• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
BMT-dən süni intellektlə bağlı qorxunc xəbərdarlıq: Gec olmadan qarşısını alın!
Piylənməyə meyllilik bu yaşdan formalaşmağa başlayır
Türkiyə və Pakistan bu ölkəni vuracaq - İrana müharibə xəbərdarlığı
DİM 2027-ci ilin qəbul və buraxılış imtahanlarının proqramlarını elan etdi
Epilepsiya tutması olan birinə necə kömək etmək olar? - Mütəxəssislər izah edirlər
Ağ Evdən xəbərdarlıq: İranla müharibə bu vaxta qədər davam edəcək
Strateji tərəfdaşdır - Moskva ABŞ-la danışıqlar barədə bu ölkəni məlumatlandırıb
Ağız xərçənginin gözə çarpmayan əlamətləri – DİQQƏTLİ OLUN
Almaniyada müdafiə planı ilə bağlı qalmaqal: Nazir sənədi geri istəyir
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
Xəstə bağırsaqların 6 əlaməti
Dövlət bu şəxslərə min manat pul verəcək - RƏSMİ
İran Zəngəzura hücum edəcək? - Ermənistana göndərilən mesaj
Səhər bir stəkan içən yerində dayana bilmir! Günə enerjili başlamağın sirridir
Sentyabr ayının ən şanslı 5 bürcü - Sizi bu fürsətlər gözləyir
Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
Zəhərlənməni ciddi bağırsaq infeksiyasından necə ayırd etməli?
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Rubionun Ermənistan səfərində “gizli missiyası” - ABŞ-ın planı nədir?

Xəbərlər

26-05-2026, 11:11

Rubionun Ermənistan səfərində “gizli missiyası” - ABŞ-ın planı nədir?



ABŞ dövlət katibi Marko Rubionun Ermənistana səfərinin “ikitərəfli tərəfdaşlığı gücləndirmək və bir sıra sazişlər imzalamaq” məqsədi daşıdığı bildirilsə də, bunun 7 iyunda keçiriləcək parlament seçkilərindən öncə baş verməsi “gizli missiya”ya diqqət çəkir. Söhbət Vaşinqtonun Ermənistanın baş naziri Nikol Paşinyana seçki dəstəyindən gedir və bu planı “diplomatik müzakirələr” adı altında gizlətmək uğursuz cəhddən başqa bir şey deyil.

Hər şey ortadadır: Rubionun İrəvan səfəri ABŞ-ın seçkidə Paşinyan komandasının yanında olduğunu nümayiş etdirməyə hesablanıb; bu nümayişin erməni seçicilərin seçiminə nə qədər təsir edəcəyi müəmmalı olsa da, başda Rusiya olmaqla prosesə müdaxilə etmək istəyən tərəflərə açıq mesaj xarakteri daşıdığı bəllidir.

Əslində Rubionun seçkiyə sayılı günlər qalmış Ermənistana səfəri də prosesə müdaxilə kimi qiymətləndirilə bilər. Rusiyanı seçkilərə müdaxilədə ittiham edən Qərb analoji siyasəti özünə rəva görür. Avropa İttifaqı Moskvanın seçkiyə mümkün müdaxiləsinə qarşı Ermənistana “xüsusi missiya” göndərdi, daha sonra İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində hakimiyyətə dəstək verdilər. İndi Rubionun timsalında ABŞ növbəti dəstək addımı atır. Trampın hakimiyyətə gəlişindən sonra Vaşinqton-Brüssel xəttində müşahidə olunan uzaqlaşma fonunda hesab etmək olar ki, ABŞ Avropa İttifaqından geri qalmaq istəmir. Hərçənd, ABŞ və Aİ-nin Paşinyana seçki dəstəyinin hədəfi eynidir: İrəvanda Moskvanın mövqelərinə zərbə vurmaq, Ermənistanla Qərb arasında yaxınlaşma körpüsünü gücləndirmək, ümumilikdə Rusiyanın regionda təsirini zəiflətmək;

Rubionun Ermənistanda “gizli missiyası” baş tutacaqmı?

Bu sualın cavabı birmənalı deyil. Çünki ötən ay ABŞ Macarıstanda eyni taktikadan istifadə etmiş, dövlət katibi Ceyms Di Vens seçkidən öncə Budapeştə səfər edərək, Viktor Orbana dəstəyini nümayiş etdirmişdi. Bu dəstək Orbanı seçkidə məğlubiyyətdən xilas etmədi. İndi də Rubionun vasitəsilə Ermənistanda Paşinyana eyni dəstək mexanizmi işə salınır. Orbanı “xilas” edə bilməyən ABŞ Paşinyana qələbə nəsib edəcəkmi? Sualın cavabı 7 iyunda bəlli olacaq. Hazırda Tramp Administrasiyasının “seçilmiş dostlara” dəstək məqsədilə birbaşa müdaxilə taktikasından istifadə etdiyi bəllidir. Ki, bu da birmənalı qarşılanmayan məsələdir.

Paşinyana dəstək üçün Ermənistana məhz Rubionun gəlişində dövlət katibinin ermənipərəst mövqeyi də rol oynayır. Uzun illər erməni lobbisinin fəal dəstəkçisi olan Rubio ABŞ Erməniləri Milli Komitəsinin (ANCA) sevimli siyasətçilərindəndir. Onun qondarma “erməni soyqırımı” məsələsinə, o cümlədən, Azərbaycan əleyhinə olan qərarların qəbuluna verdiyi dəstək, ABŞ-da anti-Bakı siyasətinin formalaşmasında oynadığı rol ANCA tərəfindən yüksək qiymətləndirilib. 2022-ci ildə Rubio torpaqlarını azad etdiyi üçün Azərbaycana qarşı başlalanan “kampaniya xoruna” qoşulmuşdu. Hətta həmin il o, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendezlə birlikdə Azərbaycana qarşı “hərbi yardımların dayandırılması, sanksiyaların tətbiq edilməsinin” təklif olunduğu, eləcə də “müharibə cinayətləri”nə dair qondarma ittihamların yer aldığı qərəzli qətnamə də irəli sürmüşdü. Rubionun dövlət katibi postuna namizədliyinin ilk dəstəkçiləri arasında ANCA-nın olması təsadüfi deyildi. Bu kontekstdə Ermənistana məhz Rubionun səfəri uzun illər ərzində formalaşan ermənipərəst mövqeyin məntiqi davamı kimi görünür.

Burada əsas məqamlardan biri Rubionun Ermənistana dəstək siyasətinin Trampa qarşı planın olması ehtimalıdır. ABŞ Administrasiyasında Rubionun bir çox məsələdə Trampın əleyhinə mövqe sərgilədiyi, xarici siyasətdə fərqli gedişlər etdiyi haqda kifayət qədər məlumatlar mövcuddur. Bununun ABŞ-ın maraqları ilə bağlı fərqli yanaşmadan daha çox, Rubionun Trampa qarşı mövqeyindən qaynaqlandığı ehtimal olunur. Onun 2016-cı il seçki kampaniyasında Trampa qarşı sərt mövqe tutması, hazırda da dövlət katibi kimi təmsil olunduğu Administrasiyasının rəhbəri olan Prezidentlə ziddiyyətlər yaşaması diqqəti bu istiqamətə yönəldir. Rubionun Tramp Administrasiyasının kəskin tənqidçisi olan, hətta açıq düşmənçilik mövqeyi sərgiləyən Bob Menendezlə birlikdə Ermənistanı dəstəkləməsi də bu fikri gücləndirən məqamlardandır. Hər iki şəxsin – Menendez və Rubionun Trampa qarşı çıxması, eləcə də Ermənistan siyasətində eyni mövqedən çıxış etmələri dövlət katibinin İrəvan səfərində əlavə müəmmalar yaradır.

Oxunub: 79
Paylaş:
Digər xəbərlər

Xəbərlər

11-02-2026, 13:46

Seçkilərə qədər sülh sazişi imzalamalıyıq - Paşinyan

Xəbərlər

23-05-2025, 19:39

Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması – Rusiyanın yeni PLANI nədir?

Xəbərlər

22-05-2025, 11:23

ABŞ niyə Ermənistanla müharibə riskini gündəmə gətirdi? - Bakıya zəng ola bilər

Xəbərlər

29-04-2025, 13:02

Paşinyanın Estoniya səfərinin sirri - İrəvan nəyə hazırlaşır?

Xəbərlər

12-10-2024, 22:35

Bakıya qarşı “sülh” planı: İrəvan cəhd edir – Rusiya da qoşuldu

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
BMT-dən süni intellektlə bağlı qorxunc xəbərdarlıq: Gec olmadan qarşısını alın!
Piylənməyə meyllilik bu yaşdan formalaşmağa başlayır
Türkiyə və Pakistan bu ölkəni vuracaq - İrana müharibə xəbərdarlığı
DİM 2027-ci ilin qəbul və buraxılış imtahanlarının proqramlarını elan etdi
Epilepsiya tutması olan birinə necə kömək etmək olar? - Mütəxəssislər izah edirlər
Ağ Evdən xəbərdarlıq: İranla müharibə bu vaxta qədər davam edəcək
Son xəbərlər
  • Dünən, 22:29
    BMT-dən süni intellektlə bağlı qorxunc xəbərdarlıq: Gec olmadan qarşısını alın!
  • Dünən, 21:34
    Piylənməyə meyllilik bu yaşdan formalaşmağa başlayır
  • Dünən, 20:54
    Türkiyə və Pakistan bu ölkəni vuracaq - İrana müharibə xəbərdarlığı
  • Dünən, 19:17
    DİM 2027-ci ilin qəbul və buraxılış imtahanlarının proqramlarını elan etdi
  • Dünən, 18:24
    Epilepsiya tutması olan birinə necə kömək etmək olar? - Mütəxəssislər izah edirlər
  • Dünən, 17:35
    Ağ Evdən xəbərdarlıq: İranla müharibə bu vaxta qədər davam edəcək
  • Dünən, 16:22
    Strateji tərəfdaşdır - Moskva ABŞ-la danışıqlar barədə bu ölkəni məlumatlandırıb
  • Dünən, 15:44
    Ağız xərçənginin gözə çarpmayan əlamətləri – DİQQƏTLİ OLUN
  • Dünən, 14:24
    Almaniyada müdafiə planı ilə bağlı qalmaqal: Nazir sənədi geri istəyir
  • Dünən, 13:06
    Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
  • Dünən, 12:35
    Xəstə bağırsaqların 6 əlaməti
  • Dünən, 11:17
    Dövlət bu şəxslərə min manat pul verəcək - RƏSMİ
  • Dünən, 10:31
    İran Zəngəzura hücum edəcək? - Ermənistana göndərilən mesaj
  • Dünən, 09:03
    Səhər bir stəkan içən yerində dayana bilmir! Günə enerjili başlamağın sirridir
  • 9-09-2026, 22:24
    Sentyabr ayının ən şanslı 5 bürcü - Sizi bu fürsətlər gözləyir
  • 9-09-2026, 21:43
    Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
  • 9-09-2026, 18:30
    Zəhərlənməni ciddi bağırsaq infeksiyasından necə ayırd etməli?
  • 9-09-2026, 17:55
    Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
  • 9-09-2026, 16:37
    Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
  • 9-09-2026, 15:18
    Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb
  • 9-09-2026, 14:53
    Zelenski bu tarixdə Trampla görüşəcək: Nələr müzakirə ediləcək?
  • 9-09-2026, 13:12
    Pentaqon NATO-ya xəbərdarlıq etdi: Ukraynada müharibə…
  • 9-09-2026, 12:26
    Üzdəki bu əlamətə diqqət! Ağciyər xərçənginin xəbərçisi ola bilər
  • 9-09-2026, 11:48
    Dəhşətli bir qış gəlir - Havalar...
  • 9-09-2026, 10:42
    Rusiya-Ukrayna müharibəsində yeni sülh düsturu: Moskva indi nə tələb edir?
  • 9-09-2026, 09:08
    Davamlı şişkinlik günahsız deyil – bu simptomlara diqqət yetirin!
  • 8-09-2026, 21:54
    İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
  • 8-09-2026, 20:19
    ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
  • 8-09-2026, 19:21
    Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
  • 8-09-2026, 18:08
    Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə