AB Rh(-) az rast gəlinir, məhz az rast gəlindiyinə görə də ehtiyac zamanı çətinlik yaranır. Bir eritrosit kütləsinin maksimum saxlanma müddəti 6 həftədir. Təbii ki, bəzi xəstəliklər zamanı daha tez qan komponentinin köçürülməsi vacib olur. Bu səbəbdən də daimi ehtiyacdır və alınan qandan 42 gün ərzində istifadə edilməlidir.

- Hansı xəstəliklərdən əziyyət çəkənlər qan verə bilməz?

- Bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Təcrübə göstərir ki, ən təhlükəsiz olan məhz könüllü donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş keçirən anaları, körpə uşaqları, xəsarət alanları və digər xəstələri ölümdən xilas edir. Donor ola bilməyən şəxslər iki qrupa ayrılır: xronik xəstəliyi olan şəxslər və şəkərli diabet, astma, epilepsiya, qanama diatezi kardiovaskulyar problemi olan, sistemik xəstəliyi olanlar. Eləcə də, infeksion xəstəliyi, hepatit virusu, AİDS-ə yoluxmuş şəxslər donor kimi qəbul olunmurlar.

Bundan əlavə, alkoqol qəbul edənlər, narkotik, psixotrop və digər güclü təsir edən maddələrin istifadəçiləri, həmçinin hamilə və südverən analar da donorluq üçün uyğun deyillər.

Oxunub: 509
Paylaş:
Digər xəbərlər

Səhiyyə

30-05-2022, 16:36

Nadir xəstəlikdən əziyyət çəkən şəxsə donor əlləri transplantasiya edilib

Səhiyyə

4-01-2021, 20:23

Koronavirus peyvəndi olan insanlar donor ola bilərlər, amma...

Səhiyyə

14-12-2020, 18:47

Qan donoru olmaq istəyənlər nələri bilməlidir?

Xəbərlər

21-06-2019, 19:45

Qaraciyərinin 68 faizini anasına verdi - "Anam donor olduğumu bilmir"

Səhiyyə

2-03-2019, 11:14

Donor südü (süd anası)

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
Rusiya Avropanı hədəfə aldı - “İsgəndər-1000” raketləri Kalininqradda yerləşdirilir
“İkinci Türkiyə” yaranır? – Azərbaycan üçün mühüm GƏLİŞMƏ
Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
Altı AB ölkəsi yeni maliyyə çərçivəsi üzrə anlaşdı
Bu, yəhudilərin sonu deməkdir – Netanyahu
Son xəbərlər
  • Dünən, 21:58
    Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
  • Dünən, 20:01
    Rusiya Avropanı hədəfə aldı - “İsgəndər-1000” raketləri Kalininqradda yerləşdirilir
  • Dünən, 19:43
    “İkinci Türkiyə” yaranır? – Azərbaycan üçün mühüm GƏLİŞMƏ
  • Dünən, 18:36
    Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
  • Dünən, 17:12
    Altı AB ölkəsi yeni maliyyə çərçivəsi üzrə anlaşdı
  • Dünən, 16:25
    Bu, yəhudilərin sonu deməkdir – Netanyahu
  • Dünən, 15:33
    Ağ və ya qara üzüm? Biri daha faydalıdır
  • Dünən, 14:22
    Putin NATO ərazisinə hücum etməyəcək - Tramp
  • Dünən, 13:54
    Kirayə mənzillərin qiyməti nə qədər artacaq?
  • Dünən, 12:07
    Gənclər üçün ürək xəstəliyi təhlükəsi: 10 nəfərdən 8-də...
  • Dünən, 11:18
    Azərbaycanın bu şəhəri paytaxt olacaq – ANONS VERİLDİ
  • Dünən, 10:49
    Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
  • Dünən, 09:00
    Arıqlamaq istəyənlər kaloridən çox buna diqqət etməlidir
  • 27-08-2026, 22:05
    Yuxusuz gecədən sonra beyin fəaliyyətini artırmaq üçün...
  • 27-08-2026, 21:12
    Beyin şişi süni intellektin köməyi ilə çıxarıldı - Dünyada ilk
  • 27-08-2026, 20:21
    İsrail britaniyalıları da qovacaq? - Gərginlik artır
  • 27-08-2026, 18:34
    Bel ağrısı, diabet və depressiya zamanı əlillik faizi necə müəyyən edilir?
  • 27-08-2026, 16:34
    Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər
  • 27-08-2026, 15:08
    Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
  • 27-08-2026, 13:22
    ABŞ İran və Rusiyaya qarşı “balyoz” hazırlayır - 100 faizlik rüsumlar gündəmdə
  • 27-08-2026, 12:46
    Yağış yağmazdan öncə sümüklərimiz niyə sızıldayır?
  • 27-08-2026, 11:54
    Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu
  • 27-08-2026, 09:04
    Avokadonu bu 4 qida ilə birlikdə yemək daha faydalı ola bilər
  • 26-08-2026, 22:55
    Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
  • 26-08-2026, 21:40
    Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
  • 26-08-2026, 21:12
    Ürəyə gedən damarların tıxanmasını göstərən - ƏLAMƏTLƏR
  • 26-08-2026, 20:20
    Bu ölkələr Hörmüz boğazının gəlirlərini böləcək - Yeni qərar açıqlandı
  • 26-08-2026, 19:35
    London Kiyevə gizli “silah sirri”ni açır: Ukrayna görün nə istehsal edəcək
  • 26-08-2026, 18:21
    Mədəaltı vəzi xərçənginin erkən əlaməti: dəridə saralma
  • 26-08-2026, 17:46
    Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə