• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
ABŞ BMT-də Aİ-nin Ukrayna ilə bağlı layihəsinə niyə "yox" deyib?
SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? – Rəsmi xəbərdarlıq
DTX və DSX-dən birgə əməliyyat: saxlanılan var
Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
Gözdə narahatlıq yaradan giləmeyvələr
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
Avropa Parlamentinin Türkiyə hesabatına sərt reaksiya
Tut yarpağının faydaları - Xolesteroldan şəkərə qədər...
Bu gün Bakıda Türkiyə-İsrail danışıqları keçiriləcək
Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…
Gün ərzində nə qədər duz qəbul etmək olar?
Maskasız 4 bürc - Onların içi də çölü də birdir
Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Rusiya Paşinyanı HƏDƏLƏDİ - Bakıdan İrəvana göndərilən İSMARIC

Xəbərlər

28-02-2023, 18:08

Rusiya Paşinyanı HƏDƏLƏDİ - Bakıdan İrəvana göndərilən İSMARIC


Lavrovun iki günlük Bakı səfəri bu regionla bağlı bir çox təzadlı məqamlara yenidən işıq tutmaq baxımından Azərbaycan üçün faydalı oldu. Əslində öncədən də Rusiya Xarici işlər nazirinin Azərbaycana gəliş səbəbini təxmin etmək olurdu.

Sergey Lavrovun Bakı səfəri öncəsi regionda və qlobal miqyasda baş verən geosiyasi prosesələr bu mənada XİN başçısının Azərbaycana hansı məqsədlər üçün göndərildiyinə eyham vururdu.

Doğrudur, 1 il əvvəl Bakı ilə Moskva arasında dövlət başçılarının iştirakı ilə müttəfiqlik haqqında bəyannamə imzalanıb. Lavrovun Bakıya gəlişini Bəyannamənin ildönümü münasibətilə tərtib edilən bayram protokolu kimi qəbul etmək də olar, etməmək də. Çünki bu səfər zamanı xüsusi əhəmiyyət kəsb edən məsələlərin gündəmi zəbt etdiyini nəzərə alsaq, bəyannamə məsələsi bir qədər konteksdən çıxmış sayıla bilər.

Lavrovu Bakıya gətirən... :

1. Qərbin Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsindəki rolunun artırması

2. Rusiyanın Cənubi Qafqazdan və Bakı ilə İrəvan arasındakı danışıqlar prosesindən sıxışdırılıb çıxarılmaq cəhdləri

3. Son proseslər fonunda Kremlin İrəvanı cəzalandırmaq planı

Hadisələrin bu cür inkişafı isə tamamilə Bakının əlini gücləndirir. Belə ki, Ermənistanın Rusiyadan uzaqlaşmağa çalışması, üstəgəl Azərbaycanla münasibətlərdə sülh gündəliyindən yayınması Bakı-Moskva xəttinin bir-birinə yaxınlaşmasına gətirib çıxarır ki, nəticə etibarı ilə Rusiyada yaxın vaxtlarda Ermənistanı cəzalandırmaq sindromlarını aşkar etməyimizə imkan yaradır.

Bu gün Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransı zamanı etdiyi açıqlamalardan da aydın hiss olundu ki, Vaşinqtonun Aİ vasitəsi ilə sülh gündəliyini ələ keçirmək cəhdləri, İrəvanın vasitəçiliyi ilə Moskvanın regiondan sıxışdırılmaq planları Kremli bərk qıcıqlandırır və bu, Moskvaya bəhanələr verir ki, adekvat addımlar barədə düşünsün.

Rusiya belə görünür Ermənistanı cəzalandırmaq üçün elə məhz Azərbaycanla münasibətlərə, proseslərə yenidən çəki-düzən verməklə nail olmaq niyyətində.

Məsələn, Lavrov Bakıya yola düşməmişdən qabaq Azərbaycanla Avropa İttifaqı missiyası məsələsində ortaq maraqları olduğu, Ruben Vardanyanın istefaya göndərilməsinin Bakıda müsbət qarşılanacağı öncədən bəlli idi.

O da istisna edilmir ki, Ruben Vardanyanın qondarma rejimin "dövlət naziri vəzifəsindən" azad olunması məsələsini ola bilsin ki, Moskva müəyyən qədər Rusiya tərəfindən Azərbaycana qarşı atılmış jest kimi təqdim etmək istədi. Təbii ki, bunun qarşılığında Moskvanın da gözləntiləri var. Konkret desək, Lavrov Bakıya yola düşməmişdən qabaq Azərbaycanla Avropa İttifaqı missiyası məsələsində ortaq maraqları, Ruben Vardanyanın istefaya göndərilməsi və s. məsələlərin "papka"sında gətirdi artıq məlum idi.

Bəs Moskvanın Bakıdan gözləntiləri:

✔️ Rusiya Azərbaycandan bunların əvəzinə Aİ missiyasına qarşı çox sərt mövqe nümayiş etdirməsini gözləyir

✔️Ermənistanla Azərbaycanın hansı şəkildə yaxınlaşmasını və ya hansısa ortaq bir məxrəcə gəlməsinin qarşısını almaq istəyir

✔️Ukrayna ilə apardığı müharibənin miqyası böyüyərsə, regional və yaxud qlobal xarakter alarsa, "müttəfiq dövlət" kimi Azərbaycanın qarşısına müəyyən öhdəliklər qoyub, öz tərəfinə çəkmək niyyətindədir

Bu gün Moskvanın İrəvandan nə qədər incik olduğunu gördük. Lavrov Bakıdan Ermənistan üçün xoş olmayan mesajlar verdi. "Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Ermənistandakı hərbi mövcudluğu ilə bağlı son bəyanatları nəinki sonuncunun təhlükəsizliyinə zəmanət vermir, əksinə, Ermənistan üçün təhdid yaradır", - deyən Rusiyanın xarici işlər naziri azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında Ermənistanı təhdid etməkdən də çəkinmədi. Lavrov açıqlamasının ardında "Bu açıqlamanı tamamilə onun vicdanına buraxıram", - deməklə Ermənistanın bu zamana kimi daxili və xarici təhlükələrdən əsas təhlükəsizlik zəmanətçisi kimi məhz Rusiyanın önəmini ön plana çəkmiş oldu. Konkret desək, Lavrovun əlində əlac olsaydı Bakıdan Ermənistana deyərdi ki, "siz kimsiniz e".

Amma Ermənistandan da Lavrovun bəyanatlarına reaksiya özünü çox gözlətmədi. Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, "Rusiya Ermənistanın təhlükəsizlik məsələlərini həll edə bilməyəcəyini açıq şəkildə bəyan etməlidir". Daha dəqiq desək, Simonyan da eyni ilə Moskvaya mesaj vermək istədi ki, sən indi heç öz təhülkəsizliyini təmin edəcək gücdə deyilsən, qaldı ki, Ermənistanın. Bunu etiraf edəcək cürətin çatırsa, çıx etiraf et.

"Ermənistanın öz maraqları var. Bu maraqlar kiminsə istəklərindən asılı olmayaraq, həyata keçirilməlidir", - deyən Simonyan bu fikirləri ilə bir daha təsdiqləmiş oldu ki, Ermənistan üçün Rusiya kitabı artıq bağlanıb. Rəsmi İrəvan Rusiyanın orbitindən çıxmaqda, onun silahlı birləşmələrinin Qərbin silahlıları ilə əvəzlənməsində çox qətidir.

QARŞILIQLI İTTİHAMLAR...

Vəziyyətin bu həddə çatması deməyə əsas verir ki, Moskva ilə İrəvanın ulduzları yaxın 2-3 il ərzində barışacaq kimi görünmür. Bir-birinə qarşı artıq diplomatlar səviyyəsində aqresiya nümayi etdirən hər iki tərəf arasında bundan sonra siyasi əlaqələrin normal qalacağı ehtimalları hər gün azalır.

Belə bir vəziyyətdən Azərbaycan karlı ayrıla bilər. Nəzərə alsaq ki, Rusiya sülhməramlı kontingenti hələ qarşıdakı 2 il ərzində Qarabağın dağlıq hissəsində fəaliyyətlərini davam etdirəcəklər, o zaman həmin ərazilərdə bir çox məsələləri Bakının istədiyi şəkildə həll etmək üçün münbit şərait ortaya çıxa bilər. Azərbaycan daha 10 noyabr üçtərəfli bəyanatı ilə Ermənistanın götürdüyü öhdəliklərindən yayınması üçün İrəvana verdiyi manipulyasiya imkanları kimi Rusiyanın yenidən yalan vədlərlə Bakının gözünə kül üfürməsinə fürsət tanımamalıdır.

Lavrovun Bakı səfərinin səbəbləri və Kremlin nə istəməsindən asılı olmayaraq, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan yaxın zamanlarda Laçın yolunun giriş-çıxışında sərhəd və gömrük xidmətini yaradıb Ermənistanı, ona havadarlıq edən Qərbdəki ermənipərəst qüvvələri, eləcə də kontingentinin ərazidə "xidmətini" davam etdirdiyi Rusiyanı fakt qarşısında qoymalıdır. Çünki bu saatdan sonra gerisi təfərrüat...

Oxunub: 378
Paylaş:
Digər xəbərlər

Xəbərlər

27-02-2023, 09:17

Lavrovun gəlişi: Moskva Bakıdan nə istəyir?

Xəbərlər

25-12-2022, 01:40

Rusiya Vardanyan və Paşinyanı MƏYUS ETDİ

Xəbərlər

1-06-2022, 20:18

Lavrovun Türkiyə səfəri: “Qara çanta”da üç məsələ var

Xəbərlər

24-05-2021, 12:18

Ərdoğanın Şuşa səfəri niyə gecikir? - ŞOK SƏBƏB

Xəbərlər

3-05-2021, 14:54

Lavrov Bakıya buna görə GƏLİR: Böyük “sürpriz” - AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
Son xəbərlər
  • Bu gün, 13:53
    Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
  • Bu gün, 12:10
    Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
  • Bu gün, 11:28
    Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
  • Bu gün, 09:16
    Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
  • Dünən, 22:45
    Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
  • Dünən, 21:22
    Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
  • Dünən, 20:52
    Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
  • Dünən, 19:29
    ABŞ BMT-də Aİ-nin Ukrayna ilə bağlı layihəsinə niyə "yox" deyib?
  • Dünən, 18:06
    SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? – Rəsmi xəbərdarlıq
  • Dünən, 17:34
    DTX və DSX-dən birgə əməliyyat: saxlanılan var
  • Dünən, 16:10
    Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
  • Dünən, 15:21
    Gözdə narahatlıq yaradan giləmeyvələr
  • Dünən, 14:24
    Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
  • Dünən, 13:41
    Avropa Parlamentinin Türkiyə hesabatına sərt reaksiya
  • Dünən, 12:28
    Tut yarpağının faydaları - Xolesteroldan şəkərə qədər...
  • Dünən, 11:14
    Bu gün Bakıda Türkiyə-İsrail danışıqları keçiriləcək
  • Dünən, 10:27
    Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…
  • Dünən, 09:03
    Gün ərzində nə qədər duz qəbul etmək olar?
  • 7-05-2025, 21:46
    Maskasız 4 bürc - Onların içi də çölü də birdir
  • 7-05-2025, 21:04
    Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri
  • 7-05-2025, 20:12
    ABŞ və İsrail İranla döyüş qaydalarını dəyişdirdi – Bölgədəki qalası yerlə-yeksan edilir
  • 7-05-2025, 19:39
    Pakistan Baş naziri: Qorxaqcasına hücum edən Hindistan layiqli cavab aldı
  • 7-05-2025, 18:17
    İnfarktdan sonra ürək niyə iltihablaşır?
  • 7-05-2025, 17:50
    Alimlər insanın ən xoşbəxt olduğu yaşı açıqladı
  • 7-05-2025, 16:34
    Almaniyada ŞOK ÇAĞIRIŞ: Kansler 9 May Qələbə Günündə Moskvada olmalıdır
  • 7-05-2025, 15:48
    Qlobal isinmə ölümcül göbələk xəstəliyini yaya bilər - Araşdırma
  • 7-05-2025, 14:31
    Quterreşdən HƏYƏCAN TƏBİLİ: "Dünya bu hərbi qarşıdurmaya dözə bilməz"
  • 7-05-2025, 13:26
    Sakinlərin nəzərinə: Bakıda bu binalar plana salına bilər
  • 7-05-2025, 12:42
    Faydalı bilib hər gün içirik - Qaraciyəri məhv edirmiş
  • 7-05-2025, 11:11
    Şagirdlər daha bir testdən keçiriləcək? – Rezonans doğuran TƏKLİF
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə