• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Gecə tualetə durmaq vacibdir
Nə dərmanı var, nə peyvəndi - Ölümcül virus Azərbaycana da gələ bilər?
İran etiraf etdi: ABŞ-la danışmışıq, amma…
Süni intellekti məşhur azərbaycanlı yaradıb? – 3 ad çəkildi
Xərçəng hüceyrələrini öldürən çay
Paşinyan Aprel döyüşləri zamanı nələr edib? – İlk dəfə üzə çıxdı
Tramp Qrenlandiya ilə bağlı planlarını niyə dəyişdi?
Dağınıq skleroz: əlamətləri və müalicəsi
Bu tarixdə güclü günəş partlayışları gözlənilir
Tehranın etnik tərkibi: nə qədər azərbaycanlı var?
Bir ay öncədən verilən siqnal: "Ağız qoxusu infarktın xəbərçisidir"
Maduroya kim xəyanət edib? – Səfir işarə etdi
Sərhəddə panika: ABŞ-ın zərbə qrupu İrana yaxınlaşır
Ağ çörək niyə tünd çörəkdən üstün sayılır? - AÇIQLAMA
Təhlükəli "Nipah" virusu yayılır
Oturaq həyat tərzi olanların NƏZƏRİNƏ
Ağ Ev Trampla pinqvini “əl-ələ” yaydı
Keçməyən burun axmasının təhlükəli səbəbləri
Hansı sahədə çalışan şəxslərin pensiyası arta bilər?
Qadınlarda bu narahatlıqlar infarkt əlamətləri ola bilər - XƏBƏRDARLIQ
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı SARSIDICI TƏXRİBAT

Xəbərlər

11-06-2022, 08:21

Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı SARSIDICI TƏXRİBAT


Əgər, Zəngəzur dəhlizi Ermənistanın (əslində isə Rusiyanın) nəzarətində olacaqsa, Laçın dəhlizi də dərhal öz statusunu itirəcək, rəsmi Bakı həmin marşrut üzərində Azərbaycanın nəzarət-buraxılış və gömrük məntəqələrini yerləşdirəcək… Rusiya bu variant sayəsində Zəngəzur dəhlizindən həm özü istifadə etmək, həm də Azərbaycanın, Türkiyənin, eləcə də Avropa və Asiya ölkələrinin yükdaşımalarını birbaşa nəzarətdə saxlamaq istəyir…

Rusiyanın Cənubi Qafqaz regionunda yeni maraqları tədricən aydınlaşmağa başlayır. Kremlin bu regionda sülh dövrünün başlanmasında qətiyyən maraqlı olmadığı artıq qətiyyən şübhə doğurmur. Və bu, Rusiyanın siyasi siyasi dairələrindən verilən açıqlamalardan da birmənalı şəkildə anlaşılır.

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistana səfəri çərçivəsində iki qalmaqallı açıqlamaya müəlliflik etdi. Onun bu açıqlamaları Kremlin uzun müddətdən bəri gizli saxlamağa çalışdığı bəzi hiyləgər niyyətlər açığa çıxmış oldu. Böyük ehtimalla bundan sonra Rusiyanın vasitəçilik missiyası Cənubi Qafqazda sülh dövrünün başlanması qarşısında əsas əngələ çevrilə bilər.

Məsələ ondadır ki, Rusiya xarici işlər naziri S.Lavrov rus sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Azərbaycan əraziləri barədə danışarkən, “delimitasiya” mövzusunu gündəmə gətirdi. Bununla da, geopolitik məkanda həm qalmaqal, həm də ciddi mübahisələr yaratdı. Hətta Ermənistanda reallıqları qəbul etmək istəməyən revanşist raşistlərə müəyyən “ümidlər” vermiş oldu.

Ancaq Rusiyanın bütün bu ziddiyyətli davranışları və Kremlin ermənilərə verdiyi “ümidlər” reallıqdan uzaqdır. Rəsmi Bakı nə ermənilərə, nə də onların himayədarı olan Rusiyaya Cənubi Qafqazı yenidən xaos yaratmaq imkanı verməz. Elə Azərbaycan Xarici İşlər Nazirliyinin S.Lavrovun qalmaqallı “delimitasiya” açıqlamasına verdiyi reaksiya da bunu təsdiqləyir. Belə ki, rəsmi Bakı bu reaksiya ilə bütün ömrünü “diplomatiya fəaliyyəti” ilə keçirtmiş S.Lavrova əsl diplomatiya dərsi keçib.

Məsələ ondadır ki, rəsmi Bakı Rusiyanın xarici işlər nazirinə delimitasiya prosesinin yalnız Azərbaycan və Ermənistan arasında sərhədlərin dəqiqləşdirilməsini nəzərdə tutduğunu izah edib. S.Lavrova başa salınıb ki, delimitasiya prosesinin rus sülhməramlıların müvəqqəti dislokasiya edildiyi Azərbaycanın tərkib hissəsi olan Xankəndi və ətraf bölgəyə heç bir əlaqəsi yoxdur. Bu sadə reallığın izahını S.Lavrovun hansı səviyyədə anlaya bildiyi hələlik məlum olmasa da, rəsmi Bakının reaksiyasından sonra Rusiya Xarici İşlər Nazirliyi öz rəhbərinin təxribat xarakterli açıqlamasına düzəliş etmək məcburiyyətində qaldı.

Ancaq təəssüf ki, Rusiya xarici işlər nazirinin təxribat məzmunlu açıqlama həvəsi yalnız bununla məhdudlaşmayıb. S.Lavrov buna əlavə olaraq, Zəngəzur dəhlizi ilə bağlı mövzuda da Rusiyanın vasitəçilik missiyasını aşan iddialar irəli sürüb. O, bildirib ki, Rusiya Ermənistan ərazisindən Azərbaycanın qərb regionu ilə Naxçıvanı birləşdirən nəqliyyat-kommunikasiya xəttinin açılmasını dəstəkləyir: “Ancaq bütün nəqliyyat-kommunikasiya xətləri hansı ölkənin ərazisindən keçəcəksə, həmin dövlətin suveren hüquqları və nəzarəti altında olmalıdır. Bu məsələdə ikimənalı fikirlər ola bilməz”.

Rusiya xarici işlər nazirinin bu açıqlamsında bir neçə önəmli məqam var. Birincisi, Rusiyanın və bu ölkənin xarici işlər naziri S.Lavrovun Zəngəzur dəhlizi ilə bağlı belə qəti fikir bildirməsi yolverilməzdir. Çünki, Zəngəzur dəhlizinin necə olacağını və hansı prinsiplər əsasında açıqlacağını Rusiya müəyyən etmir.

Belə ki, bu məsələ ilə bağlı yalnız Azərbaycan və Ermənistan rəsmi dairələri arasında aparılan danışıqlar prosesi sayəsində yekun qərar verilə bilər. Rusiya isə Brüssel görüşünün təşkilatçısı Avropa Birliyi Şurası kimi, bu danışıqlar prosesində sadəcə, vasitəçidir. Və hər hansı vasitəçinin danışıqların tərəflərinin əvəzindən qərar verməsi həm yolverilməzdir, həm də mümkün deyil.

Təbii ki, Kremlin Rusiyanın for-postu olan Ermənistana təzyiqlərlə bu prosesə pozucu müdaxilə imkanları hələlik qalır. Hazırda baş verənlər də məhz Kremlin kobud və pozucu müdaxilə cəhdinin təzahürüdür. Buradan da belə anlaşılır ki, Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı tamamilə fəqrli maraqları var.

Məsələ ondadır ki, Rusiya Zəngəzur dəhlizinin açıqlamasında birbaşa maraqlıdır. Ancaq Kreml bu marşrutun yalnız Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən nəqliyyat-kommunikasiya xətti kimi fəaliyyət göstərməsini istəyir. Yəni, Rusiya bu marşrutun dəhliz statusu qazanmasına müqavimət göstərmək niyyətinə düşüb. Və Zəngəzur dəhlizi ilə bağlı Brüssel anlaşmalarını pozmağa cəhd göstərir.

Kremlin əsas məqsədi ondan ibarətdir ki, bu nəqliyyat-kommunikasiya xətti ilə həm Rusiyaya yeni “iqtisadi-ticari pəncərə” qazandırsın, həm də ona tam şəkildə nəzarət edə bilsin. Çünki, əgər, Zəngəzur dəhlizi sadəcə, nəqliyyat-kommunikasiya xətti kimi fəaliyyət göstərərsə, yəni, Ermənistanın nəzarəti altında olarsa, bu marşrut tamamilə Rusiyanın əlində olacaq. Ermənistanın bütün sərhədlərinə tam nəzarət edən Rusiya qoşunları bu marşrutu da nəzarət altına ala biləcək.

Nəticədə bu variant Kremlə həmin marşrutdan istifadə edən ölkələrin – Azərbaycanın, Türkiyənin, eləcə də Avropa və Asiya ölkələrinin yükdaşımalarını nəzarətdə saxlamaq imkanı verəcək. Yəni, Rusiya Zəngəzur dəhlizindən həm istifadə etmək, həm də onu öz kontrolunda saxlamaq istəyir. Və bunun analoji bir qarşılığının ola biləcəyi də qətiyyən şübhə doğurmur.

Ancaq Rusiyanın bu ikibaşlı oyunlarından indiki halda ən çox ermənilər zərbə ala bilərlər. Çünki, həm Rusiya, həm də Ermənistan siyasi dairələri tam dəqiqliyi ilə bilirlər ki, rəsmi Bakının istənilən situasiya üçün öz ehtiyat variantı mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə münasibət bildirərkən vurğulamışdı ki, Zəngəzur və Laçın dəhlizləri eyni prinsiplər üzrə fəaliyyət göstərməlidir.

Yəni, rəsmi Bakı Zəngəzur dəhlizinin olmayacağı təqdirdə, Laçın dəhlizinin də olmayacağının birmənalı mesajını artıq verib. Əgər, Zəngəzur dəhlizi Ermənistanın (əslində isə Rusiyanın) nəzarətində açıqlacaqsa, Laçın dəhlizi də dərhal öz statusunu itirəcək. Rəsmi Bakı həmin marşrut üzərində Azərbaycanın nəzarət-buraxılış və gömrük məntəqələrini yerləşdirəcək.

Göründüyü kimi, Laçın dəhlizi indiki statusda fəaliyyətini bitirmək üzrədir. Üstəlik, bu, baş verərsə, səbəbkarı da məhz Rusiya olacaq. Çünki məhz Rusiyanın mövqeyi və davranışları rəsmi Bakını Laçın dəhlizinə nəzarəti öz əlinə almaq məcburiyyətində qoya bilər. Və bu baxımdan, dolayısı ilə hesab etmək olar ki, Kreml Rusiyanın maraqlarını naminə Laçın dəhlizinin qapadılmasına cəhd göstərir.

“Yeni Müsavat”

Oxunub: 3 033
Paylaş:
Digər xəbərlər

Xəbərlər

15-12-2021, 10:26

Ermənistan Laçın tələsinə necə düşdü? – İLGİNC DETALLAR

Xəbərlər

15-12-2021, 08:13

Zəngəzur dəhlizi üzərindən “SİRR PƏRDƏSİ” QALXIR: Paşinyanın reallığı gizlətməyə GÜCÜ ÇATMIR

Xəbərlər

14-12-2021, 20:15

Azərbaycan lideri: “Zəngəzur və Laçın dəhlizlərinin istifadə qaydası eyni olmalıdır”

Xəbərlər

7-12-2021, 19:48

Zəngəzur dəhlizi ilə bağlı ŞAD XƏBƏR: Ermənistan bütün haqlardan MƏHRUM EDİLDİ – RƏSMİ

Xəbərlər

2-08-2021, 21:17

AZAL-ın təyyarələri Zəngəzur dəhlizi ilə uçur? – Rəsmi AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Gecə tualetə durmaq vacibdir
Nə dərmanı var, nə peyvəndi - Ölümcül virus Azərbaycana da gələ bilər?
İran etiraf etdi: ABŞ-la danışmışıq, amma…
Süni intellekti məşhur azərbaycanlı yaradıb? – 3 ad çəkildi
Xərçəng hüceyrələrini öldürən çay
Paşinyan Aprel döyüşləri zamanı nələr edib? – İlk dəfə üzə çıxdı
Son xəbərlər
  • Bu gün, 22:10
    Gecə tualetə durmaq vacibdir
  • Bu gün, 21:48
    Nə dərmanı var, nə peyvəndi - Ölümcül virus Azərbaycana da gələ bilər?
  • Bu gün, 20:25
    İran etiraf etdi: ABŞ-la danışmışıq, amma…
  • Bu gün, 19:18
    Süni intellekti məşhur azərbaycanlı yaradıb? – 3 ad çəkildi
  • Bu gün, 18:30
    Xərçəng hüceyrələrini öldürən çay
  • Bu gün, 17:58
    Paşinyan Aprel döyüşləri zamanı nələr edib? – İlk dəfə üzə çıxdı
  • Bu gün, 16:27
    Tramp Qrenlandiya ilə bağlı planlarını niyə dəyişdi?
  • Bu gün, 15:11
    Dağınıq skleroz: əlamətləri və müalicəsi
  • Bu gün, 14:31
    Bu tarixdə güclü günəş partlayışları gözlənilir
  • Bu gün, 13:22
    Tehranın etnik tərkibi: nə qədər azərbaycanlı var?
  • Bu gün, 12:55
    Bir ay öncədən verilən siqnal: "Ağız qoxusu infarktın xəbərçisidir"
  • Bu gün, 11:38
    Maduroya kim xəyanət edib? – Səfir işarə etdi
  • Bu gün, 10:22
    Sərhəddə panika: ABŞ-ın zərbə qrupu İrana yaxınlaşır
  • Dünən, 23:30
    Ağ çörək niyə tünd çörəkdən üstün sayılır? - AÇIQLAMA
  • Dünən, 22:08
    Təhlükəli "Nipah" virusu yayılır
  • Dünən, 21:17
    Oturaq həyat tərzi olanların NƏZƏRİNƏ
  • Dünən, 20:16
    Ağ Ev Trampla pinqvini “əl-ələ” yaydı
  • Dünən, 19:25
    Keçməyən burun axmasının təhlükəli səbəbləri
  • Dünən, 18:11
    Hansı sahədə çalışan şəxslərin pensiyası arta bilər?
  • Dünən, 17:51
    Qadınlarda bu narahatlıqlar infarkt əlamətləri ola bilər - XƏBƏRDARLIQ
  • Dünən, 16:49
    Qar yağacaq, yollar buz bağlayacaq
  • Dünən, 15:21
    Enerji üçün qara, sağlamlıq üçün yaşıl çay
  • Dünən, 14:13
    Digər xəstəliklərlə qarışdırılan 3 xərçəng əlaməti
  • Dünən, 13:04
    Gözə xeyir olan təbii QİDALAR
  • Dünən, 12:29
    Yaxın günlərdə bol pul qazanacaq BÜRCLƏR – ulduzlar onlara şans vəd edir
  • Dünən, 10:34
    İran “hazırıq” dedi, müharibə anonsu verdi: Zelenski üzərindən ilginc MESAJ
  • Dünən, 08:02
    Xərçəng xəstələri dövlət hesabına müalicə olunacaqlar?
  • 24-01-2026, 22:14
    Yuxusuz qalmağın - 9 ÖLÜMCÜL FƏSADI
  • 24-01-2026, 21:17
    Əlləriniz titrəyir? – Səbəbləri və müalicəsi
  • 24-01-2026, 20:23
    Avropa artıq müharibəyə başlayıb - Orban
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə