Əgər günün sonunda ayaqqabı dar gəlirsə, ayaqlarda ağırlıq və yorğunluq hiss edirsinizsə, bunun bir neçə səbəbi ola bilər.
Mediicina.az xəbər verir ki, uzun müddət oturmaq və ya ayaq üstə qalmaq, sti hava, duzlu qidaların çox qəbulu, artıq çəki, venoz qan dövranının zəifləməsi, bəzi ürək, böyrək və ya hormonal problemlər səbəb ola bilər.
Nə etmək olar?
- Gün ərzində hərəkət edin
- Kifayət qədər su için
- Ayaqları 15–20 dəqiqə ürək səviyyəsindən yuxarı qaldırın
- Uzun müddət eyni vəziyyətdə qalmayın
- Duz qəbulunu azaldın
Əgər şişkinlik: • yalnız bir ayaqda olarsa, • ağrı və qızartı ilə müşayiət olunarsa, • qəfil yaranarsa, mütləq həkimə müraciət etmək lazımdır.
Ayaqlarınız günün sonunda sizə bədəninizin vəziyyəti haqqında məlumat verir.