• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Azərbaycanda kibertəhlükəsizlik güclənəcək: yüzlərlə qurum bu layihəyə qoşuldu
Boyunda ostexondroz beyinə təsir edir?
Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı – Özü etiraf etdi
Cəfəri və şüyüd xərçəngə qarşı - Yeni kəşf
Ömrü 14 il uzadan 5 vərdiş
Təzyiq xəstələri şəkəri azaltsa, nə olar?
Tramp 15 ölkəni təhdid edib - Güc tətbiqi ehtimalı səsləndirilib
ABŞ İrana zərbələr endirdi, Tehrandan cavab...
Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?
Finlandiya NATO-ya üzvlükdən peşmandır - İqtisadi və sosial problemlər yaradıb
Ukrayna Çerniqova qoşun yeridir – Rusiyadan ilk reaksiya
Alma sirkəsi şəkər xəstələrini sağaldır?
Nuru Paşa, Milli Şura və Gəncə böhranı: 1918-ci ilin gizli siyasi savaşı
SEPAH hərəkətə keçdi: İrandan ABŞ-a cavab zərbəsi
Omeqa-3 həqiqətən faydalıdır?
Merts vəzifəsindən uzaqlaşdırılır? - Onu bu şəxs əvəz edə bilər
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
Bədəndən toksinləri təmizləyən effektiv üsullar
İnsan bədənindəki "üçüncü göz"ün inanılmaz funksiyaları üzə çıxdı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Daxili qanaxma nədir? - Əlamətləri, səbəbləri və ilkin tibbi yardım

Səhiyyə

4-12-2019, 19:29

Daxili qanaxma nədir? - Əlamətləri, səbəbləri və ilkin tibbi yardım


Daxili qanaxma qanın orqanizmin təbii boşluqlarına (mədə, sidik kisəsi, uşaqlıq, ağciyərlər, oynaq boşluğu və s.) axması, yaxud axmış qanın yaratdığı süni boşluğa (retroperitoneal, əzələlərarası və s.) toplanması ilə xarakterizə olunan vəziyyətdir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, travmalar və xroniki xəstəliklər nəticəsində inkişaf edə bilər. Daxili qanaxmanın simptomları onun lokalizasiyasından və itirilən qanın həcmindən asılıdır. Adətən, onlar başgicəllənmə, zəiflik, yuxululuq, huşun itirilməsi və s. kimi ümumi xarakter daşıyır. Xarakterik əlamətləri olmadığından daxili qanaxmanın diaqnostikası çox çətindir. Klinik halların çoxunda xəstənin həyatı üçün təhlükə törədir.

Daxili qanaxmanın bir neçə təsnifatı mövcuddur:

-İtirilmiş qanın həcminə əsasən: yüngül və ölümcül

-Zədələnməş damarın xarakterindən asılı olaraq: arterial, venoz, kapilyar və qarışıq (məs., arteriyadan, venadan və ya venadan və kapilyardan)

-Sızmış qanın toplandığı yerdən asılı olaraq: boşluq (plevral, periton və s. boşluqlar) və toxumadaxili (toxumaları qidalandıran damarlardan toxumanın içərisinə)

-Aşkar qanaxma əlamətlərinin olub-olmamasından asılı olaraq: aşkar və gizli formalar. Aşkar formada qan hətta bir müddət sonra və dəyişilmiş şəkildə olsa belə təbii dəliklərdən "çıxır"; məs., nəcisi qara rəngə boyayır. Gizli formada isə qan bədənin daxilində qalır.

-İnkişaf müddətindən asılı olaraq: birincili və ikincili. Birincili forma damar divarının travmatik zədələnməsindən dərhal sonra yaranır; ikincili forma isə travmadan bir müddət sonra inkişaf edir.

Səbəbləri
Daxili qanaxmanın səbəbi həm travma, həm də xroniki xəstəliklər ola bilər. Qarın boşluğuna massiv, həyati təhlükəli posttravmatik qanaxmaya qarnın küt travmaları nəticəsində dalaq və qaraciyərin, nadir hallarda mədəaltı vəzin, bağırsaqların və ya mezenteriumun (zərbə, hündürlükdən yıxılma, avtomobil qəzaları və s. zamanı) zədələnməsi səbəb ola bilər.

Plevral boşluğa qanaxma, adətən, qabırğaların çoxsaylı sınıqları zamanı qabırğaarası damarların və plevranın zədələnməsi nəticəsində inkişaf edir. Tək-tük hallarda onun səbəbi 1-2-ci qabırğaların sınıqları olur. Bundan əlavə oynaq boşluğuna qansızma həm oynaqdaxili sınıqlar, həm də zədələnmələrin nəticəsi ola bilər. Həyat üçün birbaşa təhlükə törətmir, lakin müalicə olunmadıqda ciddi ağırlaşmalara səbəb ola bilər.

Daxili qanaxmaların klinik halları içərisində mədə-bağırsaq traktının xroniki xəstəlikləri (bədxassəli şişlər, bağırsaq və mədə xoraları, eroziv qastrit, qaraciyər sirrozunda qida borusu venalarının varikoz genişlənməsi və s.) nəticəsində inkişaf etmiş hər hansı bir orqanın boşluğuna qanaxma əhəmiyyətli yer tutur.

Daxili qanaxmaların daha bir geniş yayılmış səbəbi ginekoloji xəstəliklərdir (yumurtalıqların partlanması, uşaqlıqdankənar hamiləlik və s.). Ginekoloji praktikada daxili qanaxmalara abortlardan sonra rast gəlinir. Bundan başqa, plasentanın anormal yerləşməsi və ya vaxtından əvvəl soyulması, plasentanın doğulması ləngidikdə doğuşdan sonra qanaxmalar, uşaqlıq yollarının və uşaqlığın cırılması mümkündür.

Simptomları
Daxili qanaxmanın ümumi, erkən əlamətləri ümumi zəiflik, yuxululuq, dəri və selikli qişaların solğunluğu, başgicəllənmə, soyuq tər, hərarət, gözlərin qaralmasıdır.

Az qan itkisi zamanı nəbzin nəzərə çarpmayan sürətlənməsi müşahidə edilir.

Orta ağırlıqlı qanitirmə zamanı isə nəbzin sürətlənməsi, dəri solğunluğu, ətrafların soyuması və tənəffüsün tezləşməsi qeyd olunur. Ağızda quruluq, huşun itirilməsi, başgicəllənmə, ürəkbulanma, adinamiya, nəzərə çarpan zəiflik, reaksiyaların ləngiməsi mümkündür.

Ağır hallarda isə tənəffüs ritmlərinin sürətlənməsi və pozulması, yapışqan soyuq tər, əsnəmək, patoloji yuxululuq, əllərin tremoru, gözlərin qaralması, laqeydlik, apatiya, ürəkbulanma və qusma, xaric olunan sidiyin azalması, üzücü yanğı, huşun alaqaranlıqlaşması, dəri və selikli qişaların kəskin solğunluğu, ətrafların, dodaqların və burun-dodaq üçbucağının sianotikliyi qeyd olunur. Ölümcül qanitirmə zamanı koma inkişaf edir.

Daxili qanaxma zamanı ilk yardım
Pasiyentin maksimal sürətlə ixtisaslaşdırılmış yardım şöbəsinə çatdırılması vacibdir. Xəstə sakitlik vəziyyəti ilə təmin edilməlidir. Hemotoraks və ya ağciyər qanaxmasına şübhə olduqda xəstəyə yarımoturaq vəziyyətə gətirilir. Başqa orqanların qanaxmaları zamanı düz səthdə uzadılır. Qanaxmanın ehtimal olunan mənbəyi nahiyəsinə soyuq (məs., buz kisəsi) qoymaq lazımdır. Xəstə nahiyəni istiyə məruz qoymaq, klizma etmək, işlədicilər və ya ürək fəaliyyətini stimulyasiya edən preparatlar vermək qəti qadağandır.

Oxunub: 1 328
Paylaş:
Digər xəbərlər

Maraqlı

27-10-2019, 11:20

Daxili qanaxmanın simptomları və təhlükələri. Bunu hamı bilməlidir!

Xəbərlər

25-07-2019, 09:12

Burundan qan açılanda necə kəsək? - 5 dəqiqəyə qanaxmanı DAYANDIRAN ÜSULLAR

Klinika

2-11-2018, 14:43

Qanaxma və növləri

Səhiyyə

21-10-2018, 00:52

Daxili xəstəliklər nədir?

Səhiyyə

17-10-2018, 18:43

Tromboz nədir?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Azərbaycanda kibertəhlükəsizlik güclənəcək: yüzlərlə qurum bu layihəyə qoşuldu
Boyunda ostexondroz beyinə təsir edir?
Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı – Özü etiraf etdi
Cəfəri və şüyüd xərçəngə qarşı - Yeni kəşf
Ömrü 14 il uzadan 5 vərdiş
Son xəbərlər
  • Bu gün, 13:52
    Azərbaycanda kibertəhlükəsizlik güclənəcək: yüzlərlə qurum bu layihəyə qoşuldu
  • Bu gün, 12:40
    Boyunda ostexondroz beyinə təsir edir?
  • Bu gün, 11:17
    Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
  • Bu gün, 10:45
    Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı – Özü etiraf etdi
  • Bu gün, 09:00
    Cəfəri və şüyüd xərçəngə qarşı - Yeni kəşf
  • Dünən, 22:02
    Ömrü 14 il uzadan 5 vərdiş
  • Dünən, 21:38
    Təzyiq xəstələri şəkəri azaltsa, nə olar?
  • Dünən, 20:38
    Tramp 15 ölkəni təhdid edib - Güc tətbiqi ehtimalı səsləndirilib
  • Dünən, 19:21
    ABŞ İrana zərbələr endirdi, Tehrandan cavab...
  • Dünən, 18:58
    Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?
  • Dünən, 17:04
    Finlandiya NATO-ya üzvlükdən peşmandır - İqtisadi və sosial problemlər yaradıb
  • Dünən, 16:32
    Ukrayna Çerniqova qoşun yeridir – Rusiyadan ilk reaksiya
  • Dünən, 15:31
    Alma sirkəsi şəkər xəstələrini sağaldır?
  • Dünən, 14:30
    Nuru Paşa, Milli Şura və Gəncə böhranı: 1918-ci ilin gizli siyasi savaşı
  • Dünən, 13:48
    SEPAH hərəkətə keçdi: İrandan ABŞ-a cavab zərbəsi
  • Dünən, 12:12
    Omeqa-3 həqiqətən faydalıdır?
  • Dünən, 11:27
    Merts vəzifəsindən uzaqlaşdırılır? - Onu bu şəxs əvəz edə bilər
  • Dünən, 10:06
    Bu gün Azərbaycanda Müstəqillik Günüdür
  • Dünən, 09:08
    Bədəndən toksinləri təmizləyən effektiv üsullar
  • 27-05-2026, 22:07
    İnsan bədənindəki "üçüncü göz"ün inanılmaz funksiyaları üzə çıxdı
  • 27-05-2026, 21:51
    Dizlər gecələr niyə ağrıyır?
  • 27-05-2026, 20:04
    Almaniyadan Rusiyaya: Bizi qorxutmaq mümkün deyil!
  • 27-05-2026, 19:20
    Adambaşına düşən sığorta haqqı 220 manata çatdırılacaq
  • 27-05-2026, 18:34
    Yorğunluq, unutqanlıq, depressiya - B12 çatışmazlığının simptomları
  • 27-05-2026, 17:24
    Putin hərəkətə keçdi: Rusiya həmin qanunu qəbul etdi
  • 27-05-2026, 16:47
    Dəhşətli istilər gəlir – Aylıq proqnoz
  • 27-05-2026, 15:10
    Uşaqlarda qurd əlamətləri hansılardır? – Ən çox edilən səhvlər və təhlükəli məqamlar
  • 27-05-2026, 14:25
    Kiyev Avropa İttifaqına üzvlük yolunda - Danışıqlar başlayır
  • 27-05-2026, 13:12
    İrandan Azərbaycanı da maraqlandıran mühüm ANONS
  • 27-05-2026, 12:26
    Qurban ətini dərhal yeməyin - Mütəxəssisdən XƏBƏRDARLIQ
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə