Cənubi Koreya prezidenti Li Çje-Myon Koreya yarımadasının birləşmə yolunun lehinə çıxış edərək, milli birliyin qorunmasının vacibliyini vurğulayıb.
Publika.az xəbər verir ki, prezident bununla bağlı mətbuat konfransında bildirilib.
Dövlət başçısı deyib ki, ölkənin Konstitusiyası Seulun şimal qonşusunu udmasını deyil, yalnız sülh yolu ilə birləşməyi nəzərdə tutur.
"Biz mümkün olduqda bir-birimizin varlığını etiraf etməliyik və birləşmək üçün qarşılıqlı faydalı bir yol tutmalıyıq", - deyə Li Çje-Myon izah edib.
O xatırladıb ki, Koreya müharibəsindən cəmi 80 il keçib, amma tarixi perspektivdə bu qısa müddətdir.
Prezident həmçinin sərhəddəki təbliğat səsgücləndiricilərinin söndürülməsindən sonra Koreyalararası münasibətlərdə müsbət dinamikanın olduğunu qeyd edib. Onun sözlərinə görə, KXDR-in reaksiyası gözləntiləri üstələyib:
"Pxenyan cavab olaraq səs-küyün yayımını dərhal dayandırıb".