• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İnsan öləndən sonra şüur hara gedir?
Yorğan və yastıqların təhlükəsi - Neçə ildən bir dəyişmək lazımdır?
Xəzər dənizindən hücuma keçiblər – Generaldan şok
Netanyahu siyasətdən gedir? - İsrail mediasında sensasion iddia
Beyin 32 yaşa qədər yeniyetmə dövründə qalırmış
Azərbaycana cənubdan təhlükə – İranla bağlı hazırlıqlar başladı
Ukrayna Donbasdan çıxır, ABŞ isə hiyləgərlik edir
Böyrək daşlarının yaranmasına səbəb olan qidalar
Bakıda gəzən “gizli ölüm”: gerçək səbəbi nədir? – Ekspert izah edir
Rusiya Ukraynadan sonra bu ölkələrə hücum edəcək? - Hakan Fidan
Bağırsaqlarınızdakı faydalı bakteriyaları necə qoruya bilərsiniz?
Pensiyalarla bağlı qayda dəyişdi – RƏSMİ
Bölgədə əllər tətikdə: İran hücuma keçə bilər
Qışda D vitamini aşağı düşür: Dəri xəstəlikləri arta bilər
Gecələr fikirdən niyə yata bilmirik – Beynin oyunu, yoxsa…?
Mədəaltı vəzin çürüyüb nekrozlaşması – Necə bilinir?
Süni intellekt bəzi sahələrdə dəyişikliklərə səbəb olacaq - Rəsmi
NATO təlimləri zamanı belçikalı əsgər öldü
Sakit insanların 5 ortaq xüsusiyyəti - Psixoloqlar sadaladı
Lavrovdan Qərbə açıq mesaj – 11 il öncəyə işarə etdi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

SENSASİYA: Ermənistanda növbəti dövlət çevrilişi... - XAOS

Xəbərlər

30-05-2019, 06:36

SENSASİYA: Ermənistanda növbəti dövlət çevrilişi... - XAOS


İrəvanda ara yenidən qarışıb. Ümumi yurisdiksiya məhkəməsinin Robert Köçəryanı zaminə buraxmasına hökumət sərt reaksiya verib. Bu hadisənin baş verməsinə qədər hakimiyyət heç bir şey etməyib. Lakin sonradan bunun həyati əhəmiyyətli məsələ olduğunu bəyan edərək, radikal çağırışlar edib. Konkret olaraq, Nikol Paşinyan insanları küçələrə çağırıb və məhkəmə binalarını mühasirəyə almağa səsləyib. Bu addım ölkədə əks-səda yaradıb. Bir sıra siyasi partiyalar, hüquqşünaslar və ekspertlər baş nazirin özünün qanunsuz davrandığını bəyan ediblər. Ombudsman bu barədə açıq və konkret danışıb. Prezident Armen Sərkisyan da dolayısı ilə konstitusiyaya əməl etməkdən və xalqın maraqlarını gözləməkdən bəhs edib. Bütün bunların siyasi və geosiyasi məzmunu üzərində geniş dayanmağa ehtiyac görürük.
Toqquşma: siyasi səhnədə qarşıdurma güclənir
Cənubi Qafqazın forpost ölkəsində yenidən böyük siyasi qalmaqal yaranıb. Keçmiş separatçı və "prezident" R.Köçəryanı mayın 19-da ümumi yurisdiksiya məhkəməsi zaminlik əsasında həbsdən azad edib. O, tamamilə azad olunmayıb, özü kimi iki erməni separatçı – Bako Saakyan (Dağlıq Qarabağdakı qanunsuz rejimin indiki başçısı) və Arkadi Qukasyan (kriminal rejimin keçmiş başçısı) hərəsinə 1000 ABŞ dolları verməklə zaminə buraxılıb. Hakimiyyət dərhal bu hadisəyə reaksiya verib.
Baş nazir N.Paşinyan bunu erməni dövlətçiliyinə xəyanət adlandıraraq insanları yenidən küçələrə çağırıb. Onun sözlərinə görə, Dağlıq Qarabağdakı ermənilər Ermənistandakı korrupsiya sistemindən daha çox zərər görüblər. Əvvəlki iqtidar Qarabağdakı əlaqələrindən istifadə edərək indiki Ermənistan hakimiyyəti haqqında yalan məlumatlar yayır. Hətta hərbi əməliyyatların başlaması üçün şantaj edirlər. Yəni məqsədləri Azərbaycanı hərbi əməliyyatlara təhrik etməkdir və torpaqların bir qismini azərbaycanlılara qaytarmaq planları mövcuddur. N.Paşinyan bununla bağlı konkret faktın olub-olmadığına dair isə heç nə deməyib. Əvəzində, bir siyasi təklif irəli sürüb: parlamentdə Aprel müharibəsini təhqiq edən qrup yaradılsın. Bunun fonunda o, Qarabağdakı separatçıları ancaq Ermənistanın indiki hökumətinə inanmağa çağırıb.
Daha maraqlısı odur ki, N.Paşinyan məhkəmə binalarını mühasirəyə almaqdan bəhs edib. Bu çağırışa bəzi məlumatlara görə 1000 nəfər reaksiya verib və məhkəmələrin ətrafına toplaşanlar olub. N.Paşinyan da onların yanına gedərək ölkədə inqilabın "ikinci və ən əsas mərhələsinin yetişdiyini" bəyan edib. Bu mərhələdə əsas vəzifə məhkəmə sistemini tamamilə yeniləşdirməkdən ibarət olmalıdır. Bunun üçün hətta konstitusiya islahatlarına və ümumxalq səsverməsinə belə gedilə bilər. Məhkəmələrə müstəqil qərarlar qəbul edən, korrupsiyadan kənar kadrlar gətirilməlidir. Yəni Ermənistanın məhkəmə sistemində köklü islahatlar aparılmalıdır.
Ermənistan hökumətinin bu addımı ölkə daxilində və beynəlxalq aləmdə birmənalı qarşılanmayıb. Bir qisim N.Paşinyanı müdafiə edib, digərləri isə onu hüququ pozmaqda ittiham ediblər. Məsələn, Ermənistanın siyasi partiyaları baş nazirin məhkəmə binalarını mühasirəyə almaqla bağlı çağırışını antikonstitusion adlandırıblar.
Maraqlıdır ki, N.Paşinyanın hərəkətini qınayanlar sırasında onun müttəfiqi sayılan "Çiçəklənən Ermənistan" partiyası da vardır. N.Paşinyanın keçmiş silahdaşı Edmon Marukyan isə məsləhət görüb ki, "Köçəryana hədiyyə etməsinlər". Hədiyyə dedikdə, o, Avropa strukturlarına R.Köçəryanın məhkəmələrə hakimiyyətin təzyiq etməsi ilə bağlı müraciət etməyə imkan yaradılmasını nəzərdə tutub. Siyasi partiyalar bütün bunların ağır və gözlənilməz nəticələrinin ola biləcəyini ifadə ediblər. Erməni katolikosu II Qaregin də xalqa müraciət edərək birliyi qoruyub saxlamağa çağırıb.
Ombudsman Arman Tatoyan da baş nazirin davranışını hüquqazidd adlandırıb. Çünki qanuna görə, məhkəmələrin işinə heç kim qarışa bilməz. Eyni zamanda, qanun məhkəmələrin qanunverici və icra orqanlarından tam müstəqil olmasını nəzərdə tutur. N.Paşinyan isə küçədən məhkəmələrin fəaliyyətinə təsir edərək, onun qərarını dəyişməsini tələb edir. Bu üsul yalnız çağırış statusunda qalmayıb – Ermənistan prokurorluğu məhkəmə qərarının dəyişdirilməsi üçün addım atacağını bəyan edib.
Ekspertlər prezident A.Sərkisyanın baş verənlərə münasibəti ilə maraqlanıblar. O, vətəndaşları qanuna əməl etməyə çağırsa da, baş nazirin davranışına qarşı açıq çıxış etməyib. Prezident Ermənistan hakimiyyətinin xalqın ümumi iradəsini ifadə etməli olduğundan və öz konstitusion məqsədlərinə xidmət etməli olduğundan bəhs edib. Bunlar o deməkdir ki, Ermənistan prezidenti N.Paşinyanın hərəkətlərində şəxsi maraqlara üstünlük verdiyini görür və bunun konstitusiyaya uyğun olmadığını deyir. Reallıqda isə Ermənistan hökuməti xalqın maraqlarını gözləməlidir ki, bu da N.Paşinyan hökumətinin fəaliyyətində görünmür.
Hüquq və məsuliyyət: ermənilər iki ifratçılıq arasında
Başqa bir maraqlı fikri Modest Kolerov söyləyib. O deyib ki, N.Paşinyan "ən axmaq və sadəlövh adamlara" anladır ki, R.Köçəryanın işi siyasi mahiyyətlidir. Və bu prosesi ortaya atan da N.Paşinyandır. "Və Paşinyan açıqcasına, utanmadan, heç nə gizlətmədən bütün məhkəmə sisteminə təzyiq edir, öz şəxsi problemlərinə görə bütün məhkəmə sistemini dəyişmək məqsədi güdür". O, fikirlərinə davam edərək bildirib ki, bununla N.Paşinyan "siyasi motivi olan məhkəmə diktaturası" yaradır və R.Koçaryanla hesablaşmaq istəyir (bax: "168 жам": Своим призывом блокировать вход в здания судов Пашинян дал понять, что дело Кочаряна политическое и он лично руководит им – М.Колеров / "Tert.am", 21 may 2019).
Belə görünür ki, Ermənistanda növbəti dəfə siyasi böhran yaranıb. İndi N.Paşinyan hüquq-mühafizə sistemində öz xeyrinə dəyişiklik etməyə çalışır. R.Köçəryanın həbsdən buraxılması prosesinə mane olmur, lakin ondan dərhal sonra hay-küy salır. Belə görünür ki, bu prosesi ona görə təşkil ediblər ki, Ermənistanda ikinci siyasi dalğa yaransın. Bununla N.Paşinyan, birincisi, növbəti dəfə sosial-iqtisadi çətinliklərin günahını əvvəlki iqtidarın boynuna qoymağa çalışır. Yəni, demək istəyir ki, "baxın, mən ədalətli olmağa, xalq üçün işləməyə çalışıram, islahatların aparılmasına cəhd edirəm, ancaq bu lənətə gəlmiş əvvəlki iqtidarlar bütün planları pozur".
İkincisi, Dağlıq Qarabağ məsələsinin Ermənistanın xeyrinə həll edilməsinə mane olan əvvəlki iqtidarın "DQR"-dəki adamlarıdır. Onlar xəyanətkardırlar. Çünki torpaqların bir hissəsini Azərbaycana güzəşt etmək istəyirlər. Deməli, münaqişə hazırda Dağlıq Qarabağda oturan separatçılar vəzifələrindən gedəndən sonra həll edilə bilər.
Üçüncüsü, N.Paşinyan göstərmək istəyir ki, Ermənistanda islahatların genişləndirilməsində maraqlıdır. Bununla o, beynəlxalq təşkilatlara, xüsusən də Avropa İttifaqına işarə etmiş olur. Çünki seçkidən dərhal sonra Aİ rəsmiləri Ermənistanda real islahatların aparılmasını görmək istədiklərini ifadə etmişdilər. İndi N.Paşinyan bu görüntünü yaradıb, Avropadan pul qoparmağa cəhd edir.
Beləliklə, Ermənistanda hansısa islahatların və ya inqilabın "ikinci və ən əsas mərhələsi"ndən söhbət gedə bilməz. Orada söhbət regional meyarlara görə formalaşmış siyasi qrupların daxili çəkişmələrindən gedir. Bu prosesdə dolayısı ilə Qərb və Rusiya da iştirak edir. Moskva R.Köçəryan vasitəsilə İrəvana anladır ki, istənilən zaman istədiyi addımı ata, hətta Ermənistan hökumətinin iradəsini heçə sayaraq həbsdən öz adamını azad etdirə bilər. Təbii ki, bu, N.Paşinyana böyük zərbədir və o, çaşqın haldadır. Bunu ekspertlər də müşahidə ediblər.
Belə görünür ki, N.Paşinyan hökumətinin legitimliyinə ciddi zərbə dəyib. Erməni cəmiyyətində isə qütbləşmə dərinləşir. Bu prosesin əsas təkanverici faktoru regionçuluqdur. Onun fonunda isə köhnə sistemlə (yəni Rusiyaya sadiq olanlarla) yeni sistem (yəni Qərbin diqtəsi ilə oturub-duranların sistemi) arasında ziddiyyət daha da dərinləşir. Real siyasi məzmunu olmayan bu iki istiqamət bütövlükdə ölkədəki mühiti sağlamlaşdırmağa xidmət edə bilməz. Onun yeganə nəticəsi yeni-yeni ziddiyyətlər və parçalanmalar ola bilər. Bu da onu göstərir ki, ermənilər hətta monocəmiyyətdə belə sivil mübarizə apara bilmirlər. Politoloq Manvel Sarkisyan bu barədə maraqlı fikir söyləyib. O deyib ki, "...Ermənistanda hüquq və məsuliyyət haqqında ifrat yayğın təsəvvürlər mövcuddur. Biz o dərəcədə hər şeyə şübhə etməyə və dəyərsizləşdirməyə vərdiş etmişik ki, istənilən sağlam düşüncə xəncər-bıçaqla qarşılanır və şübhə altına alınır" (bax: Из-за чего ссорятся "две Армении" / "Росбалт", 21 may 2019). Bizcə, bu, artıq ermənilərin tarixi-psixoloji problemlərindəndir.

Oxunub: 1 231
Paylaş:
Digər xəbərlər

Xəbərlər

24-05-2019, 09:55

Ermənistan ŞOKDA: Generallar dövlət çevrilişi edəcək - SENSASİYA

Xəbərlər

23-05-2019, 12:13

"Paşinyan Azərbaycana meydan verir. Hücum edin..." - Ermənistandan SENSASİON AÇIQLAMA

---

8-10-2018, 09:51

Son anda!!! ERMƏNİSTANDA HƏRBİ ÇEVRİLİŞ - Azərbaycan bütün ssenarilərə hazır olmalıdır

---

7-10-2018, 16:27

Son anda!!! ERMƏNİSTANDA HƏRBİ ÇEVRİLİŞ - Azərbaycan bütün ssenarilərə hazır olmalıdır

Manşet / Gündəm / Xəbərlər

21-04-2018, 10:12

Paşinyan: Dörd günə Ermənistanda hakimiyyət dəyişə bilər

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İnsan öləndən sonra şüur hara gedir?
Yorğan və yastıqların təhlükəsi - Neçə ildən bir dəyişmək lazımdır?
Xəzər dənizindən hücuma keçiblər – Generaldan şok
Netanyahu siyasətdən gedir? - İsrail mediasında sensasion iddia
Beyin 32 yaşa qədər yeniyetmə dövründə qalırmış
Azərbaycana cənubdan təhlükə – İranla bağlı hazırlıqlar başladı
Son xəbərlər
  • Dünən, 22:28
    İnsan öləndən sonra şüur hara gedir?
  • Dünən, 21:06
    Yorğan və yastıqların təhlükəsi - Neçə ildən bir dəyişmək lazımdır?
  • Dünən, 20:53
    Xəzər dənizindən hücuma keçiblər – Generaldan şok
  • Dünən, 19:43
    Netanyahu siyasətdən gedir? - İsrail mediasında sensasion iddia
  • Dünən, 18:13
    Beyin 32 yaşa qədər yeniyetmə dövründə qalırmış
  • Dünən, 17:11
    Azərbaycana cənubdan təhlükə – İranla bağlı hazırlıqlar başladı
  • Dünən, 16:13
    Ukrayna Donbasdan çıxır, ABŞ isə hiyləgərlik edir
  • Dünən, 15:40
    Böyrək daşlarının yaranmasına səbəb olan qidalar
  • Dünən, 14:30
    Bakıda gəzən “gizli ölüm”: gerçək səbəbi nədir? – Ekspert izah edir
  • Dünən, 13:17
    Rusiya Ukraynadan sonra bu ölkələrə hücum edəcək? - Hakan Fidan
  • Dünən, 12:49
    Bağırsaqlarınızdakı faydalı bakteriyaları necə qoruya bilərsiniz?
  • Dünən, 11:36
    Pensiyalarla bağlı qayda dəyişdi – RƏSMİ
  • Dünən, 10:05
    Bölgədə əllər tətikdə: İran hücuma keçə bilər
  • Dünən, 09:03
    Qışda D vitamini aşağı düşür: Dəri xəstəlikləri arta bilər
  • 30-11-2025, 22:22
    Gecələr fikirdən niyə yata bilmirik – Beynin oyunu, yoxsa…?
  • 30-11-2025, 21:38
    Mədəaltı vəzin çürüyüb nekrozlaşması – Necə bilinir?
  • 30-11-2025, 20:02
    Süni intellekt bəzi sahələrdə dəyişikliklərə səbəb olacaq - Rəsmi
  • 30-11-2025, 19:26
    NATO təlimləri zamanı belçikalı əsgər öldü
  • 30-11-2025, 18:26
    Sakit insanların 5 ortaq xüsusiyyəti - Psixoloqlar sadaladı
  • 30-11-2025, 17:48
    Lavrovdan Qərbə açıq mesaj – 11 il öncəyə işarə etdi
  • 30-11-2025, 16:09
    Hava ilə bağlı xəbərdarlıq: qar yağacaq – TARİX
  • 30-11-2025, 15:21
    Ləkələr, zəiflik, yorğunluq – Qaraciyərin siqnalı
  • 30-11-2025, 14:34
    Yermakın yerinə 3 NAMİZƏD - Zelenski kimə daha çox güvənəcək?
  • 30-11-2025, 13:17
    8 saatlıq iş rejimi müəllimlərin sayını azaldacaq? - AÇIQLAMA
  • 30-11-2025, 12:18
    Bu vərdiş ömrü 7 il uzadır - Sübut edildi
  • 30-11-2025, 11:34
    Aİ Ermənistan üçün PLAN CIZIR - Son vaxtlar İrəvan və Bakı...
  • 30-11-2025, 10:19
    Buna görə Ərdoğana minnətdarıq – Bərzani
  • 30-11-2025, 09:09
    Sarımsaq əzməsini ziyilin üstünə vurun - Yox edəcək
  • 29-11-2025, 22:07
    Yataraq da arıqlamaq mümkündür - Amma, xüsusi saatı var...
  • 29-11-2025, 21:19
    Ayran və mineral suyun birlikdə içilməsinin gözlənilməz faydası məlum oldu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə