“Rusiya Ukraynadakı vəziyyətin nizamlanması ilə bağlı danışıqlar aparmağa razıdır, lakin Kiyevdən analoji hazırlıq müşahidə etmir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Məlumata görə, Lavrov Rusiyanın Ukrayna məsələsi üzrə danışıqlara açıq olduğunu bir daha vurğulayıb.
“Biz dəfələrlə bəyan etmişik ki, Ukrayna ilə bağlı danışıqlara hazırıq. Lakin qarşı tərəfdə dialoqa hazır olmaq əlaməti görmürük”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, Rusiya hazırda qarşı tərəfdə danışıqlar aparmaq üçün uyğun tərəf tapa bilmir.