• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İnsan beyninin tutumu neçə giqabaytdır?
İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
Bu bitki yağı bədəndə iltihabı azaldır
İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
Əlaqələri kəs, onları həbs et - Avropadan Ermənistana Rusiya tələbi
Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
Proses başlayıb, geridönüş yoxdur: Yaponiyada dünyanın ən təhlükəli kəşfiyyat sistemi qurulur
17 gəmi bu dənizdədir: Hər gün zərbə endirirlər
İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır
KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi
Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
Bu qidalar stresi azaldır
Alimlərdən yeni araşdırma! Xərçəngin diaqnozu qoyulmadan 3 il əvvəl aşkarlana bilər
Bu axşam vərdişi yuxunu pozur
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Sensasiyalı etiraflar: Erməni lobbisinin Azərbaycan və sülhə qarşı planı ifşa olundu

Xəbərlər

30-04-2026, 20:59

Sensasiyalı etiraflar: Erməni lobbisinin Azərbaycan və sülhə qarşı planı ifşa olundu


Avropa siyasətinin lobbi maraqlarının əsirinə çevrildiyi sirr deyil, xüsusilə anti-Azərbaycan qərarların arxasında konkret sifarişlərin olduğuna dair kifayət qədər ifşalar mövcuddur. Qrup və lobbi maraqlarının əlində alət olan Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər strukturlar korrupsiya bataqlığına çevrilib. Bu, Avropada fəaliyyət göstərən təşkilatların araşdırmalarında da etiraf olunur. Misal üçün, “Transparency International” təşkilatının araşdırmasına görə, Avropa Parlamentinin 705 deputatından üçdə ikisi Brüsselin siyasətinə təsir göstərmək məqsədilə özəl şirkətlərdən pul alır. Araşdırmada avroparlamentarilərin “sifarişlərin icrası” nəticəsində ildə 8-10 milyon avro qazandığı da öz əksini tapır. Hesabatlarda qeyd olunan bu faktlar “aysberqin görünən hissəsidir”. Mediada yayılan görüntülər isə Avropa İttifaqının yüksək rəhbərliyində təmsil olunan siyasətçilərin korrupsiya bataqlığında olduğunu ifşa edən növbəti sensasiya hesab oluna bilər.

Görüntülər BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo və oğlu Tomas Moreno Okampoya məxsusdur.

Etirafları təqdim edirik:

Luis Moreno Okampo: Əgər mənim bu cür işlərlə məşğul olan bir şirkətim olsa, biz bunları maya dəyərinə edə bilərik. Məsələn, hazırda komandamda çox güclü bir mütəxəssis var - o, vaxtilə Avropa Parlamentinin üzvü olub. O, hüquqi məsləhətçisi idi.

Həmsöhbət: Borrell?

Luis Moreno Okampo: Hə, Cozep Borrell. Deməli, bu şəxs indi mənim üçün Avropa Parlamentində çalışır. Və orada - Avropa Parlamentində mən müraciət və etiraz edə, birbaşa suallar ünvanlaya və Ursula von der Leyenə təzyiq göstərə bilərəm, beləcə Avropa siyasətinə təsir etmək mümkündür.

… Bundan başqa bir məsələ də ortaya çıxıb - əvvəllər bilmədiyim bir şey. Tamamilə yenidir: Avropa Ədalət Məhkəməsi çərçivəsində Komissiyanı Azərbaycanla bağlanmış müqavilənin ləğvinə məcbur etmək üçün bir iş qaldırılıb. Səbəb isə odur ki, müqavilədə Azərbaycanın insan hüquqlarına riayət etməsini tələb edən bənd var və iddiaya görə bu şərtə əməl olunmur. Beləliklə, mən özüm üçün yeni bir fəaliyyət sahəsi açmış oluram. Niyə bu məhz indi vacibdir? Çünki Avropa İttifaqı hazırda daha böyük əhəmiyyət daşıyır - Donald Tramp artıq müəyyən mənada, məhdudiyyətləri aradan qaldırır. Biz artıq hazırlanmış bir xətt üzrə irəliləyirik. Təzyiqi artırırıq və mən bunu ABŞ-dakı erməni lobbisi ilə birlikdə edəcəyəm. Beləliklə, biz orada daha real, həyata keçirilə bilən bir istiqamətdə təkan veririk. Mən divarı dağıtmalı deyiləm - qapı artıq açıqdır, biz sadəcə onu açırıq.

Tomas Moreno Okampo: Bizim işimiz insanların koordinasiyasını təşkil etmək idi ki, onlara “baxın, görün nələr baş verir” deyib hamını məlumatlandıraq. Nələrin baş verdiyini anlamalarına kömək etmək. Məsələn, bu gün bir görüş oldu. Bu gün aktivistlər, iş adamları, bu iş üzərində çalışan insanlarla, ümumilikdə ermənilərlə bağlı vəziyyət üzrə işləyənlərlə görüş var idi, düzdür? Dağlıq Qarabağ erməniləri ilə bağlı. Onlardan biri, gənc qadın, sosial media kampaniyasına rəhbərlik edir - çünki Ermənistanda hazırda böyük qarışıqlıq var. Seçkilərlə bağlı daxili mübahisələrin olduğu dərin qarışıqlıq. Beləliklə, bizim nail olmalı olduğumuz şey Paşinyanın, baş nazirin hakimiyyətdən uzaqlaşdırılmasıdır.

Həmsöhbət: Prezidenti?

Tomas Moreno Okampo: Biz onu uzaqlaşdırmalıyıq.

(Videogörüntüləri “Minval Politika” əldə edib).

Bu görüntülər və etiraflar Avropa siyasətinin korrupsiya bataqlığında olduğunun təkzibolunmaz faktıdır.

Məsələni anlamaq baxımından ilk öncə “Luis Moreno Okampo kimdir” sualının cavabına baxmaq lazımdır.

Argentinadan olan Luis Moreno Okampo Beynəlxalq Cinayət Məhkəməsinin (International Criminal Court - İCC) prokuroru olub. Onun İCC-dəki fəaliyyəti qalmaqallarla xatırlanır, xüsusilə lobbi və qrup maraqlarına xidmət etməsi, korrupsiyaya bulaşması fəaliyyətinə son qoyulmasına zəmin yaratdı. Okampo İCC-dən ayrıldıqdan sonra da erməni lobbisinin direktivlərinə uyğun fəaliyyətini davam etdirir.

İnsan Hüquqları üzrə Raul Vallenberq Mərkəzinin Beynəlxalq Hüquqi Məşvərət Şurasının üzvü olan Okampo Argentinadan olan “El Armenio” ləqəbli milyarder Eduardo Ernekiyanla sıx əlaqələrə malikdir. Təsadüfi deyil ki, Enekiyan Beynəlxalq Raul Vallenberq Fondunun sədridir. Okampo 2020-ci il 44 günlük müharibə və sonrasında Azərbaycana qarşı aktiv qarayaxma kampaniyası ilə seçilib. Qarabağdakı separatçıların qorunması, Ruben Vardanyanla bağlı aparılan kampaniya, Azərbaycana qarşı qondarma “etnik təmizləmə” kimi ittihamların irəli sürülməsi və digər işlərdə Okampo aparıcı fiqur rolunu oynayıb. Bununla yanaşı, Bakıda keçirilən COP29 zamanı Azərbaycanla bağlı erməni lobbisinin təşkil etdiyi qarayaxma kampaniyasının mərkəzində də Okampo dayanırdı.

Luis Moreno Okamponun Azərbaycana qarşı iddiaları, ümumiyyətlə ümumi fəaliyyətinin erməni lobbisinin sifarişlərinə əsaslandığı aydın məsələdir. Onun və oğlunun etiraflarının yayıldığı videogörüntülər isə təkcə bunu ifşa etmir, eyni zamanda, yeni faktları və planlarının nədən ibarət olduğunu aydınlaşdırır.

Məlum Cozep Borrelin ifşası...

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik üzrə keçmiş ali komissarı Cozep Borrelin siyasi karyerası erməni lobbisinə xidmət üzərində qurulub. Qondarma “erməni soyqırımı”nın aktiv müdafiəçisi olan Borrel Avropa İttifaqında Azərbaycana qarşı siyasətin də əsas memarı idi və Bakı-Brüssel xəttində münasibətlərin pozulmasında “böyük əməyi” var. İkinci Qarabağ müharibəsi və sonrasında Borrel anti-Azərbaycan fəaliyyətini intensivləşdirməklə Avropada Bakıya qarşı “siyasi cəbhə” açmağa çalışırdı.

- Azərbaycana qarşı “etnik təmizləmə” ittihamı, Qarabağdakı separatçıların müdafiəsi, “Azərbaycan Ermənistana hücum edəcək” iddialarının Avropa tribunasına daşınması və s.

Borrelin anti-Azərbaycan “gündəliyi” kifayət qədər zəngin olub. Və onun bütün bunları erməni diasporu/lobbisinin sifarişi ilə həyata keçirdiyi məlum idi. Okamponun etirafları isə məlumun ifşası hesab oluna bilər.

Okampo görüntülərdə etiraf edir ki, Borrel onun komandasındadır və onun vasitəsilə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenə təzyiq etmək, Avropa siyasətini yönləndirmək imkanına malikdir. Borrel Aİ rəhbərliyində təmsil olunanda Okampo kimi erməni lobbisinə işləyirdi. Vəzifədən getdikdən sonra Okampo ilə eyni komandada fəaliyyət göstərməsi də erməni diasporu/lobbisinin istəyi ilə ola bilər. Görünür, erməni lobbisi “bütün kadrlarını” eyni komandada birləşdirmək və hücumları intensivləşdirmək niyyətindədir.

Okampo və oğlu Tomasın etiraflarında erməni lobbisinin növbəti hədəflərinin nədən ibarət olduğu qeyd olunur.

Azərbaycana qarşı yeni hücum hazırlığı...

Erməni lobbisi Avropa Komissiyasının Azərbaycanla bağlı müqaviləni ləğv etməsiylə yeni hücum dalğasına başlamağa hazırlaşır. Görüntülərdə söhbətin hansı müqavilədən getdiyi qeyd olunmasa da, bunun enerji əməkdaşlığını da əhatə edən anlaşmalar olduğu istisna edilməməlidir. Bunu hansı mexanizmlə edəcəkləri də məlum olur. Avropa Ədalət Məhkəməsində Avropa Komissiyasının Azərbaycanla müqavilənin ləğvi haqqında qərarın çıxarılması üzərində iş aparılır və buna nail olmaq üçün iki istiqamətdə hərəkət edəcəklər:

Birincisi, Azərbaycanda “insan haqlarının pozulduğu” iddiaları üzərindən qarayaxma kampaniyasına başlayacaqlar.

İkincisi, Avropa Komisiyasının prezidenti Ursula von der Leyen da daxil olmaqla Aİ rəhbərliyində təzyiq edəcəklər: bu prosesdə Okampo və Borrel də daxil olmaqla erməni lobbisinin üzvləri birgə işləyəcək.

Okampo etiraf edir ki, onlar artıq “hazırlanmış xətt” üzrə işləyirlər.

Nikol Paşinyanı devirmək planı...

Okamponun oğlu Tomasın etirafları təsdiq edir ki, erməni lobbisi Ermənistanda keçiriləcək 7 iyun parlament seçkilərində baş nazir Nikol Paşinyanı devirməyə hazırlaşır. Əslində hadisələrin inkişafı belə bir planın olduğu təəssüratını yaradırdı, xüsusilə Ermənistandakı revanşist qüvvələr, kilsə və erməni diasporunun baş nazir Nikol Paşinyana qarşı birləşməsi fonunda. Tomas Moreno Okamponun etirafı bu planın mövcudluğunu faktlaşdırır. Və məlum olur ki, Nikol Paşinyanın devrilməsi planında Avropa Parlamentinin deputatları, eləcə də Avropa İttifaqının yüksək vəzifəli şəxsləri də yer alır. Cozep Borrelin iştirakı bilinən faktlardan biridir.

Yekun hədəf: Cənubi Qafqazda sülhü dağıtmaq...

Azərbaycana qarşı növbəti hücum kampaniyası, eləcə də Ermənistanda hakimiyyət dəyişikliyi planı hazırlayan erməni lobbisinin yekun məqsədi Cənubi Qafqazda sülh prosesini pozmaqdır. Çünki Azərbaycan-Ermənistan sülhü erməni diasporunun “ərazi iddiaları” və qondarma “soyqırımı” iddialarından bəslənən mövcudluq perspektivlərini sual altında salır, bu iddialardan böyük məbləğdə pullar qazanan erməni lobbisi – siyasətçilər, media rəhbərləri, Avropa strukturlarında müxtəlif vəzifə daşıyan şəxslərin isə gəlirlərinə təhlükə yaranır. Bununla yanaşı, sülhün Cənubi Qafqazda yaratdığı güc balansını maraqlarına risk hesab edən Rusiyanın da Samvel Karapetyan, Ruben Vardanyanın (ailəsi tərəfindən) kimi erməni əsilli milyarderlərlə prosesdə iştirak etdiyi bəllidir. Avropa İttifaqı Ermənistanda Rusiya ilə toqquşan tərəf olsa da, erməni diasporu/lobbisinin təsirində olan avropalı siyasətçilərin Cənubi Qafqazda Moskva ilə eyni məqsədə xidmət etdiyi aydın görünür.

Okampoların etirafları fonunda Cənubi Qafqazla bağlı anti-sülh planı artıq iddia, yaxud ehtimal yox, faktdır. Avropa İttifaqının strukturları – Avropa Parlamenti, Avropa Komissiyası, eləcə də Belçika dövləti Okampo və Borrel də daxil olmaqla bu şəbəkəni araşdırmalı, məsələyə hüquqi müstəvidə qiymət verməlidir. Ermənistan isə təkcə Rusiyadan yox, Avropadan da gələcək hibrid hücumlarına hazır olmalıdır.

Oxunub: 82
Paylaş:
Digər xəbərlər

Xəbərlər

23-01-2026, 14:02

Prezidentin “stop” qoyduğu məsələ – Pərdəarxası məqamlar bilindi

Xəbərlər

30-04-2025, 19:57

Çin Avropa İttifaqı ilə danışıqlara doğru ilk addımı atdı

Manşet / Xəbərlər

7-10-2023, 10:14

Makron niyə Bakıya sanksiya təklifinə qarşı çıxdı?

Xəbərlər

2-02-2023, 21:12

İki deputatın mandatı əlindən alındı - Korrupsiya faktına görə

Xəbərlər

26-11-2022, 22:17

Avropa Parlamenti ittiham olundu - NİFRƏTƏ GÖRƏ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İnsan beyninin tutumu neçə giqabaytdır?
İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
Bu bitki yağı bədəndə iltihabı azaldır
İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
Son xəbərlər
  • Bu gün, 15:22
    İnsan beyninin tutumu neçə giqabaytdır?
  • Bu gün, 12:20
    İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
  • Bu gün, 10:12
    Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
  • Bu gün, 09:09
    Bu bitki yağı bədəndə iltihabı azaldır
  • Dünən, 22:46
    İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
  • Dünən, 21:50
    Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
  • Dünən, 20:23
    İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
  • Dünən, 19:40
    Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
  • Dünən, 18:19
    Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
  • Dünən, 17:54
    SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
  • Dünən, 16:55
    Əlaqələri kəs, onları həbs et - Avropadan Ermənistana Rusiya tələbi
  • Dünən, 15:53
    Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
  • Dünən, 14:47
    Proses başlayıb, geridönüş yoxdur: Yaponiyada dünyanın ən təhlükəli kəşfiyyat sistemi qurulur
  • Dünən, 13:02
    17 gəmi bu dənizdədir: Hər gün zərbə endirirlər
  • Dünən, 12:29
    İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır
  • Dünən, 11:50
    KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi
  • Dünən, 10:27
    Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
  • Dünən, 09:08
    Bu qidalar stresi azaldır
  • 27-07-2026, 22:12
    Alimlərdən yeni araşdırma! Xərçəngin diaqnozu qoyulmadan 3 il əvvəl aşkarlana bilər
  • 27-07-2026, 21:03
    Bu axşam vərdişi yuxunu pozur
  • 27-07-2026, 20:41
    Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır
  • 27-07-2026, 19:56
    NATO-nun gələcəyi ilə bağlı bədbin proqnoz: Artıq dağılır
  • 27-07-2026, 18:37
    Qaraciyəri bitirən 3 qida: Sağlam hesab edilirdi, amma risk daşıyır
  • 27-07-2026, 17:23
    Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
  • 27-07-2026, 16:08
    Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub?
  • 27-07-2026, 15:18
    Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
  • 27-07-2026, 14:05
    Türkiyənin "F-16"ları havaya qaldırılır - "Döyüşən Şahin"lərə hansı tapşırıq verilib?
  • 27-07-2026, 13:43
    Futbol üzrə dünya çempionatı Azərbaycanda – Sərəncam
  • 27-07-2026, 12:06
    Ağciyər rezeksiyası nədir?
  • 27-07-2026, 11:21
    İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə