• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İnsan beyninin tutumu neçə giqabaytdır?
İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
Bu bitki yağı bədəndə iltihabı azaldır
İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
Əlaqələri kəs, onları həbs et - Avropadan Ermənistana Rusiya tələbi
Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
Proses başlayıb, geridönüş yoxdur: Yaponiyada dünyanın ən təhlükəli kəşfiyyat sistemi qurulur
17 gəmi bu dənizdədir: Hər gün zərbə endirirlər
İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır
KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi
Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
Bu qidalar stresi azaldır
Alimlərdən yeni araşdırma! Xərçəngin diaqnozu qoyulmadan 3 il əvvəl aşkarlana bilər
Bu axşam vərdişi yuxunu pozur
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Türkiyədən möhtəşəm həmlə: 3 ölkə ilə bağlı məlumat yayıldı – Məğlubiyyət anonsu

Xəbərlər

1-05-2026, 17:44

Türkiyədən möhtəşəm həmlə: 3 ölkə ilə bağlı məlumat yayıldı – Məğlubiyyət anonsu


“Turkey Today” qəzetində dərc olunan məqalə Şərqdə Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Pakistanın iştirakı ilə yeni geosiyasi blokun formalaşması ehtimalını gündəmə gətirib.

Nəşr belə bir hərbi ittifaqın yaranmasının mümkünlüyünü və bunun regionda qüvvələr balansına necə təsir göstərə biləcəyini müzakirəyə çıxararaq, Yaxın Şərq və ətraf bölgələrdə yeni güc konfiqurasiyasının formalaşa biləcəyi ilə bağlı sualları aktuallaşdırır.

Globalinfo.az-a danışan türkiyəli politoloq Hüsaməddin İnaç deyib ki, ABŞ-İsrail birliyi ilə İran arasında gedən müharibənin nəticələrindən biri kimi Yaxın Şərqdə Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Pakistanın iştirakı ilə yeni geosiyasi blokun formalaşması ehtimalı yaranıb:

“Bu ittifaq təkcə adı çəkilən ölkələrlə məhdudlaşmır. Hətta bura Aralıq dənizi ölkələrindən İtalya və İspaniyanı da aid etmək olar. O cümlədən, Böyük Britaniya da gələcək perspektivdə bu blokun bir parçası ola bilər.

Belə bir ittifaqın yaranmasının çox önəmli bir səbəbi var. Xüsusilə 40 günlük müharibə zamanı körfəz ölkələri böyük zərər gördü, ABŞ müttəfiqlərini qoruya bilmədi. Bu ölkələr Vaşinqtona ödədikləri trilyonlarla dollar müdafiə xərclərinin boşa getdiyi gördülər. ABŞ-a etibarın bu qədər azaldığı bir zamanda Səudiyyə Ərəbistanı ilə Pakistan arasında ittifaq yarandı, daha sonra bura Türkiyə və Misirin də qoşulması gündəmə gəldi. Hətta Antalya Diplomatik Forumunda bəhs etdiyimiz ittifaq 4-cü görüşünü keçirdi.

Türkiyənin xarici işlər naziri Hakan Fidan yaxın zamanda İtalya və Britaniya ilə genişmiqyaslı, müdafiə xarakterli saziş imzaladı. Bu, ABŞ-ın məğlubiyyəti deməkdir. Çünki Körfəz ölkələri neft və qazı dünyaya ABŞ dolları üzərindən satırdı. Yəni dolların hegemonluğunun əsas dayaqlarından biri məhz Körfəz ölkələrinin enerji dövriyyəsi idi. ABŞ-ın bu regionu itirməsi onun dünya hegemonu olmasının qarşısını alır.

Nəticə etibarilə Vaşinqtonun apardığı müharibə region ölkələrinin vahid blokda birləşməsinə gətirib çıxardı. Bu ittifaqın yaxın illərdə daha da böyüməsi istisna deyil”.

Beynəlxalq münasibətlər üzrə pakistanlı ekspert Xalim Taimur Əkrəm isə deyib ki, Şərqdə Türkiyə, Pakistan, Misir və Səudiyyə Ərəbistanından ibarət yeni geosiyasi blok ideyası kifayət qədər maraqlı və müəyyən dərəcədə mümkündür:

“İlk növbədə, bu ölkələrin hamısı müsəlman dövlətləridir. Həmçinin onlar regional sabitlik, təhlükəsizlik əməkdaşlığı, iqtisadi inkişaf kimi ortaq maraqları bölüşürlər. Dörd ölkənin hamısı bir-biri ilə yaxşı münasibətlərə malikdir. İllər ərzində onlar müxtəlif platformalar, forumlar və tərəfdaşlıqlar çərçivəsində əməkdaşlıq ediblər. Həmçinin çoxsaylı ikitərəfli sazişlər imzalanıb. Bu müsbət fonda güclü bir ittifaqın qurulması çətin deyil və proses sıfırdan başlanmayacaq.

Bununla belə, qeyd etmək vacibdir ki, tamhüquqlu hərbi ittifaqın formalaşdırılması zaman tələb edir və diqqətli planlaşdırma zəruridir. Bu mürəkkəb mühitdə hər bir dövlətin öz maraqları və xarici siyasət prioritetləri mövcuddur. Onların böyük güclərlə müxtəlif tip münasibətləri var və hər biri daxili problemlərlə də üzləşir. Başqa sözlə, Qərb ölkələri ilə əlaqələr, regional rəqabətlər və iqtisadi məqsədlər hər zaman tam üst-üstə düşməyə bilər. Buna baxmayaraq, güclü liderlik və qarşılıqlı etimad şəraitində bu fərqləri idarə etmək mümkündür.

Belə bir ittifaq formalaşarsa, bu, region üçün çox müsbət nəticələr verə bilər. Terrorla mübarizə, müdafiə və fövqəladə hallara reaksiya kimi sahələrdə koordinasiya daha da asanlaşar. Eyni zamanda iqtisadi əməkdaşlıq da genişlənər. Bu ölkələr ticarət, investisiya, infrastruktur layihələri və digər sahələrdə birgə fəaliyyət göstərərlər. Bu da milyonlarla insan üçün faydalı olar. Qlobal güc balansı baxımından isə belə bir tərəfdaşlıq region ölkələrinə beynəlxalq arenada daha güclü kollektiv mövqe qazandıra bilər. Ayrı-ayrılıqda deyil, birlikdə çıxış edərək onlar beynəlxalq qərarlara daha effektiv təsir göstərə və regionun maraqlarını daha inamla təmsil edə bilərlər.

Bəzi çətinliklər mövcud olsa da, belə bir blokun formalaşması qeyri-real deyil. Əgər bu proses əməkdaşlıq, qarşılıqlı hörmət və ortaq inkişaf baxışı əsasında qurularsa, o zaman ittifaq regionda sabitlik, inkişaf və müsbət dəyişikliklər üçün güclü bir amilə çevrilə bilər”.

Oxunub: 93
Paylaş:
Digər xəbərlər

Xəbərlər

24-02-2026, 11:40

Yaxın Şərqdə meqaplan: yeni blokun hədəfi İrandır?

Xəbərlər

7-02-2026, 13:17

Ərdoğandan İsrailə taktiki “zərbə”: Türkiyə 89 il sonra yeni ittifaq yaradır?

Xəbərlər

13-01-2026, 13:30

Təl-Əviv narahatdır: Türkiyə bu iki ölkə ilə birləşsə, İsrail sarsılacaq

Xəbərlər

20-09-2025, 11:32

Səudiyyə Ərəbistanı Pakistan-Türkiyə-Azərbaycan hərbi blokuna qoşulur?

Xəbərlər

14-07-2022, 14:11

Türkiyə, Misir və Səudiyyə Ərəbistanı BRICS-ə daxil olmaq istəyirlər

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İnsan beyninin tutumu neçə giqabaytdır?
İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
Bu bitki yağı bədəndə iltihabı azaldır
İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
Son xəbərlər
  • Bu gün, 15:22
    İnsan beyninin tutumu neçə giqabaytdır?
  • Bu gün, 12:20
    İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
  • Bu gün, 10:12
    Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
  • Bu gün, 09:09
    Bu bitki yağı bədəndə iltihabı azaldır
  • Dünən, 22:46
    İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
  • Dünən, 21:50
    Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
  • Dünən, 20:23
    İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
  • Dünən, 19:40
    Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
  • Dünən, 18:19
    Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
  • Dünən, 17:54
    SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
  • Dünən, 16:55
    Əlaqələri kəs, onları həbs et - Avropadan Ermənistana Rusiya tələbi
  • Dünən, 15:53
    Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
  • Dünən, 14:47
    Proses başlayıb, geridönüş yoxdur: Yaponiyada dünyanın ən təhlükəli kəşfiyyat sistemi qurulur
  • Dünən, 13:02
    17 gəmi bu dənizdədir: Hər gün zərbə endirirlər
  • Dünən, 12:29
    İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır
  • Dünən, 11:50
    KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi
  • Dünən, 10:27
    Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
  • Dünən, 09:08
    Bu qidalar stresi azaldır
  • 27-07-2026, 22:12
    Alimlərdən yeni araşdırma! Xərçəngin diaqnozu qoyulmadan 3 il əvvəl aşkarlana bilər
  • 27-07-2026, 21:03
    Bu axşam vərdişi yuxunu pozur
  • 27-07-2026, 20:41
    Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır
  • 27-07-2026, 19:56
    NATO-nun gələcəyi ilə bağlı bədbin proqnoz: Artıq dağılır
  • 27-07-2026, 18:37
    Qaraciyəri bitirən 3 qida: Sağlam hesab edilirdi, amma risk daşıyır
  • 27-07-2026, 17:23
    Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
  • 27-07-2026, 16:08
    Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub?
  • 27-07-2026, 15:18
    Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
  • 27-07-2026, 14:05
    Türkiyənin "F-16"ları havaya qaldırılır - "Döyüşən Şahin"lərə hansı tapşırıq verilib?
  • 27-07-2026, 13:43
    Futbol üzrə dünya çempionatı Azərbaycanda – Sərəncam
  • 27-07-2026, 12:06
    Ağciyər rezeksiyası nədir?
  • 27-07-2026, 11:21
    İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə