İyun ayında beş gün qeyri-iş günü olacaq.
Ailehekimiklinikasi.az publika.az-a istinadən xəbər verir ki, qeyri-iş günləri iyunun 5-i, 6-sı, 15-i, 17-si və 26-na təsadüf edəcək.
İyunun 5-i və 6-sı Ramazan bayramı, 15-i Qurtuluş günü, 26-sı isə Silahlı Qüvvələr günüdür.
Əmək Məcəlləsinə əsasən, iyunun 15-i şənbə gününə təsadüf etdiyindən bazar ertəsi, yəni iyunun 17-si də qeyri-iş günü hesab edilir.