• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İranın "intiqam siyahısı" yayımlandı: Onlar ilk sıradadır
Yaponiya İkinci Dünya müharibəsindən bəri ilk dəfə bunu edəcək
Yaddaşı gücləndirmək istəyirsiniz? Günə bu qidalarla başlayın
Şirvanşahlar Sarayının 600 illik sirri açıldı: Qədim ovdanda...
Antibiotiklər niyə hər xəstəlikdə təsir etmir?
Serbiyadan Avropa İttifaqına qeyri-adi təklif: Bizi birləşdirin
Netanyahudan İrana: O günlər artıq geridə qaldı!
Limon otu xəstəliklərlə mübarizədə yeni ümid ola bilər
Küveytdə HHM-lər işə düşdü: Hədəflər zərərsizləşdirilir!
Ceyhun Bayramovun “Zəngəzur dəhlizi” açıqlaması İrəvanı silkələdi - Paşinyan izahat versin
Panik atak və infarktı necə ayırd etmək olar?
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
Əliyevin Şuşadan dünyanı silkələyən bəyanatı...
Qarın köpünün 5 gizli səbəbi
Tramp Konqresi məlumatlandırıb: 60 günlük əməliyyat planı
Qapıları bağlayırıq – Rusiya Avropada ən böyük müttəfiqini itirdi
Yayda qida zəhərlənməsi – İlk yardım və nə vaxt həkimə müraciət etməli?
Dünyada ilk dəfə robot cərrahi əməliyyat etdi - İnsan köməyi olmadan
Qan şəkərini tarazlıqda saxlamaq üçün 3 sadə vərdiş
Netanyahu ermənilərin bu arzusunu ürəyində qoydu – Knessetdən mühüm qərar
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Sülh, yoxsa əbədi müharibə? – Erməni xalqı 7 iyunda öz gələcəyini seçəcək

Xəbərlər

6-06-2026, 10:18

Sülh, yoxsa əbədi müharibə? – Erməni xalqı 7 iyunda öz gələcəyini seçəcək


Ermənistan seçkilərində əsas kampaniya Qarabağ məsələsi üzərindən aparılır. Hakim komanda Nikol Paşinyanın rəhbərliyi ilə sülh proqramını irəli sürür, opponentləri, xüsusilə Rusiyanın açıq şəkildə dəstək verdiyi Robert Köçəryan və Samvel Karapetyanın liderlik etdiyi revanşistlər “ermənilərin Qarabağa qayıdışı”, “Bakıda saxlanılan ermənilər” kimi qondarma iddiaları təkrarlayır, Azərbaycanla sülh razılaşmalarını yenidən nəzərdən keçirmək çağırışları edirlər. Karapetyan iddia edir ki, əldə olunmuş sülh razılaşmaları Ermənistanın əleyhinədir və hakimiyyətə gələcəklərsə, bunu yenidən nəzərdən keçirəcəklər. Köçəryan da “Azərbaycanla sülh müqaviləsini “sülhü təmin edəcək düzəlişlərlə” imzalayacağıq” tezisini irəli sürür. Regionda müharibə risklərini yenidən aktuallaşdıracaq bu tezisin Rusiyadan gəldiyi sirr deyil.

Moskva keçmiş münaqişə üzərindən regiondakı rıçaqlarını qaytarmaq və Qərblə geosiyasi mübarizədə güc balansını saxlamağa çalışır. Bu baxımdan Ermənistandakı seçkilər təkcə bu ölkənin yox, regionun gələcək istiqaməti üçün həlledici an hesab oluna bilər.

- Azərbaycan-Ermənistan sülh razılaşmaları və regionda davamlı sülhün gələcəyi həll olunur;
- Bölgədə güc balansı Qərbin – ABŞ və Avropa İttifaqının xeyrinə dəyişə, ən azı Rusiyanın təsir imkanları əvvəlki qədər güclü olmaya bilər;

Rusiyanın revanşistlərə, Qərbin isə Nikol Paşinyana “yatırım” etməsinin səbəbləri bundan qaynaqlanır. Lakin proseslərin inkişafında bir məqam xüsusilə diqqət çəkir: Ermənistandakı revanşistlərin ortaya atdığı Qarabağ kartı və qisas təbliğatına Rusiya ilə yanaşı, Qərbdən də dəstək verilir.

Son hadisələr – Avropa parlamentində revanşistlərin propaqandasına uyğun qətnamənin qəbul edilməsi, ardınca İsveçrədə keçmiş “Qarabağ separatçıları”na dəstək bunu təsdiq edir. Keçmiş separatçıların qondarma “parlamenti”nin “spikeri” Aşot Danielyanın rəhbərlik etdiyi heyət Berndə İsveçrə parlamentinin üzvləri ilə görüşüb. Görüşdə “ermənilərin Qarabağa qayıdışı”, “Bakıda saxlanılan ermənilərin azad edilməsi” kimi əsassız məsələlər müzakirə olunub. İsveçrə parlamentinin üzvləri separatçılara dəstək ifadə ediblər.

Bu, Qərb və Rusiyanın Ermənistandakı revanşistlərlə eyni təbliğat cəbhəsində yer alması deməkdir və bəllidir ki, prosesin arxasında erməni diasporu/lobbisinin böyük rolu var. Qərbdə separatizmə verilən açıq dəstəyə paralel şəkildə Rusiyada da analoji addımlar atılır. Yesentukidə qoyulan “Tatik-Papik” abidəsinin separatizmin dirildilməsi cəhdi olduğu aydın görünür. Bütün bunlar - separatizmi diriltmək cəhdləri sülh prosesini pozmaq və regionu yenidən müharibəyə sürükləmək məqsədinə xidmət edir. Və Ermənistan seçkilərində sülh proqramından çıxış Paşinyana dəstək verən Qərb Qarabağ məsələsində Rusiya və revanşistlərlə eyni cəbhədən çıxış etdiyi görünür.

Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin İrəvanda keçirilən 8-ci zirvə toplantısında Qərbin də regionu müharibəyə sürükləmək prosesində aktiv iştirakını açıq şəkildə bildirmiş, Avropa strukturlarının - AŞPA və Avropa Parlamentinin anti-sülh oyunlarını ifşa etmişdi. Dövlət başçısı bu çıxışı ilə milli maraqları hər şeydən üstün tutduğunu bir daha nümayiş etdirdi. Çünki bir çox regional liderlər Qərb dövlətlərinin başçıları qarşısında xoş sözlər deməyə çalışır, bir sıra məsələni milli maraqlarının əleyhinə olsa belə, dilə gətirmirlər. Prezident İlham Əliyev isə Azərbaycanın maraqlarını bütün platformalarda açıq şəkildə müdafiə edir.

Ermənistandakı seçki prosesinin detalları, xüsusilə Qarabağ məsələsində Qərbin də Rusiya və revanşistlərlə birlikdə hərəkət etməsi Azərbaycan liderinin nə qədər haqlı olduğunu təsdiq edir. Baş verənlər onu da təsdiq edir ki, Azərbaycan Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbində də haqlıdır.

Rəsmi Bakı yekun sülh müqaviləsinin imzalanması üçün əsas şərt kimi Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı mövcud konstitusiyasının dəyişdirilməsini irəli sürüb. Bu şərt həm Paşinyan hakimiyyəti, həm də Qərbdə bir sıra dairələr tərəfindən etirazla qarşılanmışdı. Rəsmi İrəvan sülh sazişində üzərinə götürdüyü tələbləri göstərərək, mövcud konstitusiyanın mane olmadığını deyir, Avropada da buna dəstək verilirdi. Halbuki, Paşinyan hakimiyyəti sülh proqramından çıxış etsə də, mümkün hakimiyyət dəyişikliyi ciddi risklər yaradır. Azərbaycana qarşı konstitusiyadan imtina edilmədən yekun sülh müqaviləsi imzalanarsa, hakimiyyətə gələn revanşistlər “ana qanunu” əsas götürərək, sülh razılaşmalarından imtina edəcək və yenidən ərazi iddialarını irəli sürəcəklər. Seçki kampaniyasında revanşistlər bunu açıq şəkildə dilə gətirirlər. Bu baxımdan Ermənistan konstitusiyası dəyişmədən – Azərbaycana qarşı ərazi iddialarından imtina edilmədən yekun sülh sazişi imzalanmayacaq. Rəsmi Bakının mövqeyi budur.

Baş verənlər erməni xalqına da seçimlərinin gələcəyə təsirinin necə olacağını göstərdi. Ermənilər sülh və əmin-amanlıq içində yaşamaq istəyirlərsə, sülhə və yeni konstitusiyaya səs verməlidir. Bunun əksi yeni müharibələr deməkdir. Bu seçkilər erməni xalqının hansı gələcəyi seçəcəyini də təyin edəcək: əbədi sülh, yoxsa əbədi müharibə?!

Oxunub: 80
Paylaş:
Digər xəbərlər

Xəbərlər

24-04-2026, 14:02

“Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər”

Xəbərlər

17-04-2026, 14:15

Azərbaycanla yeni müharibə xəbərdarlığı edildi

Xəbərlər

20-03-2026, 14:43

Nikol Paşinyan: Köçəryanın siyasəti Azərbaycanla müharibəni qaçılmaz edir

Xəbərlər

11-11-2025, 10:25

Paşinyandan yeni həmlə – Ermənistan üçün növbəti hədəf elan olundu

Xəbərlər

6-07-2021, 08:24

Azərbaycanla sülh sazişini Paşinyan istəmir, yoxsa Rusiya?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İranın "intiqam siyahısı" yayımlandı: Onlar ilk sıradadır
Yaponiya İkinci Dünya müharibəsindən bəri ilk dəfə bunu edəcək
Yaddaşı gücləndirmək istəyirsiniz? Günə bu qidalarla başlayın
Şirvanşahlar Sarayının 600 illik sirri açıldı: Qədim ovdanda...
Antibiotiklər niyə hər xəstəlikdə təsir etmir?
Serbiyadan Avropa İttifaqına qeyri-adi təklif: Bizi birləşdirin
Son xəbərlər
  • Bu gün, 11:06
    İranın "intiqam siyahısı" yayımlandı: Onlar ilk sıradadır
  • Bu gün, 10:43
    Yaponiya İkinci Dünya müharibəsindən bəri ilk dəfə bunu edəcək
  • Bu gün, 09:00
    Yaddaşı gücləndirmək istəyirsiniz? Günə bu qidalarla başlayın
  • Dünən, 22:30
    Şirvanşahlar Sarayının 600 illik sirri açıldı: Qədim ovdanda...
  • Dünən, 21:21
    Antibiotiklər niyə hər xəstəlikdə təsir etmir?
  • Dünən, 20:58
    Serbiyadan Avropa İttifaqına qeyri-adi təklif: Bizi birləşdirin
  • Dünən, 19:32
    Netanyahudan İrana: O günlər artıq geridə qaldı!
  • Dünən, 18:04
    Limon otu xəstəliklərlə mübarizədə yeni ümid ola bilər
  • Dünən, 17:10
    Küveytdə HHM-lər işə düşdü: Hədəflər zərərsizləşdirilir!
  • Dünən, 16:49
    Ceyhun Bayramovun “Zəngəzur dəhlizi” açıqlaması İrəvanı silkələdi - Paşinyan izahat versin
  • Dünən, 15:52
    Panik atak və infarktı necə ayırd etmək olar?
  • Dünən, 14:08
    ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
  • Dünən, 13:46
    Əliyevin Şuşadan dünyanı silkələyən bəyanatı...
  • Dünən, 12:21
    Qarın köpünün 5 gizli səbəbi
  • Dünən, 11:24
    Tramp Konqresi məlumatlandırıb: 60 günlük əməliyyat planı
  • Dünən, 10:43
    Qapıları bağlayırıq – Rusiya Avropada ən böyük müttəfiqini itirdi
  • Dünən, 09:07
    Yayda qida zəhərlənməsi – İlk yardım və nə vaxt həkimə müraciət etməli?
  • 13-07-2026, 22:19
    Dünyada ilk dəfə robot cərrahi əməliyyat etdi - İnsan köməyi olmadan
  • 13-07-2026, 21:21
    Qan şəkərini tarazlıqda saxlamaq üçün 3 sadə vərdiş
  • 13-07-2026, 20:44
    Netanyahu ermənilərin bu arzusunu ürəyində qoydu – Knessetdən mühüm qərar
  • 13-07-2026, 19:16
    Ermənistan məşhur kəndimizi qaytarmağa hazırlaşır? – Paşinyandan rezonans doğuran XƏBƏR
  • 13-07-2026, 18:50
    Talassemiya ilə bağlı miflər və həqiqətlər
  • 13-07-2026, 16:40
    ABŞ İranda hərbi bazanı vurdu: 1 ölü, 7 yaralı
  • 13-07-2026, 15:13
    Taxikardiya və aritmiya - Fərqi, səbəbi
  • 13-07-2026, 14:08
    Avropa Rusiyada qaz qoymayıb, hamısını alıb
  • 13-07-2026, 13:37
    Trampın Hörmüz qərarı İranı hiddətləndirdi – Müharibə başlayacaq?
  • 13-07-2026, 12:25
    40 yaşdan sonra həyatınızı xilas edəcək dörd tibbi test
  • 13-07-2026, 11:45
    3 ölkə hərəkətə keçib - İran elan etdi
  • 13-07-2026, 10:26
    Avropa İttifaqı Rusiya ilə dil tapa bilmədi - “Bu proses qaçılmazdır”
  • 13-07-2026, 09:08
    Miflərə inanmayın: Bu xərçəngə qalib gəlmək mümkündür
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə