• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İranın "intiqam siyahısı" yayımlandı: Onlar ilk sıradadır
Yaponiya İkinci Dünya müharibəsindən bəri ilk dəfə bunu edəcək
Yaddaşı gücləndirmək istəyirsiniz? Günə bu qidalarla başlayın
Şirvanşahlar Sarayının 600 illik sirri açıldı: Qədim ovdanda...
Antibiotiklər niyə hər xəstəlikdə təsir etmir?
Serbiyadan Avropa İttifaqına qeyri-adi təklif: Bizi birləşdirin
Netanyahudan İrana: O günlər artıq geridə qaldı!
Limon otu xəstəliklərlə mübarizədə yeni ümid ola bilər
Küveytdə HHM-lər işə düşdü: Hədəflər zərərsizləşdirilir!
Ceyhun Bayramovun “Zəngəzur dəhlizi” açıqlaması İrəvanı silkələdi - Paşinyan izahat versin
Panik atak və infarktı necə ayırd etmək olar?
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
Əliyevin Şuşadan dünyanı silkələyən bəyanatı...
Qarın köpünün 5 gizli səbəbi
Tramp Konqresi məlumatlandırıb: 60 günlük əməliyyat planı
Qapıları bağlayırıq – Rusiya Avropada ən böyük müttəfiqini itirdi
Yayda qida zəhərlənməsi – İlk yardım və nə vaxt həkimə müraciət etməli?
Dünyada ilk dəfə robot cərrahi əməliyyat etdi - İnsan köməyi olmadan
Qan şəkərini tarazlıqda saxlamaq üçün 3 sadə vərdiş
Netanyahu ermənilərin bu arzusunu ürəyində qoydu – Knessetdən mühüm qərar
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Rusiyada “hakimiyyət” dəyişdi: KQB-nin varisindən rusları təşvişə salan QƏRAR

Xəbərlər

13-06-2026, 17:33

Rusiyada “hakimiyyət” dəyişdi: KQB-nin varisindən rusları təşvişə salan QƏRAR


Federal Təhlükəsizlik Xidməti (FTX) Rusiyada internet yayımı və mobil rabitə üzərində təsirini artırır. “Faynənşl Tayms” qəzetinin məlumatına görə, qurum şəbəkə məhdudiyyətləri və kəsintiləri ilə bağlı qərarlatı tez-tez tətbiq edir.

Ötən ildən bəri Rusiyanın müxtəlif bölgələrində, böyük şəhərlərdən ucqar ərazilərə qədər mobil internet kəsintiləri qeydə alınıb. Bu kəsintilər qəfil və rəsmi izahat olmadan baş verir, gündəlik xidmətlərə, ödəniş sistemlərinə və rəqəmsal vasitələrə təsir göstərir. Hətta bu yaz Moskvada da müəyyən məhdudiyyətlər tətbuq olunub.

Nəşr yazır ki, bu, institusional səriştəsizliyin nəticəsi deyil. Mənbələrə görə, kəsintilər Rusiya sistemində səssiz hakimiyyət dəyişikliyinin nəticəsidir, burada Sovet KQB-sinin varisi olan FTX internet çıxışının nə vaxt və kimə veriləcəyini müəyyən etmək səlahiyyəti əldə edib.

Globalinfo.az-a danışan politoloq Bakir Həsənbəyli deyib ki, Rusiyada mobil internetin kəsilməsi artıq daha tez-tez baş verəcək:

“Bu, əsasən milli təhlükəsizliklə bağlıdır. İnternet məhdudiyyətləri adətən xəbərdarlıq edilmədən tətbiq olunur və bu, operatorların deyil, yuxarı instansiyaların göstərişidir. Operatorların istifadəçilərə öncədən SMS göndərməsi qanunvericiliklə tənzimlənmədiyi üçün hazırda belə bir öhdəlik yoxdur. PUA hücumları fonunda vəziyyət ciddi olduğu üçün bu addımlar səbəbsiz deyil və gələcəkdə həm söndürülmələrin sayı, həm də müddəti arta bilər. Hazırda isə bütün ölkə üzrə deyil, yalnız strateji obyektlərin yaxınlığında məhdudiyyətlər tətbiq olunur. Operatorlar belə söndürmələr barədə açıqlama verməyə məcbur deyillər, çünki məsələ milli təhlükəsizliklə bağlıdır.

Mobil internetin olmaması düşmənin naviqasiya imkanlarını məhdudlaşdırır və vacib obyektlərin müdafiəsini gücləndirir. Bu cür tədbirlər Sibirin bəzi bölgələrində də tətbiq olunur. Rusiyada internetə nəzarət mexanizmlərinin sərtləşməsi gündəlik həyat, biznes və siyasi proseslər üçün ciddi nəticələr doğurur. Prezident Vladimir Putin baş nazirə və FTX-nın direktoruna mobil internetin məhdudlaşdırıldığı dövrlərdə əsas tibbi, informasiya və ödəniş xidmətlərinin fasiləsiz işləməsini təmin etməyi tapşırıb. Kremlin açıqlamasında bu cür məhdudiyyətlər təhlükəsizlik tədbiri kimi izah olunur. 2026-cı ildə Rusiya hakimiyyəti mobil interneti vaxtaşırı kəsir, “Telegram” və “WhatsApp” kimi xarici messencerlərə məhdudiyyətləri artırılır, VPN xidmətlərinə qarşı kampaniyan gücləndirilir. Moskva və Sankt-Peterburqda istifadəçilər mobil internetin işləməməsi, sayt və tətbiqlərin açılmaması, bəzi hallarda isə yalnız “ağ siyahı”ya daxil edilən resurslara girişin mümkün olması ilə üzləşirlər. Rəsmi Moskva tətbiq etdiyi “ağ siyahı” modeli faktiki olaraq internetə tam giriş əvəzinə, yalnız əvvəlcədən icazə verilmiş xidmətlərin işləməsi deməkdir”.

Politoloq bildirib ki, Moskvada beş günlük mobil internet məhdudiyyətlərinin biznesə 3-5 milyard rubl ziyan vurma ehtimalı var:

“Ən çox zərər görənlər isə kiçik və orta biznes, kuryer xidmətləri, taksi, pərakəndə ticarət və mobil POS-terminallardan istifadə edən obyektlər olur. Kreml “WhatsApp”ın tam bloklanmasını yerli qanunlara əməl edilməməsi ilə izah edir. VPN xidmətlərinə qarşı təzyiq də artır. Rusiya son günlər trafik filtrləmə avadanlıqlarının gücünü artırmağa çalışır və bu sistemlər internet trafikinə daha dərin nəzarət imkanı yaradır. Bu mexanizmlər messencer və VPN trafiki kimi fərqli bağlantı növlərini müəyyən etməyə və məhdudlaşdırmağa imkan verir.

2026-cı ilin martında Rusiyada “Google Play” üzərindən VPN tətbiqləri 9,2 milyon dəfə yüklənib. Bu, 2025-ci ilin martı ilə müqayisədə 14 dəfə çoxdur. Rusiyalıların artıq 40 faizi VPN-dən istifadə edir. Moskva və Sankt-Peterburqda bu göstəricinin müvafiq olaraq 62 və 58 faiz olduğu bildirilir. Məhdudiyyətlər siyasi risklər də yaradır. Mobil internet kəsintiləri Rusiya ictimaiyyətində və biznes dairələrində narazılıq doğurub. Kremlin mətbuat katibi Dmitri Peskov məhdudiyyətlərin müvəqqəti olduğunu bildirsə də, bu məsələ payızda keçiriləcək parlament seçkiləri ərəfəsində hakimiyyət üçün əlavə problemə çevrilə bilər. Onu da qeyd edim ki, Rusiyada Dövlət Dumasına seçkilər 2026-cı il sentyabrında keçiriləcək. Ekspertlər hesab edirlər ki, seçki dövrü hakimiyyət üçün idarə olunan proses olsa da, yığılmış sosial narazılıqlar və gözlənilməz ictimai reaksiyalar sistemin həssaslığını artıra bilər”.

Oxunub: 62
Paylaş:
Digər xəbərlər

Xəbərlər

24-11-2025, 10:26

Ukrayna üçün “ən qorxulu qış” yaxınlaşır

Xəbərlər

19-08-2024, 20:24

Bahalaşan internetdən indi necə istifadə edək? – Ekspertdən vacib tövsiyələr

Maraqlı

9-07-2022, 09:28

“Starlink” su üzərində internet xidmətini işə saldı

Xəbərlər

19-04-2019, 01:37

Bu gündən internet qiymətləri ikiqat BAHALAŞDIRILDI - Gülünc SƏBƏB

Manşet / Gündəm / Xəbərlər

7-04-2018, 15:13

İrimiqyaslı kiberhücum internet provayderlərini çökdürüb

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İranın "intiqam siyahısı" yayımlandı: Onlar ilk sıradadır
Yaponiya İkinci Dünya müharibəsindən bəri ilk dəfə bunu edəcək
Yaddaşı gücləndirmək istəyirsiniz? Günə bu qidalarla başlayın
Şirvanşahlar Sarayının 600 illik sirri açıldı: Qədim ovdanda...
Antibiotiklər niyə hər xəstəlikdə təsir etmir?
Serbiyadan Avropa İttifaqına qeyri-adi təklif: Bizi birləşdirin
Son xəbərlər
  • Bu gün, 11:06
    İranın "intiqam siyahısı" yayımlandı: Onlar ilk sıradadır
  • Bu gün, 10:43
    Yaponiya İkinci Dünya müharibəsindən bəri ilk dəfə bunu edəcək
  • Bu gün, 09:00
    Yaddaşı gücləndirmək istəyirsiniz? Günə bu qidalarla başlayın
  • Dünən, 22:30
    Şirvanşahlar Sarayının 600 illik sirri açıldı: Qədim ovdanda...
  • Dünən, 21:21
    Antibiotiklər niyə hər xəstəlikdə təsir etmir?
  • Dünən, 20:58
    Serbiyadan Avropa İttifaqına qeyri-adi təklif: Bizi birləşdirin
  • Dünən, 19:32
    Netanyahudan İrana: O günlər artıq geridə qaldı!
  • Dünən, 18:04
    Limon otu xəstəliklərlə mübarizədə yeni ümid ola bilər
  • Dünən, 17:10
    Küveytdə HHM-lər işə düşdü: Hədəflər zərərsizləşdirilir!
  • Dünən, 16:49
    Ceyhun Bayramovun “Zəngəzur dəhlizi” açıqlaması İrəvanı silkələdi - Paşinyan izahat versin
  • Dünən, 15:52
    Panik atak və infarktı necə ayırd etmək olar?
  • Dünən, 14:08
    ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
  • Dünən, 13:46
    Əliyevin Şuşadan dünyanı silkələyən bəyanatı...
  • Dünən, 12:21
    Qarın köpünün 5 gizli səbəbi
  • Dünən, 11:24
    Tramp Konqresi məlumatlandırıb: 60 günlük əməliyyat planı
  • Dünən, 10:43
    Qapıları bağlayırıq – Rusiya Avropada ən böyük müttəfiqini itirdi
  • Dünən, 09:07
    Yayda qida zəhərlənməsi – İlk yardım və nə vaxt həkimə müraciət etməli?
  • 13-07-2026, 22:19
    Dünyada ilk dəfə robot cərrahi əməliyyat etdi - İnsan köməyi olmadan
  • 13-07-2026, 21:21
    Qan şəkərini tarazlıqda saxlamaq üçün 3 sadə vərdiş
  • 13-07-2026, 20:44
    Netanyahu ermənilərin bu arzusunu ürəyində qoydu – Knessetdən mühüm qərar
  • 13-07-2026, 19:16
    Ermənistan məşhur kəndimizi qaytarmağa hazırlaşır? – Paşinyandan rezonans doğuran XƏBƏR
  • 13-07-2026, 18:50
    Talassemiya ilə bağlı miflər və həqiqətlər
  • 13-07-2026, 16:40
    ABŞ İranda hərbi bazanı vurdu: 1 ölü, 7 yaralı
  • 13-07-2026, 15:13
    Taxikardiya və aritmiya - Fərqi, səbəbi
  • 13-07-2026, 14:08
    Avropa Rusiyada qaz qoymayıb, hamısını alıb
  • 13-07-2026, 13:37
    Trampın Hörmüz qərarı İranı hiddətləndirdi – Müharibə başlayacaq?
  • 13-07-2026, 12:25
    40 yaşdan sonra həyatınızı xilas edəcək dörd tibbi test
  • 13-07-2026, 11:45
    3 ölkə hərəkətə keçib - İran elan etdi
  • 13-07-2026, 10:26
    Avropa İttifaqı Rusiya ilə dil tapa bilmədi - “Bu proses qaçılmazdır”
  • 13-07-2026, 09:08
    Miflərə inanmayın: Bu xərçəngə qalib gəlmək mümkündür
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə