Suriya hökuməti ölkənin keçmiş prezidenti Bəşər Əsəd dövründən qalma gizli kimyəvi silah proqramının izlərini aşkarladığını açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Reutes” məlumat yayıb.
Rəsmi məlumatlara görə, vətəndaş müharibəsi illərində həyata keçirilən qaz hücumlarında istifadə olunan xammal və döyüş sursatları aşkar edilib.
Suriyanın Kimyəvi Silahların Qadağan Olunması Təşkilatındakı (OPCW) nümayəndəsi Məhəmməd Katub bildirib ki, bu proqramla əlaqədə şübhəli bilinən 18 nəfər, o cümlədən yüksək rütbəli hərbçilər və dövlət rəsmiləri saxlanılıb.
Xatırladaq ki, 2024-cü il dekabrın 8-də ABŞ və Türkiyə tərəfindən dəstəklənən "Azad Suriya Ordusu" Bəşər Əsəd rejiminin devrildiyini elan edib. Ölkədən qaçan Əsəd hazırda Rusiyada sığınacaq tapıb.