Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin NATO standartlarına uyğun 155 millimetrlik artilleriya mərmiləri istehsal edəcəyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, Ermənistan ordusunun artilleriya qüvvələrinin əsasını artıq 155 millimetrlik sistemlər təşkil edir.
“Bir çoxları soruşurdu ki, 155 millimetrlik mərmiləri haradan əldə edəcəksiniz? Onları sizə kim satacaq? Məsələ bu mərmiləri kiminsə bizə satması deyil. Əksinə, onları biz istehsal edib satacağıq”, – deyə Paşinyan bildirib.
Qeyd edək ki, Ermənistan hazırda NATO standartlarına uyğun Hindistan istehsalı olan “ATAGS” və “MArG 155”, eləcə də Fransa istehsalı “CESAR” haubitsalarını silahlanmaya qəbul edir.