Almaniya dəniz yollarının azadlığını təmin etmək üçün lazım gələrsə, hərbi güc tətbiq etməyə hazırdır.
Axar.az xəbər verir ki, bunu bunu Almaniya kansleri Fridrix Merz deyib.
“İranın Hörmüz boğazını blokadaya almasını ən qısa zamanda dayandırmaqda qərarlıyıq. Lazımi şərtlər yerinə yetirilərsə, Almaniya gəmiçiliyin sərbəst fəaliyyətini təmin etmək üçün hərbi əməliyyatlara hazırdır”, - o bildirib.
Qeyd edək ki, bundan öncə Merz Hörmüzün blokadası səbəbindən Almaniya iqtisadiyyatının çətinlik çəkdiyini açıqlamışdı.