• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
Əlaqələri kəs, onları həbs et - Avropadan Ermənistana Rusiya tələbi
Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
Proses başlayıb, geridönüş yoxdur: Yaponiyada dünyanın ən təhlükəli kəşfiyyat sistemi qurulur
17 gəmi bu dənizdədir: Hər gün zərbə endirirlər
İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır
KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi
Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
Bu qidalar stresi azaldır
Alimlərdən yeni araşdırma! Xərçəngin diaqnozu qoyulmadan 3 il əvvəl aşkarlana bilər
Bu axşam vərdişi yuxunu pozur
Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır
NATO-nun gələcəyi ilə bağlı bədbin proqnoz: Artıq dağılır
Qaraciyəri bitirən 3 qida: Sağlam hesab edilirdi, amma risk daşıyır
Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Nuru Paşa, Milli Şura və Gəncə böhranı: 1918-ci ilin gizli siyasi savaşı

Xəbərlər

28-05-2026, 14:30

Nuru Paşa, Milli Şura və Gəncə böhranı: 1918-ci ilin gizli siyasi savaşı


28 may 1918-ci ildə Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Bu elandan dərhal sonra Gürcüstan rəhbərliyi Azərbaycan hökumətinin üzvlərindən ölkəni tərk etməyi tələb etdi. Əslində, Azərbaycan Cümhuriyyətinin paytaxtı Bakı olmalı, Milli Şura hökuməti də orada fəaliyyət göstərməli idi. Lakin Bakıda hakimiyyət Stepan Şaumyanın başçılıq etdiyi və “26 Bakı komissarı” kimi məşhur olan bolşevik-daşnak qruplaşmasının əlində idi. 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada törədilən qırğınlardan sonra azərbaycanlılar “Bakı kommunası”nı nifrətlə qarşılayırdılar. Azərbaycanın qəzalarında isə tam hakimiyyətsizlik idi və hərc-mərclik hökm sürürdü. Bu acı reallıq qarşısında Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstandakı qurucu heyəti Gəncəyə üz tutmalı oldu. Dövlət suverenliyini bütün Azərbaycan ərazisində yaymaq məqsədi ilə 1918-ci il iyunun 16-da Milli Şura hökuməti Tiflisdən Gəncəyə köçdü. Bu vaxt Gəncədə real hakimiyyət hələ may ayının axırlarında 300 nəfərlik hərbi təlimatçı ilə şəhərə gəlmiş və böyük təmtəraqla qarşılanmış Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın əlində idi.

Qafqaz İslam Ordusunun Azərbaycana göndərilməsi və Ənvər Paşanın ögey qardaşı Nuru paşanın bu orduya komandan təyin olunması Nağı bəy Şeyxzamanlının İstanbulda apardığı danışıqlar çərçivəsində baş tutmuşdu. Nağı bəy Şeyxzamanlı birbaşa Nəsib bəy Yusifbəyli tərəfindən seçilmiş, təlimatlandırılmış və "Azərbaycan İstiqlal Komitəsi" adından Osmanlıdan hərbi yardım istəmək üçün İstanbula göndərilmişdi. Osmanlı, xəstə halına rəğmən, dünyanın ən böyük imperiyalarından biri idi və Cənubi Qafqazda maraqları vardı. Bu maraqlar qarşısında Osmanlı qoşunları Cənubi Qafqaza, heç şübhəsiz, xeyriyyə təşkilatı könüllüləri olaraq gəlməmişdilər. Dünya yenidən bölüşdürülürdü və Osmanlı da bir imperiya olaraq Cənubi Qafqaza hakim olmaq, o cümlədən Bakı neftini ələ keçirmək istəyirdi. Bunun üçün ilk növbədə Brest-Litovsk sözləşməsinin şərtlərini və bu şərtləri çoxdan aşmış tələblərini Cənubi Qafqazda qəbul etdirməli idi. Odur ki, Zaqafqaziya Federativ Respublikasının (ZFR) elan olunmasına çalışır, çağırdığı Batum Konfransında bütün diplomatik imkanlardan yararlanaraq öz şərtlərini diktə edirdi.

Ancaq bu arada iki hadisə baş verdi. Gürcülər Almaniya ilə anlaşaraq ZFR-dən çıxdı, Qafqaz Konfederasiyası dağıldı. Ermənilər isə Sərdarabad döyüşündə Osmanlı qoşunlarını uddular. Nəticədə çanaq bizim başımızda çatladı- Azərbaycan Xalq Cümhuriyyəti İrəvanı Ermənistana Milli Şuranın qərarı ilə güzəştə getdi. Yalnız bundan sonra xarici işlər naziri Məmməd Həsən Hacınskinin rəhbərliyi ilə Batumda Osmanlı ilə sülh müqaviləsi imzalandı. Osmanlı hökuməti Batum müqaviləsi ilə Azərbaycanın müstəqilliyini tanısa belə, AXC-ni qəbul etməyən, AXC-ni elan edən Ümumrusiya Müəssislər Məclisinə seçilmiş əzaların belə bir iş üçün səlahiyyətinin olmadığını vurğulayan qüvvələr vardı. “İlhaqçılar” adlanan bu qüvvə Milli Şuranı qeyri-legitim sayır və Azərbaycanın Osmanlıya birləşdirilməsini tələb edirdilər. Həmin qruplar qısa zamanda Gəncədə Nuru paşanın başına toplanmışdı.

30 ildən çoxdur ki, Azərbaycanda bu təbəqədən üstüörtülü bəhs edilir. Kimsə onların adlarını açıqlamaq istəmir. Tabuları bir qədər aşanlar isə, məsələnin bütün tarixi məsuliyətini Nuru paşanın siyasi müşaviri təyin olunmuş Əhməd bəy Ağaoğlunun üzərinə yükləmək istəyirlər. Lakin bu qüvvələr bilavasitə Əhməd bəy Ağaoğlunun təşəbbüsü ilə formalaşmamışdı. Hələ 9 may 1918-ci ildə Osmanlı sədrəzəmi Tələt paşa həzrətlərinə bir teleqram göndərilmişdi. Teleqramda “Zaqafqaziyanın müstəqil elan olunduğunu duyan Gəncə, İrəvan, Nuxa, Zaqatala və Qarabağ vilayət əhalisinin Milli Şuraları “cari ictimai əhvalı müzakirə edərək” bildirirdilər ki, Zaqafqaziya Seymindəki müsəlman məbuslar qeyri-legitimdirlər. Onlar Zaqafqaziya hökumətinə “müsəlmanların can və mallarını vəhşətdən qurtarmağa istedad və qüdrəti olmadığı” üçün qarşı çıxır, Osmanı hökumətinə “bizi himayənizə alın” xahişi ilə müraciət edirdilər. Müraciəti Xosrov bəy Sultanov, Cavad Axundzadə, Xudadat bəy Rəfibəyli, Əbdülhəmid Həşimzadə, Azad Əmirov, Əli Yusifzadə, Müseyib İlyaszadə, Bayram Kiçikxanzadə, Mustafa bəy Qəbulov, Səfər Əfəndizadə, Əbdüləli Əfəndizadə, Yaqub Cəfəroğlu, Rövşən Əfəndizadə, Abbasqulu Mahmudzadə, Yusif Yusifzadə, Heydər Cabbarzadə, Əbdülhəmid Həşimzadə, Şirin Bəy Molla Əlibəyov, Əli Əsgər bəy Mahmudbəyov, Əli Sarıyev, Böyük Axundov, Ömər Faiq Nemanzadə imzalamışdı.

Gəncəyə çatar-çatmaz M.Ə. Rəsulzadə də daxil olmaqla AXC heyəti bütün bu məsələləri Nuru paşa ilə müzakirə etmək istədi. Ancaq paşa bildirdi ki, onun siyasi məsələləri müzakirə etmək səlahiyyəti yoxdur. Doğrudan da, Qafqaz İslam Ordusu ilə bağlı Osmanlı hökumətinin fərmanında komandana siyasi məsələləri müzakirə etmək qadağan olunmuşdu. Lakin bu cavabın verilməsində Azərbaycan hökumətinin fəaliyyət istiqamətinin "həddindən artıq demokratik” olmasından narazı qalan burjuaziyanın və mülkədarlarının müəyyən dairələrinin təsiri də az deyildi. Yumşaq desək, pərt bir vəziyyət yaranmışdı: elan edilmiş dövlətin rəhbərliyi öz qanuni ərazisində və faktiki paytaxtında Osmanlı komandanı tərəfindən qapı arxasında saxlanılmışdı… Elə o günlərdə terror fəaliyyətini daha da gücləndirən ermənilər Tərtər çayının qarşısına da bənd çəkmiş, Qarabağ əhalisi susuz qoyulmuşdu. Ermənilər yaylaq yollarını da kəsdiyindən elat dağa qalxa bilmir, mal-qara tələf olurdu. Ərazi və əhali tam təhlükə altında idi. Müstəqillik ideyası fakt qarşısında qalmışdı.

Uzun müzakirələrdən sonra Əhməd bəy Ağaoğlu Nuru paşanın müşaviri olaraq təklif etdi ki, “qarşılıqlı güzəştlər əsasında” ümumi razılıq əldə olunsun. Təklif bu idi ki, Milli Şura buraxılsın və bütün səlahiyyətlər yeni təşkil olunacaq kabinetə verilsin. Məsələ 17 iyun 1918-ci ildə Milli Şuranın M.Ə.Rəsulzadənin sədrliyi ilə Gəncə şəhər idarəsinin binasında keçirilən iki iclasında müzakirəyə çıxarıldı.

İclasda söz alan Aslan bəy Səfikürdski Nuru paşanı tənqid etdi:

“Biz sosialistlər həmişə türklərin tərəfdarı olmuşuq və bu istiqamətdə çalışmışıq. Hamınız mənim bu istiqamətdəki fəaliyyətimdən xəbərdarsınız. Lakin türklər buraya gələrək xalqın maraqlarına zidd bir istiqamətdə ilk addımlarını atıblar. Paşanın Şuranı və hökumətimizi ləğv edib öz mülahizəsinə uyğun bir hökumət təşkil etmək niyyətində olması təəssüf doğurur”.

Rəsulzadə onun sözünü kəsərək Nuru paşanın bu işə aidiyyatının olmadığını söyləyir. Səfkürdski sözlərinə belə davam edir:

“Qorxuram ki, bu yol xalqı qurtuluşa aparmayacaq, bizi yeni fəlakətlərə sürükləyəcək və xalq arasında türklərə qarşı məyusluq yaradacaq. Bütün bunların nəticəsində biz Gürcüstanın və hətta Ermənistanın nəzarəti altına düşəcəyik”.

Aslan bəyə daha bir etiraz Məmməd Həsən Hacınskidən gəlir. O, Əhməd bəy Ağaoğlu ilə aparılan danışıqlar barədə məlumat verir:

“Əhməd bəy soruşdu ki, Seymə (Milli Şuranı nəzərdə tutur- red.) əhalinin etimadı nə dərəcədədir? Qəti şəkildə bildirdi ki, Türk əsgərləri müsəlman əhali ilə hökumət arasında baş verə biləcək mümkün toqquşmalara müdaxilə etməyəcəklər. Hökumətin istefası yalnız onun şəxsi qərarından, həmçinin məclisin ilkin qərarından asılıdır və heç bir xarici təsirin təsiri altında deyil”.

Onun bu izahatı Məmməd Yusif Cəfərovu qane etmir:

“Nümayəndələrimizin Əhməd bəylə söhbətindən görünür ki, əhali ilə hökumət arasında hər hansı bir ixtilaf yaranarsa, türk əsgərləri neytral qalacaqlar. Lakin başa düşmürəm ki, bu neytral qüvvə nə üçün yeni gələcək hökumətə öz himayəsini və dəstəyini vəd edir”.

İclasın protokolundan:

Nəsib bəy Yusifbəyli: Məsələnin həm görünən, həm də görünməyən tərəfi var. Aydındır ki, Paşa və Osmanlı hökuməti Azərbaycanın müstəqilliyini və onun öz hökumətinin təşkilini istəyirlər. Aydındır ki, onlar bizim daxili işlərimizə qarışmaq istəmirlər. Lakin Paşanın ətrafında Aslan bəyin də qeyd etdiyi kimi, şübhəli şəxslər var. Bu şəxslər bizim hüquqlarımızdan istifadə etmək istəyirlər. Əgər biz heç bir güzəştə getmək istəməsək və hüquqlarımızdan möhkəm yapışsaq, ölkənin beynəlxalq vəziyyətinə zərər vura bilərik. Ancaq belə ciddi bir anda bu, vətənpərvər adamın işi olmazdı. Buna görə də mən təklif edirəm ki, Nazirlər Kabinetinin istefası qəbul edilsin və sədrimizə etibar etdiyi şəxsə yeni hökumət qurmağı tapşırmaq səlahiyyəti verilsin. Yeni təşkil olunacaq hökumətə bütün səlahiyyətlər verilsin, lakin azadlıq nailiyyətlərini qorumaq və onlara sadiq qalmaq şərti ilə. Qoy ölkəni idarə etsin, yaxın gələcəkdə Müəssislər Məclisini çağırsın və öz hüquqlarını heç kimə könüllü şəkildə güzəştə getməsin, yalnız gücə və süngüyə təslim olsun. Mən bəyan etməliyəm ki, hər cür qəsdlərə qarşı müstəqilliyin ilk müdafiəçisi mən olacağam.

Məmməd Yusif Cəfərov (titrək səslə): Bəli, görünür ki, bizi Tiflisdən bura köhnə bürokratik üsulla çağırıblar. Azadlığımızı əlimizdən alırlar. Biz də asanlıqla əldə etdiyimiz azadlığı asanlıqla təslim edirik. Təəssüf! Kömək gözlədiyimiz türk qardaşlarımız qəlbimizi yaralayır, hisslərimizi zəhərləyirlər.

Bu sözlərdən sonra Məmməd Yusif Cəfərov ağlayır və yerinə əyləşir. İclasda isə Azərbaycan Milli Şurasının Nəsib bəy Yusifbəylinin təklif etdiyi formulla özünü buraxması, bütün hakimiyyətin müvəqqəti hökumətə verilməsi haqqında qərardad qəbul edilir.

Azərbaycan Milli Şurasının İntilal qərardadı:

“Azərbaycanın keçirməkdə olduğu müşkülat daxiliyyə və xariciyyəni nəzərə ehtinayə alaraq Azərbaycan Şurai-Millisi bütün hüquq və səlahiyyətini Fətəli Xan Xoyskinin təhti sədarətində təşkil edən kabinəyə həvalə və məzkur kabinəyi arayi-ümumiyyə üzərinə müstənd bilatəxir Məclisi-Müəssisan dəvət oluncaya qədər Azərbaycan həqq hakimiyyətini kəndi əlində bulunduraraq kimsəyə tərk etməməyə müzəf edir”.

Yeni kabinetin- Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi Müvəqqəti Azərbaycan Hökumətinin tərkibi isə belə idi: Məmməd Həsən Hacınski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Behbud ağa Cavanşir, Xəlil bəy Xasməmədov, Xosrov bəy Sultanov, Xudadat bəy Rəfibəyov, Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov, Əbdül Əli bəy Əmircanov, Musa bəy Rəfiyev.

Cümhuriyyət quruculuğunun əsas ağırlığını tarix ən həlledici mərhələdə məhz bu isimlərin çiyninə qoymuşdu…

NƏTİCƏ

“Gəncə böhranı” Azərbaycan Xalq Cümhuriyyətinin ilk böyük siyasi sınağı idi. Milli Şuranın buraxılması formal olaraq könüllü qərar kimi təqdim olunsa da, əslində bu qərar çox ağır hərbi-siyasi təzyiq şəraitində qəbul edilmişdi. Milli Şuranın özünü buraxmasının əsas səbəbləri bunlar idi:

Bakı və ölkənin böyük hissəsinin nəzarətdən kənarda qalması, real hakimiyyət boşluğunun yaranması;
Erməni silahlı dəstələrinin hücumları, Zəngəzurda, Qarabağda və digər bölgələrdə humanitar böhran;
Yeni elan edilən respublika olaraq AXC-nin inzibati aparatının, ordusunun olmaması;
Osmanlı hərbi yardımına duyulan ehtiyac qarşısında Qafqaz İslam Ordusunun faktiki hərbi-siyasi güc mərkəzinə çevrilməsi və Azərbaycan hökumətinə təzyiq etməsi;
Milli Şura daxilində və xaricində olan qüvvələr arasında kəskin qarşıdurmalar, cəmiyyətdəki şiddətli parçalanmalar, hətta vətəndaş müharibəsi ilə üzləşmək riski,
Beynəlxalq vəziyyətin son dərəcə qeyri-müəyyən olması və yeni yaranan dövlətlərə münasibətinin bəlli olmaması.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının baş redaktoru

Oxunub: 73
Paylaş:
Digər xəbərlər

Xəbərlər

28-05-2026, 10:06

Bu gün Azərbaycanda Müstəqillik Günüdür

Bioqrafiya

31-01-2022, 09:15

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür – 138 il

Gündəm

28-05-2019, 09:00

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 101 il ötür

Gündəm

15-09-2018, 08:03

15 sentyabr Bakının erməni-bolşevik işğalından azad edilməsi günüdür

Manşet / Gündəm / Xəbərlər

28-05-2018, 09:03

Azərbaycan Xalq Cümhuriyyəti - 100 il

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
Son xəbərlər
  • Dünən, 22:46
    İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
  • Dünən, 21:50
    Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
  • Dünən, 20:23
    İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
  • Dünən, 19:40
    Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
  • Dünən, 18:19
    Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
  • Dünən, 17:54
    SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
  • Dünən, 16:55
    Əlaqələri kəs, onları həbs et - Avropadan Ermənistana Rusiya tələbi
  • Dünən, 15:53
    Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
  • Dünən, 14:47
    Proses başlayıb, geridönüş yoxdur: Yaponiyada dünyanın ən təhlükəli kəşfiyyat sistemi qurulur
  • Dünən, 13:02
    17 gəmi bu dənizdədir: Hər gün zərbə endirirlər
  • Dünən, 12:29
    İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır
  • Dünən, 11:50
    KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi
  • Dünən, 10:27
    Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
  • Dünən, 09:08
    Bu qidalar stresi azaldır
  • 27-07-2026, 22:12
    Alimlərdən yeni araşdırma! Xərçəngin diaqnozu qoyulmadan 3 il əvvəl aşkarlana bilər
  • 27-07-2026, 21:03
    Bu axşam vərdişi yuxunu pozur
  • 27-07-2026, 20:41
    Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır
  • 27-07-2026, 19:56
    NATO-nun gələcəyi ilə bağlı bədbin proqnoz: Artıq dağılır
  • 27-07-2026, 18:37
    Qaraciyəri bitirən 3 qida: Sağlam hesab edilirdi, amma risk daşıyır
  • 27-07-2026, 17:23
    Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
  • 27-07-2026, 16:08
    Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub?
  • 27-07-2026, 15:18
    Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
  • 27-07-2026, 14:05
    Türkiyənin "F-16"ları havaya qaldırılır - "Döyüşən Şahin"lərə hansı tapşırıq verilib?
  • 27-07-2026, 13:43
    Futbol üzrə dünya çempionatı Azərbaycanda – Sərəncam
  • 27-07-2026, 12:06
    Ağciyər rezeksiyası nədir?
  • 27-07-2026, 11:21
    İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
  • 27-07-2026, 10:43
    İsrail bu şəhərdə əməliyyatları genişləndirir
  • 27-07-2026, 09:07
    Beyin sağlamlığı üçün faydalıdır: Zərərli hesab edilən iki qidanın sirri
  • 26-07-2026, 22:33
    Bu şorba bütün gün tox saxlayır - Pəhriz üçün əla seçimdir
  • 26-07-2026, 21:09
    Sinir sistemi xəstəliklərinə qarşı XALQ TƏBABƏTİ üsulları
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə