• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
Putin referendumu soruşub? - Nikoldan sərt cavab
Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
İnsan beyninin tutumu neçə giqabaytdır?
Ali məktəblərə ixtisas seçimi nə vaxt başlanacaq?
Lavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!
İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
İran Odessanı vura bilər - Hərbi ekspertdən sensasion iddia
Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
Bu bitki yağı bədəndə iltihabı azaldır
İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Pəhləvi meydana çıxdı, Qraham bayraq qaldırdı – Münxendə İran mesajı

Xəbərlər

17-02-2026, 14:19

Pəhləvi meydana çıxdı, Qraham bayraq qaldırdı – Münxendə İran mesajı



İranın devrilmiş şahının oğlu Rza Pəhləvinin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən tədbirlərdə iştirakı beynəlxalq siyasi dairələrdə diqqət mərkəzindədir. Onun Münxendə İrandakı rejim əleyhinə keçirilən yürüşə qatılması və çıxış etməsi, həmin tədbirdə ABŞ senatoru Lindsey Qrahamın Pəhləvilər dövrünə aid İran bayrağını daşıması geniş müzakirələrə səbəb olub.

Diqqətçəkən digər məqam isə Rza Pəhləvinin konfrans çərçivəsində baş tutan qeyri-rəsmi görüşdə ABŞ Prezidenti Donald Tramp administrasiyasını İranla danışıqları uzatmamağa və hərbi müdaxilə variantını nəzərdən keçirməyə çağırmasıdır.

Pəhləvinin Münxen Təhlükəsizlik Konfransı kimi nüfuzlu bir platformaya dəvət alması Qərbin Tehrana ünvanladığı siyasi mesajdır? Rza Pəhləvi İranın gələcək siyasi arxitekturasında alternativ fiqur kimi irəli çəkilir?

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Sədrəddin Soltan deyib ki, Məhəmməd Rza Şah Pəhləvinin oğlu Rza Pəhləvinin Münxen Təhlükəsizlik Konfransında iştirakında qeyri-adi heç nə yoxdur:

“Əvvəllər də İran müxalifətinin müxtəlif nümayəndələri bu toplantı çərçivəsində tədbirlərdə iştirak ediblər. Məsələn, ötən il Rza Pəhləvi konfransa buraxılmamışdı. Bu, müəyyən mənada Tehrandakı proseslərdən asılı olaraq İran müxalifətinə münasibətin göstəricisidir. Buna Tehran hakimiyyətinə qarşı təzyiq aləti və çəkindirici element kimi baxmaq olar.

Müxtəlif məlumatlar yayılır ki, guya Rza Pəhləvinin Avropada yüz minlərlə tərəfdarı toplaşıb aksiyalar keçirib. Hesab edirəm ki, bu xəbərlər daha çox Rza Pəhləvi ətrafında ajiotaj yaratmaq məqsədi daşıyır. Onu indiki Tehran hakimiyyətinə alternativ kimi təqdim etməyə çalışırlar.

Rza Pəhləvi 1979-cu ildən, 18 yaşından etibarən İranı tərk edib. O, bütün həyatını xaricdə yaşayıb və ölkə daxilindəki ictimai-sosial proseslərdən, əhalinin sosial vəziyyətindən və mədəni düşüncə tərzindən uzaqdır. Onun mövqeyi daha çox mövcud hakimiyyətə qarşı qisasçılıq yanaşmasına əsaslanır. Düşünür ki, indiki hakimiyyət getməli və özü hakimiyyətə qayıtmalıdır.

Halbuki həm onun babası, həm də atası hakimiyyətdə olduqları dövrdə ciddi repressiyalar həyata keçiriblər. İranda ilk dəfə türk dilinə qadağa Pəhləvilər dövründə tətbiq olunub. “Vahid millət” konsepsiyası və qeyri-fars xalqlara münasibətdə ayrı-seçkilik siyasəti də həmin dövrdən başlayıb. Rza Pəhləvinin də bu düşüncənin davamçısı olduğu bildirilir”.

Siyasi şərhçi qeyd edib ki, onun hakimiyyətə gətirilməsi real görünmür:

“Bu, həm də ABŞ-ın yeni təhlükəsizlik strategiyasına ziddir. Vaşinqtonun bundan sonra digər ölkələrin daxili işlərinə birbaşa müdaxilə etməyəcəyi ilə bağlı mövqeyi var. İranda qurulacaq rejim İran xalqının daxili işidir. Kənar müdaxilə və zorakı rejim dəyişikliyi beynəlxalq münasibətlər baxımından təhlükəli və arzuolunmaz presedent yarada bilər. Vaxtilə Sovet İttifaqının bəzi ölkələrə müdaxilə edərək rejim dəyişməsi halları olub.

Bu gün elə təsəvvür formalaşdırılır ki, guya ABŞ İranda hakimiyyəti devirib Rza Pəhləvini iqtidara gətirəcək. Bu, sadəlövh yanaşmadır. Həmin tədbirdə məsələ ilə bağlı senator Lindsey Qrahama sual veriləndə, o, bunun öz səlahiyyətlərinə aid olmadığını bildirib. Bu, ABŞ üçün də birbaşa gündəlik məsələ deyil, İran xalqının daxili işidir.

Rza Pəhləvinin hakimiyyətə gətirilməsi İranda daha kəskin qarşıdurmaya səbəb ola bilər. Onun tərəfdarlarının sayının qabardılması təbiidir. 47 ildir şah tərəfdarları və onların nəsilləri Avropa və ABŞ-da yaşayırlar. Münxendə toplaşanların əsas məqsədi yalnız Rza Pəhləvini dəstəkləmək deyil, həm də İranda aksiyalar zamanı həlak olanlara görə mövcud rejimə etiraz idi. Pəhləvi tərəfdarları isə bu situasiyadan istifadə etməyə çalışırlar.

Fevralın 17-də İran və ABŞ arasında danışıqların növbəti mərhələsinin keçirilməsi planlaşdırılır. Tehran hökuməti Vaşinqtonla müəyyən anlaşmaya hazır olduğunu nümayiş etdirir. İran Prezidenti Məsud Pezeşkian Oman görüşlərini irəliyə doğru addım kimi qiymətləndirib. Belə bir şəraitdə Rza Pəhləvinin İrana qayıdaraq hakimiyyətə gəlməsi və ya rejimin devrilməsi ssenarisi inandırıcı görünmür.

Pəhləvinin hərbi müdaxilə çağırışı isə yerində deyil. Bu, İran əhalisinə qarşı amansız yanaşma olardı. ABŞ-ın mümkün müdaxiləsi birbaşa ali lideri və ya hakim elitanı deyil, ilk növbədə sadə vətəndaşları zərbə altında qoyar. Rza Pəhləvinin hakimiyyətə gətirilməsi üçün ABŞ belə bir addım atmaz”.

Oxunub: 85
Paylaş:
Digər xəbərlər

Xəbərlər

25-01-2026, 10:34

İran “hazırıq” dedi, müharibə anonsu verdi: Zelenski üzərindən ilginc MESAJ

Xəbərlər

15-01-2026, 10:29

Rza Pəhləvinin qayıdışı mümkündürmü? - ABŞ onu oynadır

Xəbərlər

10-01-2026, 16:42

Rza Pəhləvi inqilaba çağırdı, “qayıdıram” dedi...

Xəbərlər

21-10-2025, 10:26

Regionda yeni gərginlik: İrandan 3 tələb var – Yerinə yetirməsə…

Xəbərlər

26-02-2023, 21:28

Qərbin İranla bağlı ən böyük hədəfi budur - Şok detallar

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
Putin referendumu soruşub? - Nikoldan sərt cavab
Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
Son xəbərlər
  • Dünən, 22:56
    Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
  • Dünən, 21:31
    Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
  • Dünən, 20:18
    Putin referendumu soruşub? - Nikoldan sərt cavab
  • Dünən, 19:36
    Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
  • Dünən, 18:28
    Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
  • Dünən, 17:24
    ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
  • Dünən, 16:08
    Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
  • Dünən, 15:22
    İnsan beyninin tutumu neçə giqabaytdır?
  • Dünən, 14:35
    Ali məktəblərə ixtisas seçimi nə vaxt başlanacaq?
  • Dünən, 13:51
    Lavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!
  • Dünən, 12:20
    İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
  • Dünən, 11:22
    İran Odessanı vura bilər - Hərbi ekspertdən sensasion iddia
  • Dünən, 10:12
    Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
  • Dünən, 09:09
    Bu bitki yağı bədəndə iltihabı azaldır
  • 28-07-2026, 22:46
    İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
  • 28-07-2026, 21:50
    Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
  • 28-07-2026, 20:23
    İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
  • 28-07-2026, 19:40
    Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
  • 28-07-2026, 18:19
    Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
  • 28-07-2026, 17:54
    SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
  • 28-07-2026, 16:55
    Əlaqələri kəs, onları həbs et - Avropadan Ermənistana Rusiya tələbi
  • 28-07-2026, 15:53
    Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
  • 28-07-2026, 14:47
    Proses başlayıb, geridönüş yoxdur: Yaponiyada dünyanın ən təhlükəli kəşfiyyat sistemi qurulur
  • 28-07-2026, 13:02
    17 gəmi bu dənizdədir: Hər gün zərbə endirirlər
  • 28-07-2026, 12:29
    İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır
  • 28-07-2026, 11:50
    KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi
  • 28-07-2026, 10:27
    Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
  • 28-07-2026, 09:08
    Bu qidalar stresi azaldır
  • 27-07-2026, 22:12
    Alimlərdən yeni araşdırma! Xərçəngin diaqnozu qoyulmadan 3 il əvvəl aşkarlana bilər
  • 27-07-2026, 21:03
    Bu axşam vərdişi yuxunu pozur
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə