Putin xaricdə olan Rusiya vətəndaşlarının müdafiəsi üçün ordudan istifadə ilə bağlı fərman imzalayıb.
Globalinfo.az-ın xəbərinə görə, prezidentin fərmanına əsasən Rusiya Silahlı Qüvvələri Moskvanın tərəf olmadığı xarici məhkəmələrin və ya beynəlxalq məhkəmə orqanlarının qərarları əsasında həbs edilən, saxlanılan və ya cinayət təqibinə məruz qalan vətəndaşlarının müdafiəsi üçün tətbiq oluna bilər.
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko isə sənədi şərh edərək bildirib ki, söhbət xaricə qoşun yerləşdirilməsindən deyil, Rusiya vətəndaşlarının müdafiəsi və onların həyatının qorunmasından gedir.