• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ
ABŞ və İsraili buna məcbur edəcəyik - Pezeşkian
Yağış nə vaxt kəsəcək? - Açıqlama
Zəifliyə səbəb olan qidalanma vərdişləri
Putin onları yola salan kimi bu ölkəyə getdi
Türkiyə-İsrail müharibəsi bu ölkədə başlayacaq - Yunanıstan ssenarini açıqladı
Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Türkiyə dolayı yolla müharibəyə cəlb edilə bilər – Ağardan vacib xəbərdarlıq

Xəbərlər

10-03-2026, 20:12

Türkiyə dolayı yolla müharibəyə cəlb edilə bilər – Ağardan vacib xəbərdarlıq



İrandan atılan ballistik raket İraq və Suriya hava məkanından keçdikdən sonra Türkiyəyə doğru trayektoriyasını dəyişib və Aralıq dənizində yerləşdirilən Aegis esminesi tərəfindən vuruldu. Atatürk bəndində bəzi raket parçaları aşkarlanıb (sosial mediadan).

Daha sonra İrandan Naxçıvana doğru 4 kamikaze dronu buraxıldı. Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) Bakı-Tbilisi-Ceyhan neft kəmərinə, İsrailin Azərbaycandakı səfirliyinə, Dağ Yəhudiləri dini icmasının liderlərindən birinə və Aşkenazi sinaqoquna hücum planının qarşısını aldığını elan etdi. Və dünən… İrandan atılan və rəsmi olaraq Türkiyəni hədəf aldığı bildirilən daha bir ballistik raket, Aralıq dənizində yerləşdirilən NATO-nun Aegis esminesi (ehtimal ki, SM-3) tərəfindən vurulub. Nə baş verir?

Əvvəla, ballistik raketin yalnız məhv etməyə yönəlmiş bir silah deyil, həm də siyasi mesaj, sınaq, manipulyasiya, təxribat və qeyri-müəyyənlik yaratmaq üçün bir vasitə ola biləcəyi aydın oldu. Bu hücumların günahkarları bunlar ola bilər:

– İran daxilində strateji qərar qəbuletmə mərkəzi,

– İran daxilində strateji aləti (ballistik raket) manipulyasiya etmək qabiliyyətinə malik ara təbəqələrdə qərar qəbul edən,

– Türkiyə və Azərbaycanı müharibəyə cəlb etməyə çalışan daxili qüvvə (məsələn, rejimdən yalnız Türkiyə və Azərbaycanın müharibəyə cəlb olunması ilə qurtula biləcəklərini düşünənlər),

– İranın qərar qəbuletmə mexanizmlərini daxildən manipulyasiya etmək qabiliyyətinə malik xarici qüvvə,

– Müharibənin yaratdığı artan stress səbəbindən qərar qəbuletmə mexanizminin strateji səhv qərarı.

Nəticə etibarilə, hamımız bilirik və fikir yürüdürük. Əgər İranda mərkəzi dövlət ağlını itirməyibsə, Türkiyə və Azərbaycana qarşı müharibəyə girməsi strateji intihar olardı.

– Digər tərəfdən, “İranın bəzi ballistik raketlərinin xüsusilə İraq-Suriya dəhlizindən keçməsi üçün proqramlaşdırılması ABŞ radar şəbəkəsini sınamaq məqsədi daşıya bilər”.

Bəzi raketlər əslində hərbi nəticələr əldə etmək üçün deyil, sonradan istifadə üçün qarşı tərəfin sistemini öyrənmək məqsədilə atılır. İrandan buraxılan, İraq və Suriya üzərindən keçən və NATO-nun Aegis esminesi tərəfindən vurulan ballistik raketlərlə bağlı hadisədə ən azı 6 ehtimal var:

– Raket əslində hədəfinə doğru gedirdi və müdafiə sistemi tərəfindən vuruldu.

– Raketin naviqasiyası elektron müharibə səbəbindən pozuldu.

– Raketin trayektoriyası elektron spektr müharibəsi vasitəsilə Türkiyəni göstərmək üçün manipulyasiya edildi.

– Raketin proqram təminatında sabotaj oldu və trayektoriyası manipulyasiya edildi.

– Raketə xaricdən aldığı məlumatlar vasitəsilə müdaxilə edildi və istiqaməti dəyişdirildi.

– İran ABŞ radar şəbəkəsinin sərhədlərini, limitlərini və imkanlarını sınaqdan keçirirdi. Başqa sözlə, bu, yem idi.

Beləliklə, ehtimallar çoxdur. Əsl günahkarı tapmadan düzgün cavab vermək çətindir. Onu tapsanız belə, risk çox yüksəkdir. Amma əslində günahkarı tapmağa elə də ehtiyac yoxdur. Çünki bir dövlətin strateji kəşfiyyatı riskli, mənşəyi bilinməyən və ya hətta mənşəyi bilinən olsa belə, təxribatçı məlumatlar əsasında hərəkət etmir. Əsl dövlət kəşfiyyatı başqaları tərəfindən müəyyən edilmiş bir sahədə, başqaları tərəfindən arzulanan vaxtda və ya başqaları tərəfindən müəyyən edilmiş reflekslərlə hərəkət etmir. Öz strateji yaddaşına güvənir, zamanı özü seçir, miqyası özü müəyyən edir və təsirini buna uyğun olaraq həyata keçirir.

Tərəflərin vurduqları hədəflər əsasında müharibənin mənası

ABŞ və İsrailin indiyə qədər hədəfi coğrafiya deyil, sistemdir. Onların məqsədi İran ordusunu məhv etmək deyil, onun qərar qəbuletmə mexanizmlərini çökdürməkdir.

ABŞ/İsrail üçün İranın proksi şəbəkələri mərkəzi dövlət hakimiyyəti qədər əhəmiyyətlidir. ABŞ İraq müharibəsindəki kimi İrana hücum etmək istəmir. Məqsəd İranı kövrək regional gücə çevirmək, rejimi dərhal devirmək deyil, rejimin daxili tarazlığını pozmaqdır. Yəni, hakimiyyətdəki fikir ayrılıqları, elitada parçalanma, təhlükəsizlik sistemində və bürokratiyada böhran, iqtisadi çöküş, daha sonra isə daxili transformasiyadır.
Türkiyə üçün ən vacib və təhlükəli məqamlardan biri İranın zəifləməsi ilə boşluqların yaradılmasıdır. Və bu boşluqlar əsasən proksi aktorlar tərəfindən doldurulur. Burada rol oynayan aktorlardan biri PKK və onun törəmələridir. Bu, “Türkiyəni dolayı yolla müharibəyə cəlb etmək riski” yaradır.

Sinir sistemi müharibəsi: İranın vurduğu hədəflər bizə nə deyir?

ABŞ-İsrail hücumları və İranın hücumları əslində iki fərqli müharibə doktrinasına aiddir.

– ABŞ/İsrail: Nüvəni iflic etmək üçün aparılan müharibə. (Beyni məhv etmək məqsədi daşıyan müharibə)

– İran: Şəbəkəni məhv etmək üçün aparılan müharibə. (Sinir sistemini yormaq və parçalamağı hədəfləyən müharibə)

İran təkcə İsrailə qarşı deyil, həm də ABŞ-ın Yaxın Şərq düzəninə qarşı müharibə apararkən, İsrail və ABŞ İranın nüvəsini məhv etməyə, Yaxın Şərqi yenidən qurmağa, İsrailin strateji üstünlüyünü qəbul etdirməyə, Çin və Rusiyanın önünü kəsməyə və Asiya qapısını yarıb keçməyə çalışırlar.

Hər iki istiqamət boyunca düzənin pozulması isə,

– Türkiyə ətrafında yeni boşluqlar,

– Yeni proksi döyüş meydanlarının yaradılması,

– Yeni dini, etnik və məzhəb gərginlikləri,

– Daxili konsolidasiyada çətinliklər,

– Strateji və milli gücün bütün elementlərinə təsir edən manipulyasiyalara və təxribatlara məruz qalma,

– İrandakı türklər və iki od arasında qalmanın çətinliyi ilə,

– Türkiyə və Azərbaycanı birbaşa və ya dolayı yolla müharibəyə cəlb etmək potensialı daşıyır.

Müəllif: Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzi (BAU SAM) başqanı, terror və təhlükəsizlik məsələləri üzrə ekspert Abdullah Ağar

Tərcümə etdi: Gülnar Səlimova

Oxunub: 127
Paylaş:
Digər xəbərlər

Xəbərlər

9-03-2026, 19:06

İran Türkiyəyə növbəti raket atdı – Təcili

Xəbərlər

28-03-2025, 11:39

İsrail və ABŞ-a ballistik raket hücumu - Hərbi bazalar və təyyarə gəmiləri vuruldu

Xəbərlər

13-12-2023, 15:21

Paytaxta gecə hücumu: Ballistik raket və İran PUA-ları məhv edildi

Xəbərlər

24-07-2023, 21:37

Şimali Koreya daha bir ballistik raket atdı

Xəbərlər

10-12-2022, 13:14

ŞOK AÇIQLAMA: Rusiya İrandan ballistik raketlər almağa HAZIRLAŞIR

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ
ABŞ və İsraili buna məcbur edəcəyik - Pezeşkian
Son xəbərlər
  • Bu gün, 19:21
    Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
  • Bu gün, 18:08
    Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
  • Bu gün, 17:05
    Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
  • Bu gün, 16:19
    Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
  • Bu gün, 15:00
    Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ
  • Bu gün, 14:39
    ABŞ və İsraili buna məcbur edəcəyik - Pezeşkian
  • Bu gün, 13:43
    Yağış nə vaxt kəsəcək? - Açıqlama
  • Bu gün, 12:49
    Zəifliyə səbəb olan qidalanma vərdişləri
  • Bu gün, 11:35
    Putin onları yola salan kimi bu ölkəyə getdi
  • Bu gün, 10:14
    Türkiyə-İsrail müharibəsi bu ölkədə başlayacaq - Yunanıstan ssenarini açıqladı
  • Bu gün, 09:08
    Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
  • Dünən, 21:41
    Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
  • Dünən, 20:31
    ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
  • Dünən, 19:05
    Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
  • Dünən, 18:32
    Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
  • Dünən, 17:24
    Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
  • Dünən, 16:11
    Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
  • Dünən, 15:49
    Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
  • Dünən, 14:59
    Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
  • Dünən, 13:13
    Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
  • Dünən, 12:17
    Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
  • Dünən, 11:20
    Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
  • Dünən, 10:57
    Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
  • Dünən, 09:06
    Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
  • Dünən, 09:04
    Zoğal (Cornus) haqqında bilmədikləriniz
  • 6-09-2026, 21:26
    Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
  • 6-09-2026, 20:01
    Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
  • 6-09-2026, 19:05
    Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
  • 6-09-2026, 18:45
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
  • 6-09-2026, 17:28
    Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə