İran və Oman Hörmüz boğazındakı gəmiçilikdən əldə olunan gəlirləri bölüşmək barədə razılığa gəlib.
Publika.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi Hüseyn Möhəbi açıqlama verib.
Onun sözlərinə görə, Hörmüz boğazı İran və Omana məxsusdur. Tərəflər təxminən bir ay əvvəl danışıqlara başlayıb və nəticədə hər iki ölkənin qəbul etdiyi razılaşmalar əldə olunub.
Möhəbi bildirib ki, danışıqlar zamanı boğazdan gəmiçiliyin gətirdiyi gəlirlərin İran və Oman arasında necə bölüşdürüləcəyi də razılaşdırılıb.