• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Azərbaycanda uşaq pulu bu cür verilə bilər - Yeni model açıqlandı
30 yaşdan sonra qadın bədənində nə baş verir?
Ağ Evdə mühüm toplantı - İran müharibəsi yenidən başlayır
Bu halda istefa verəcəyəm - Paşinyan
Ürək üçün ən faydalı yay giləmeyvəsi hansıdır?
Böyrək şişlərinin simptomları və müalicəsi
Xərçəngin 4 xroniki simptomu – Diqqət!
Rusiya rəhbərliyindən kritik Ermənistan açıqlaması: İrəvan qara günləri başlayır?
Köçəryandan şok: Putin İrəvana gəlsə, həbs olunacaq
Sağlam həyat tərzində məşhur olan pəhriz təhlükəlidir - Kardioloq
Çində mədəndə partlayış: 90 nəfər öldü
Bu ölkədə dəmir yollarında hərəkət tam dayandırıldı - Səbəb açıqlanmır
Özünüzdə tromb olub-olmamasından necə şübhələnməli?
Rubio Hindistandan müsbət MESAJ VERDİ - Vaşinqton Tehranla dil tapır?
Həkim appendisitin əsas əlamətlərini açıqlayıb
Hörmüz boğazının bağlı qalması 2008-ci ildəki böhranı yarada bilər
Paşinyandan Rusiya ilə bağlı gözlənilməz ETİRAF
Yayda qatıq, ayran, dovğa, doğramac - Kimlərə olar, olmaz?
Bu BÜRClər macərasız yaşaya bilmir
Qırmızı jenşen çayı – Ürəyi, damarı qoruyan möcüzə
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Azərbaycanda uşaq pulu bu cür verilə bilər - Yeni model açıqlandı

Xəbərlər

Bu gün, 13:22

Azərbaycanda uşaq pulu bu cür verilə bilər - Yeni model açıqlandı



Azərbaycanda “uşaqpulu” verilməsi tələbi illərdir həm ictimaiyyətin, həm də ekspert dairələrinin gündəmindən düşməyən ən aktual müzakirə mövzularından biridir. Son günlərdə Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalının ARB TV-də yayımlanan “Günə doğru” verilişində səsləndirdiyi təkliflər, eləcə də Real TV-nin rəhbəri Mir Şahin Ağayevin məsələyə fərqli baxış bucağı tətbiq edən şərhləri ilə bu mövzu yenidən ölkə mediasının əsas trendinə çevrilib. Sosial dövlət prinsipləri və gələcək nəslin təminatı kontekstində uşaqpulu məsələsinin hansı formada bərpa edilə biləcəyi ətrafında ciddi müzakirələr gedir.
Bakupost.az xəbər verir ki, məsələnin qlobal tərəfləri və Azərbaycan reallığına uyğunlaşdırılması haqqında NOCOMMENT.az-a danışan politoloq Turan Rzayev uşaqpulu dediyimiz sosial ödəniş mexanizmini hər ölkənin eyni məntiqlə tətbiq etmədiyini bildirib:
"Daha dəqiq desək, demoqrafik artımın zəiflədiyi və ya mənfi dinamika göstərdiyi ölkələrdə dövlət ailələrin uşaq dünyaya gətirməsi üçün bu cür maliyyə və sosial təşviqat addımları atır. Özü də hər ölkədə bu yanaşma fərqlidir. Məsələn, Almaniya, Fransa, İsveç, Norveç və digər aparıcı Avropa dövlətləri yerli ailələri daha çox uşaq sahibi olmağa həvəsləndirmək üçün birbaşa və dolayı subsidiya metodlarından geniş istifadə edirlər".
Ekspert qeyd edib ki, Asiya və Şərqi Avropada da bənzər strateji addımlar müşahidə olunur: "Yaponiya isə illərdir aşağı doğum səviyyəsinin və yaşlı əhali bəlasının acı nəticələrini yaşamaqdadır. Ölkədə əhali sürətlə qocalır, bu isə işçi qüvvəsinin və vergi daxilolmalarının azalmasına səbəb olur. Buna görə də Yaponiya hökuməti həm ailələrə birbaşa maliyyə dəstəyi verir, həm də metropollardan regionlara köçən gənc və uşaqlı ailələr üçün xüsusi proqramlar hazırlayır. Macarıstan isə daha sərt və radikal demoqrafik təşviq modelinə keçib. Orada çoxuşaqlı ailələr üçün nəhəng vergi güzəştləri, dövlət subsidiyaları və xüsusi sosial paketlər tətbiq edilir. Metodlar müxtəlif olsa da, qlobal miqyasda məqsəd birdir: yerli əhalinin sayını artırmaq və gələcəyi sığortalamaq".
Politoloqun fikrincə, dövlətlər bu addımı əslində təmənnasız xeyriyyəçilik kimi atmırlar, çünki bu, birbaşa iqtisadiyyatın davamlılığı ilə bağlıdır:
"Bir çox inkişaf etmiş ölkədə uşaqpulu sadəcə humanitar bir jest və ya sosial yardım deyil, dövlətin strateji demoqrafik və iqtisadi siyasətinin ən mühüm hissəsidir. Dövlət idarəçiliyi yaxşı bilir ki, bugünkü uşaq sabahın vergi ödəyicisi, istehsalçısı, əsgəri, mühəndisi, həkimi və ümumiyyətlə mövcud sistemi ayaqda saxlayan vətəndaşı olacaq. Ona görə də ailəyə və uşağa edilən hər bir dəstək əslində ölkənin gələcək kapitalına qoyulan ən təhlükəsiz investisiyadır. Azərbaycana gəldikdə isə ölkəmiz uzun illər yüksək doğum göstəricilərinə və gənc əhali strukturuna malik olduğu üçün bu problem daxildə kəskin hiss olunmurdu. Hətta vaxtilə mövcud olan klassik 'uşaqpulu' sisteminin 2006-cı ildə ləğv edilməsinin fundamental səbəbi məhz həmin dövrdəki sabit demoqrafik yüksəliş idi".
Lakin son illərin statistikası və sosial reallıqları göstərir ki, artıq Azərbaycanda da analoji təhlükə siqnalları gəlməkdədir. "Son dövrlərdə ölkəmizdə də doğum səviyyəsində müəyyən azalma meyilləri müşahidə edilir. Sürətli şəhərləşmə, mənzil əldə etmək çətinlikləri və gündəlik həyat xərclərinin artması gənclərin ya çox gec evlənməsinə, ya da ümumiyyətlə ailə qurmamağı seçməsinə səbəb olur. Evlənən cütlüklər isə iqtisadi təzyiqlər fonunda 1, maksimum 2 uşaq dünyaya gətirməklə kifayətlənirlər. Bundan başqa, digər bir gizli təhlükə isə selektiv abortlar və xüsusilə biruşaqlı ailələrdə mental səbəblərdən oğlan uşaqlarına üstünlük verilməsidir. Yəni bu gün problem radikal və qorxulu şəkildə qabarmasa da, yaxın gələcək perspektivdə həm demoqrafik artımın dayanması, həm də gender (cins) balansı problemi ilə üz-üzə qala bilərik. Lakin bütün bunlara baxmayaraq, mən klassik uşaq pulunun birbaşa bərpasını uzunmüddətli və strateji perspektiv baxımından yetərli və effektiv görmürəm", - deyə Turan Rzayev vurğulayıb.
Ekspert çıxış yolu kimi klassik sosial yardım modellərindən tamamilə fərqlənən, investisiya yönümlü innovativ bir model təklif edir:
"Əslində burada daha fərqli, dayanıqlı və strateji bir mexanizm — klassik uşaq pulu sistemi əvəzinə dövlət təminatlı 'Uşaq Fondu' modeli yaradıla bilər. Bu modelin qısa xülasəsi və işləmə prinsipi belədir: Uşaq doğulduğu gündən etibarən onun adına dövlət bankında xüsusi, toxunulmaz bir hesab açılır. Həmin hesaba həm valideynin rəsmi aylıq maaşından müəyyən kiçik bir faiz, həm də dövlət büdcəsindən özünün müəyyən etdiyi sabit miqdarda vəsait davamlı olaraq köçürülür. Burada sosial ədalət prinsipini qorumaq üçün differensial yanaşma tətbiq edilə bilər. Məsələn, uşaq sayı çox olan, maaşı daha az və ya minimum əməkhaqqı həddində qərarlaşan vətəndaşların rəsmi gəlirindən tutulan faiz minimuma endirilə, əvəzində dövlətin həmin uşaq üçün hesaba qoyduğu pay artırıla bilər. Əksinə, yüksək gəlirli və maaşı çox olan vətəndaşdan tutulan faiz bir qədər yüksək saxlanıla, dövlətin üzərinə düşən maliyyə yükü isə azaldıla bilər. Beləliklə, ayrılan vəsait valideyn tərəfindən cari gündəlik istehlak üçün xərclənməz, birbaşa uşağın gələcəyi üçün fondda kapitallaşar".
Ekspertin sözlərinə görə, təklif edilən bu modelin ən böyük üstünlüyü onun vətəndaşı istehlakçıdan kapital sahibinə çevirməsindədir:
"Klassik uşaq pulu modeli yalnız gündəlik inflyasiya xərclərini qarşılamağa yönəlir. Ailə həmin vəsaiti götürüb dərhal ərzağa, məktəb ləvazimatlarına, kommunal xidmətlərə və digər cari ehtiyaclara sərf edir. Pul dərhal bazara və dövriyyəyə daxil olaraq əriyir və uşağın gələcək həyatına fundamental bir təsir göstərmir. 'Uşaq Fondu' modeli isə istehlak deyil, gələcək kapital formalaşdırılması məntiqinə əsaslanır. Sadə bir hesablama aparaq: əgər valideyn hər ay həmin hesaba cəmi 20 manat yatırarsa, dövlət də öz tərəfindən əlavə olaraq bura 70-80 manatlıq bir dəstək qoyarsa, 18 yaşına çatmış və yetkinlik yaşına qədəm qoymuş gəncin şəxsi hesabında on minlərlə manat vəsait toplanacaq. Üstəlik, həmin vəsaitlər fond tərəfindən 18 il ərzində müxtəlif risklərdən qorunmuş investisiya mexanizmləri, dövlət istiqrazları vasitəsilə dövriyyəyə buraxılıb artırılarsa, bu məbləğ gənclər üçün daha ciddi bir start kapitalına çevrilə bilər".
Politoloq bu modelin gənclərin cəmiyyətə inteqrasiyasındakı rolunu qeyd edərək fikirlərini tamamlayıb: "Belə bir sistem reallaşarsa, müstəqil həyata qədəm qoyan heç bir azərbaycanlı gənc sıfırdan və ya maddi çarəsizlikdən başlamayacaq. Universitetdə ödənişli təhsil haqqının qarşılanması, ilk mənzilin alınması üçün tələb olunan ilkin ödəniş, şəxsi kiçik biznesini qurmaq və ya xaricdə peşəkar inkişaf kursları keçmək üçün əlində hazır baza kapitalının olması həm sosial, həm də iqtisadi baxımdan ölkədə nəhəng müsbət dəyişiklik yarada bilər. Xüsusilə Azərbaycanda gənclərin 18-25 yaş aralığında uzun müddət valideynlərindən və ailələrindən iqtisadi baxımdan tam asılı vəziyyətdə qaldığını, iş tapmaqda çətinlik çəkdiyini nəzərə alsaq, bu innovativ fond modeli gələcək milli təhlükəsizliyimiz və iqtisadi rifahımız üçün ən effektli silaha çevrilə bilər".

Oxunub: 3
Paylaş:
Digər xəbərlər

Xəbərlər

19-08-2020, 14:00

"Bu ailələrə uşaqpulu verilə bilər..." - Deputatdan AÇIQLAMA

Xəbərlər

20-12-2023, 22:20

2024-cü ildən uşaqpulu veriləcək?

Xəbərlər

23-05-2023, 00:27

Uşaqpulu ilə bağlı Azərbaycan ƏHALİSİNƏ ŞAD XƏBƏR - Az qaldı...

Xəbərlər

23-06-2022, 15:28

Uşaqpulu yalnız bu ailələrə verilə bilər - YENİ AÇIQLAMA

Xəbərlər

4-11-2021, 11:53

Uşaqpulu və dəfn üçün müavinət verilməsi ilə bağlı VACİB AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Azərbaycanda uşaq pulu bu cür verilə bilər - Yeni model açıqlandı
30 yaşdan sonra qadın bədənində nə baş verir?
Ağ Evdə mühüm toplantı - İran müharibəsi yenidən başlayır
Bu halda istefa verəcəyəm - Paşinyan
Ürək üçün ən faydalı yay giləmeyvəsi hansıdır?
Böyrək şişlərinin simptomları və müalicəsi
Son xəbərlər
  • Bu gün, 13:22
    Azərbaycanda uşaq pulu bu cür verilə bilər - Yeni model açıqlandı
  • Bu gün, 12:48
    30 yaşdan sonra qadın bədənində nə baş verir?
  • Bu gün, 11:56
    Ağ Evdə mühüm toplantı - İran müharibəsi yenidən başlayır
  • Bu gün, 10:30
    Bu halda istefa verəcəyəm - Paşinyan
  • Bu gün, 09:09
    Ürək üçün ən faydalı yay giləmeyvəsi hansıdır?
  • Dünən, 22:10
    Böyrək şişlərinin simptomları və müalicəsi
  • Dünən, 21:45
    Xərçəngin 4 xroniki simptomu – Diqqət!
  • Dünən, 20:13
    Rusiya rəhbərliyindən kritik Ermənistan açıqlaması: İrəvan qara günləri başlayır?
  • Dünən, 19:46
    Köçəryandan şok: Putin İrəvana gəlsə, həbs olunacaq
  • Dünən, 18:24
    Sağlam həyat tərzində məşhur olan pəhriz təhlükəlidir - Kardioloq
  • Dünən, 17:48
    Çində mədəndə partlayış: 90 nəfər öldü
  • Dünən, 16:53
    Bu ölkədə dəmir yollarında hərəkət tam dayandırıldı - Səbəb açıqlanmır
  • Dünən, 15:51
    Özünüzdə tromb olub-olmamasından necə şübhələnməli?
  • Dünən, 13:34
    Rubio Hindistandan müsbət MESAJ VERDİ - Vaşinqton Tehranla dil tapır?
  • Dünən, 12:07
    Həkim appendisitin əsas əlamətlərini açıqlayıb
  • Dünən, 11:15
    Hörmüz boğazının bağlı qalması 2008-ci ildəki böhranı yarada bilər
  • Dünən, 10:32
    Paşinyandan Rusiya ilə bağlı gözlənilməz ETİRAF
  • Dünən, 09:04
    Yayda qatıq, ayran, dovğa, doğramac - Kimlərə olar, olmaz?
  • 22-05-2026, 22:02
    Bu BÜRClər macərasız yaşaya bilmir
  • 22-05-2026, 21:43
    Qırmızı jenşen çayı – Ürəyi, damarı qoruyan möcüzə
  • 22-05-2026, 20:02
    ABŞ-dan Avropaya Rusiya ilə bağlı xəbərdarlıq: Səbri tükənə bilər
  • 22-05-2026, 19:36
    Ermənistanda Kərki müzakirəsi, Paşinyan izahat verməli oldu - Qaytarılır?
  • 22-05-2026, 18:19
    “Ölümsüzlük tezliyi” 1962-ci ildə tapılmışdı – 1 il sonra alimlər yoxa çıxdı
  • 22-05-2026, 17:40
    İran və ABŞ razılığa gəldi – Şərtlər açıqlandı
  • 22-05-2026, 16:17
    Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: Bakıdan sərhəd xahişinin SƏBƏBİ
  • 22-05-2026, 15:25
    Bağırsaqda bir problem varsa, ikincisi dəridə başlayır
  • 22-05-2026, 14:00
    İran Hörmüzə nəzarəti tam ələ keçirir: Gəmilər üçün yeni qadağa XƏRİTƏSİ
  • 22-05-2026, 13:29
    Avropanı silkələyən dron insidentləri: müharibə başlayır?
  • 22-05-2026, 12:23
    Arı sancması niyə öldürür? - Təcili yardım
  • 22-05-2026, 11:40
    Qurban bayramında bunları edənləri ciddi təhlükə gözləyir - Xəbərdarlıq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə