COVID-19 infeksiyasına qarşı peyvənd edilən insanlar koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulmuş plazma bağışlaya bilərlər.
Milli.Az oxu.az-a istinadən məlumat verir ki, bu barədə Qamaleya Mərkəzinin rəhbəri Aleksandr Qintsburqun açıqlamasında məlumat verib.
"Əlbəttə, peyvənd edilən insanlar donor ola bilər, amma əvvəlcə anticismlərin miqdarı yoxlanılmalıdır. Bildiyimiz kimi, zamanla onlar azalırlar", - deyə Qintsburq bildirib.