Ukrayna Silahlı Qüvvələri ölkənin şimalındakı Çerniqov vilayətinə – Belarusla sərhədə əlavə hərbi bölmə yerləşdirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, sərhəd bölgəsinə 143-cü əlahiddə mexanikləşdirilmiş briqadanın ikinci rotası göndərilib:
“Bölmənin əsas məqsədi Rusiya qüvvələrinin diqqətini digər istiqamətlərdən yayındırmaqdır”.
Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Belarus istiqamətindən mümkün hücum təhlükəsinə görə preventiv zərbə variantını gündəmə gətirmişdi. Bununla yanaşı, Ukrayna ordusu və sərhəd xidməti həmin istiqamətdə real təhlükə görmədiklərini açıqlamışdı.