ABŞ Prezidenti Donald Tramp Rusiyanın NATO ölkələrinə hücum planlaşdırmadığına əminliyini ifadə edib.
Axar.az xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Mənim onunla yaxşı danışıqlarım olub. O, NATO ərazisinə hücum etməyəcək", - ABŞ lideri Rusiya Prezidenti Vladimir Putini nəzərdə tutaraq bildirib.