• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Rusiya Avropanı hədəfə aldı - “İsgəndər-1000” raketləri Kalininqradda yerləşdirilir
“İkinci Türkiyə” yaranır? – Azərbaycan üçün mühüm GƏLİŞMƏ
Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
Bu, yəhudilərin sonu deməkdir – Netanyahu
Ağ və ya qara üzüm? Biri daha faydalıdır
Putin NATO ərazisinə hücum etməyəcək - Tramp
Kirayə mənzillərin qiyməti nə qədər artacaq?
Gənclər üçün ürək xəstəliyi təhlükəsi: 10 nəfərdən 8-də...
Azərbaycanın bu şəhəri paytaxt olacaq – ANONS VERİLDİ
Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
Arıqlamaq istəyənlər kaloridən çox buna diqqət etməlidir
Yuxusuz gecədən sonra beyin fəaliyyətini artırmaq üçün...
Beyin şişi süni intellektin köməyi ilə çıxarıldı - Dünyada ilk
İsrail britaniyalıları da qovacaq? - Gərginlik artır
Bel ağrısı, diabet və depressiya zamanı əlillik faizi necə müəyyən edilir?
Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
ABŞ İran və Rusiyaya qarşı “balyoz” hazırlayır - 100 faizlik rüsumlar gündəmdə
Yağış yağmazdan öncə sümüklərimiz niyə sızıldayır?
Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Asiyada 6 MÜHARİBƏ SSENARİSİ: Mərkəzdə BU ÖLKƏDİR

Xəbərlər

19-08-2022, 19:32

Asiyada 6 MÜHARİBƏ SSENARİSİ: Mərkəzdə BU ÖLKƏDİR


ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra gözlər suların isindiyi Asiya Sakit Okean bölgəsinə çevrilib. Mütəxəssislər 6 fərqli müharibə ssenarisi üzərində dayanarkən, qitədəki geosiyasi qırılma xətlərində gərginlik daha da güclənib. Çin, Tayvan, Yaponiya, Hindistan, Pakistan və Əfqanıstan kimi aktorların iştirak etdiyi müharibə ssenariləri gündəmə gələrkən, nəzəriyyələrin ortaq nöqtəsi ABŞ-ın böhranların mərkəzində olmasıdır...

ABŞ-ın Əfqanıstandan xaotik çəkilməsi ilə diqqəti Asiya-Sakit okean regionuna yönəltməsi regionda qaynar münaqişə imkanlarını artırıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri və Çinin hərbi reaksiyası ilə gərginləşən proseslər qitədə baş verə biləcək müharibələrlə bağlı ssenarilərin yaranmasına səbəb olub. Dəyişən güc balansının Asiya-Sakit Okean bölgəsindəki geosiyasi xətlərində qırılmalara səbəb olduğuna diqqət çəkən Yaponiyanın “Nikkei Asia” nəşri qitədəki “donmuş münaqişə zonalarında” başlaya biləcək 6 müharibə ssenarisi tərtib edib.

Bütün müharibə ssenarilərinin ortaq məxrəci kimi ABŞ ön plana çıxsa da, sözügedən vəziyyət “ABŞ hegemonluğunu qorumaq üçün bölgəni xaosa sürükləyir” şərhinə səbəb olub.

Tayvan gərginliyi

Tayvana qarşı “strateji qeyri-müəyyənlik siyasətinə” baxmayaraq meydan oxuyan ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin hərəkəti Taybey administrasiyası ilə Pekin arasındakı gərginliyi artırıb. Səfərdən sonra Çin Tayvanı blokadaya salan bir sıra təxribatçı təlimlər həyata keçirib. Pekin administrasiyası müstəqillik iddiasında olan Tayvanı “Vahid Çin” siyasəti çərçivəsində öz ərazisi kimi qəbul edir. Taybey administrasiyasının ABŞ və Qərbin şifahi dəstəyi ilə “azad Tayvan” məqsədlərinə uyğun atdığı addımlar bütün dünyanı təsir edəcək qarşıdurmalara və müharibələrə səbəb ola bilər.

Dünyanın ən yüksək cəbhəsi

Dünyanın ən yüksək döyüş cəbhəsi olan Himalay dağları onilliklər ərzində Çin və Hindistan arasında saysız-hesabsız münaqişələrə səhnə olub. 1962-ci ildən davam edən düşmənçilik son iki ildə Qalvan vadisinin şərqindəki Ladax bölgəsində daha da güclənib. Hər iki ölkə gərginliyi azaltmaq üçün bölgədəki əsgərlərinə sursat dəstəyini minimum səviyyədə saxlasalar da, 2020-ci ildə 4 Çin əsgərinə qarşı baş verən qarşıdurmada 20 Hindistan ordusu üzvü həyatını itirmişdi. Tərəflər nəhayət 2021-ci ilin yanvarında üz-üzə gəliblər. ABŞ Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi almasına baxmayaraq, CAATSA (Sanksiyalar Yoluyla Amerikanın Düşmənlərinə Qarşı Mübarizə Aktı) sanksiyalarından azad etdiyi Hindistana 500 milyon dollarlıq hərbi yardım paketi üzərində çalışdığını açıqlayıb. Ağ Ev rəsmiləri Hindistanı “bölgədə Çinə qarşı uzunmüddətli təhlükəsizlik tərəfdaşı kimi gördüyünü” bəyan edərək, onları hərbi cəhətdən dəstəkləyəcəyinə işarə edib. Mütəxəssislər bu qənaətdədirlər ki, Qalvan düşmənçiliyinə görə yaxın 5 ildə iki ölkə arasında müharibə başlaya bilər.

Senkaku adaları bölüşdürülə bilmir

Senkaku adaları (Çin Diayudao adaları hesab olunur) Yaponiyanın idarə etdiyi və Çinin iddiası ilə iki ölkəni Şərqi Çin dənizində üz-üzə qoyur. Çin 2008-ci il dekabrın 8-də adanın ətrafındakı Yaponiya ərazi sularına iki döyüş gəmisi daxil etməklə adaları Yaponiyadan nəzarətə götürmək səylərinə başlayıb. Yaponiya 2012-ci ilin sentyabrında adaları milliləşdirdikdən sonra Pekin administrasiyası təqiblərini artırıb. Adaların statusu ilə bağlı fikir bildirməyən ABŞ isə Yaponiya ilə bağladığı təhlükəsizlik razılaşmasına görə Çinin ola biləcək müdaxiləsində Tokio rəhbərliyinin hüquqlarını müdafiə edəcəyini açıqlayıb.

Ekspertlər belə fikirdədirlər ki, Tayvandakı durğunluqla eyni vaxtda Pekin də Yaponiya ilə razılaşa bilər. 1950-ci ildə ABŞ və Qərbin dəstəklədiyi Cənubi Koreya ilə Sovet İttifaqı ilə Çinin dəstəklədiyi Şimali Koreya arasında baş verən və 3 milyon insanın həyatını itirdiyi Koreya müharibəsi 1953-cü ildə atəşkəs razılaşması ilə sona çatdı. İki ölkə sülh müqaviləsi imzalamayıb. Şimal və Cənub texniki cəhətdən müharibə və dondurulmuş münaqişə içindədir. İki ölkə arasında 4 km enində və 250 km uzunluğunda silahsızlaşdırılmış neytral zona yaradılıb. Şimali Koreyanın hərbi silah proqramına sərmayəni artırması gərginliyi artırıb. Cənub cəbhəsində isə may ayında seçilən prezident Yoon Suk-yeol Şimalın aqressiv münasibətinə analoji cavab vermənin məqsədəuyğun olduğunu bəyan edib və ekspertlər iki ölkə arasında gərginliyin artması və ABŞ-ın bu istiqamətdə təşkil etdiyi təlimlərdə iştirakının buna səbəb olduğu bildirilir.

Kəşmir məsələsi

Pakistan 1947-ci ildə müstəqilliyini elan etdikdən sonra bu ölkə ilə Hindistan arasında 4 müharibə baş verib. 1948 və 1999-cu illərdə Pakistan və Hindistan qüvvələri Kəşmirə nəzarət etmək üçün üz-üzə gəlib. Bölgənin cənub hissəsi, xüsusilə Şrinaqar Hindistanın Cammu və Kəşmir əyaləti olaraq qaldı, şimal hissəsi isə Pakistanın nəzarətinə keçdi. Pakistanın nəzarəti altında olan ərazi “Azadi Kəşmir” adlanır. 2019-cu ildə Hindistanın Cammu və Kəşmiri ölkə ərazisi hesab etmək qərarından sonra iki ölkə diplomatik əlaqələrin səviyyəsini aşağı salıb. 1965 və 1971-ci illərdə də irimiqyaslı müharibələr baş verdi. Pakistan 1971-ci il müharibəsi nəticəsində şərq bölgəsini, indiki Banqladeşi itirdi. Yeni Dehli rəhbərliyi son illərdə ABŞ-ın rəhbərliyi altında qərblə təmaslarını artırsa da, Çin isə Pakistana, xüsusilə “Bir kəmər, bir yol” layihəsinə milyardlarla dollar sərmayə qoyur.

Ekspertlər yaxın 5 ildə Pakistan və Hindistan arasında münaqişə ehtimalını aşağı hesab edirlər. Lakin onlar bu iki ölkə arasındakı gərginlik sahələrinin ABŞ-Çin münasibətlərinin şahmat taxtasına çevrilə biləcəyindən narahatdırlar. ABŞ-ın 20 illik qanlı işğalından sonra “Taliban” qüvvələri ölkənin idarəçiliyini ələ keçirib. Böyük münaqişələr başa çatsa da, siyasi təcrid vəziyyətinə düşən ölkədə humanitar böhran pik həddinə çatıb. Son bir ildə “Taliban” hakimiyyəti altında Əfqanıstanda zorakılığın 18 faiz ciddi şəkildə azaldığını müşahidə edən ekspertlər humanitar böhranın ölkə daxilində qarışıqlıq və parçalanmalara səbəb ola biləcəyi ilə razılaşırlar. ABŞ və Qərbə arxa çevirən “Taliban” rəhbərliyi son vaxtlar Çin və Rusiya ilə diplomatik təmaslarını sürətləndirib. Ekspertlər bu qənaətdədirlər ki, iqtisadi böhran və aclıqla mübarizə aparan Əfqanıstanda yarana biləcək hakimiyyət boşluğu müxtəlif silahlı qruplar və tayfalar arasında rəqabətə yol aça bilər.

Gərginliyin günü-gündən artdığı Asiya-Sakit Okean bölgəsində hər böhran mühitində ABŞ-ın barmaq izini görmək mümkündür. 2007-ci ildə Çinin “Asiyanın NATO-su” adlandırdığı Avstraliya, Hindistan və Yaponiya ilə QUAD quran Vaşinqton administrasiyası 2021-ci ildə AUKUS-u (Avstraliya, İngiltərə, ABŞ) Asiya hərbi strukturunun son həlqəsi elan etdi. Başda Yaponiya, Cənubi Koreya və Tayvan olmaqla Pekinlə münaqişədə olan ölkələrlə tez-tez hərbi təlimlər təşkil edən ABŞ qitədə gərginliyin artmasının əsas aktorlarından birinə çevrilib.

Oxunub: 441
Paylaş:
Digər xəbərlər

Xəbərlər

6-08-2022, 20:08

Çin “orta cizgini” keçdi: Tayvana HÜCUM HAZIRLIĞI

Bioqrafiya

3-08-2022, 19:16

Dünyanı qarışdıran qadın: Nensi Pelosi

Xəbərlər

2-08-2022, 22:56

Pelosinin təyyarəsi Taypeyə enir: Tayvan ordusu HAZIR VƏZİYYƏTDƏ

Xəbərlər

31-07-2022, 22:51

ABŞ nümayəndə heyəti Tayvana səfər fikrindən daşınıb

Xəbərlər

24-07-2022, 21:43

Vaşinqton NARAHATDIR: Əsl silahlı qarşıdurma yarana bilər

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Rusiya Avropanı hədəfə aldı - “İsgəndər-1000” raketləri Kalininqradda yerləşdirilir
“İkinci Türkiyə” yaranır? – Azərbaycan üçün mühüm GƏLİŞMƏ
Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
Bu, yəhudilərin sonu deməkdir – Netanyahu
Ağ və ya qara üzüm? Biri daha faydalıdır
Putin NATO ərazisinə hücum etməyəcək - Tramp
Son xəbərlər
  • Bu gün, 20:01
    Rusiya Avropanı hədəfə aldı - “İsgəndər-1000” raketləri Kalininqradda yerləşdirilir
  • Bu gün, 19:43
    “İkinci Türkiyə” yaranır? – Azərbaycan üçün mühüm GƏLİŞMƏ
  • Bu gün, 18:36
    Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
  • Bu gün, 16:25
    Bu, yəhudilərin sonu deməkdir – Netanyahu
  • Bu gün, 15:33
    Ağ və ya qara üzüm? Biri daha faydalıdır
  • Bu gün, 14:22
    Putin NATO ərazisinə hücum etməyəcək - Tramp
  • Bu gün, 13:54
    Kirayə mənzillərin qiyməti nə qədər artacaq?
  • Bu gün, 12:07
    Gənclər üçün ürək xəstəliyi təhlükəsi: 10 nəfərdən 8-də...
  • Bu gün, 11:18
    Azərbaycanın bu şəhəri paytaxt olacaq – ANONS VERİLDİ
  • Bu gün, 10:49
    Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
  • Bu gün, 09:00
    Arıqlamaq istəyənlər kaloridən çox buna diqqət etməlidir
  • Dünən, 22:05
    Yuxusuz gecədən sonra beyin fəaliyyətini artırmaq üçün...
  • Dünən, 21:12
    Beyin şişi süni intellektin köməyi ilə çıxarıldı - Dünyada ilk
  • Dünən, 20:21
    İsrail britaniyalıları da qovacaq? - Gərginlik artır
  • Dünən, 18:34
    Bel ağrısı, diabet və depressiya zamanı əlillik faizi necə müəyyən edilir?
  • Dünən, 16:34
    Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər
  • Dünən, 15:08
    Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
  • Dünən, 13:22
    ABŞ İran və Rusiyaya qarşı “balyoz” hazırlayır - 100 faizlik rüsumlar gündəmdə
  • Dünən, 12:46
    Yağış yağmazdan öncə sümüklərimiz niyə sızıldayır?
  • Dünən, 11:54
    Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu
  • Dünən, 09:04
    Avokadonu bu 4 qida ilə birlikdə yemək daha faydalı ola bilər
  • 26-08-2026, 22:55
    Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
  • 26-08-2026, 21:40
    Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
  • 26-08-2026, 21:12
    Ürəyə gedən damarların tıxanmasını göstərən - ƏLAMƏTLƏR
  • 26-08-2026, 20:20
    Bu ölkələr Hörmüz boğazının gəlirlərini böləcək - Yeni qərar açıqlandı
  • 26-08-2026, 19:35
    London Kiyevə gizli “silah sirri”ni açır: Ukrayna görün nə istehsal edəcək
  • 26-08-2026, 18:21
    Mədəaltı vəzi xərçənginin erkən əlaməti: dəridə saralma
  • 26-08-2026, 17:46
    Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək
  • 26-08-2026, 16:18
    PKK Suriya ordusuna inteqrasiya olundu – Türkiyəni hansı təhlükə gözləyir?
  • 26-08-2026, 15:00
    Statin qəbuluna baxmayaraq xolesterin yüksəkdirsə nə etmək olar?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə