ABŞ ordusu İranın cənubundakı hərbi obyektə hava zərbəsi endirib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
Məlumata görə, zərbə bölgədəki Amerika qüvvələri və ticarət dəniz yollarına yaranan təhdid səbəbindən həyata keçirilib.
İran İnqilab Keşikçiləri Korpusu isə ABŞ-ın Bəndər-Abbas hava limanı yaxınlığındakı hədəfi vurduğunu, buna cavab olaraq Amerika hava bazasına zərbə endirildiyini açıqlayıb.
Bundan sonra Küveyt ordusu ölkənin raket və pilotsuz uçuş aparatı hücumuna məruz qaldığını bəyan edib.