• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Azərbaycanda şəkər xəstələri insulin almaqdan ötəri hər ay analiz verməlidir?
Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
Ermənistana qayıdacaq azərbaycanlılar hansı kəndlərdə yaşayacaqlar? - Açıqlandı
Dabanlarına limon çəkənlər bu problemdən xilas olurlar
ÜST rəhbərindən xəbərdarlıq: Dünyada yenidən karantin elan edilə bilər
Lukaşenko əmr verdi: Ordu müharibəyə hazır vəziyyətə gətirildi
Bu 2 meyvə qan şəkərində kəskin artıma səbəb olur - diabet xəstələrinin diqqətinə!
ABŞ-ın İranla müharibəyə xərclədiyi pulun məbləği şok etdi
Arsenyan İrəvanda - Rusiya erməni səfiri qovub?
Diş ətiniz qanayırsa, bu vitamin çatışmır
Hantavirus necə yayılır? - İnfeksionist açıqladı
Ayaqlarda şişkinlik və ağrı üçün təbii müalicə vasitələri
Türkiyə Ermənistanla bağlı bu qanunu dəyişir - Paşinyan
İranda Əsəd ssenarisi: Moskvaya qaçış başlayır
Həkim: "Uzunmüddətli yorğunluq təhlükəli xəstəliklərin əlaməti ola bilər"
Valideynlərin nəzərinə: 4 və 6-cı siniflər...
İlham Əliyev WUF13 ilə bağlı görülən işlərlə tanış oldu
Yumurta ilə Alzheimer xəstəliyi arasında əlaqə var? - 40 min insan araşdırıldı
Son təklif elan edildi, risk açıqlandı – Tramp İranı “dostu” ilə vuracaq
Regionda kritik gediş: hədəf seçildi – Üç “cəbhə”də aktivləşəcəklər
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İstedad əngəl tanımır (2-ci hissə) - Firəngiz Rüstəmova

Gündəm / Maraqlı

14-03-2025, 08:28

İstedad əngəl tanımır (2-ci hissə) - Firəngiz Rüstəmova


XXX

Zaman keçdikcə Əminənin valideyinləri bir həqiqəti anladı—xoşbəxtlik əslində hər zaman fiziki aktivlikdən asılı olan bir məfhum deyil.
Onlar kənarda təşkil edilən əyləncələrə getməsələr də, zaman-zaman dostlarını evə dəvət edər, Əminənin şərəfinə bir çay süfrəsi açardılar.
Onun ən kiçik uğurlarını belə dəvətliləri ilə birlikdə alqışlayardılar. Həmin anlar Əminə öz məhdudiyyətlərinə baxmayaraq nəinki evdəkilərin diqqət mərkəzində olur, sanki bütün kainatın mərkəzinə çevrilərək hamını öz ətrafında birləşdirməyi bacarırdı.
Bir dəfə belə çay süfrəsi ətrafındakı yığıncağa İslam öz tələbəlik dostu Rəşadı da dəvət etmişdi. Rəşad özü ilə gitara götürmüş, Əminəyə isə elə əsil barabana bənzəyən oyuncaq baraban hədiyyə gətirmişdi.
Rəşad gitarada oynaq hava çalmağa başladı, Əminə isə barabanda onu müşayiət edirdi. Gah barabanın çubuqlarını havada oynadaraq gülür, gah da barabanda ritm tuturdu.
İslam və Nərminə ilə yanaşı hamı Əminəyə təəccüblə baxaraq sevinir, sanki onun musiqi duyumu olmasını elə indicə birlikdə kəşf etmişdilər.
Həmin gündən etibarən Əminə daha aktiv olmağa, ətraf mühitlə daha tez anlaşmağa, ünsiyyətcil olmağa başlamışdı.
Əminənin valideyinləri isə kiçik hadisələrdən xoşbəxt ola bilməyi, bir insanın hər hansı məhdudiyyətinə görə başqalarını, təbiəti, yaradanı qınamağının heç nəyə fayda verməyəcəyini öyrənmişdilər.
Eyni zamanda insanın qarşısına qoyduğu məqsədlərə çatması üçün yalnız öz daxili dünyasına qapılmağın doğru seçim olmamasını, əksinə sosial həyata üz tutaraq mübarizə aparmağın daha effektli olmasını reabilitasiya mərkəzinə gələn digər ailələrə tövsiyyə edirdilər.
XXX

Оnlar özlərinə sevgi və qayğı dolu bir dünya qurmuşdular. İslam hətta avtomobilini elə nizamlamışdi ki, Əminəni arabasıyla birlikdə çox asanlıqla yerləşdirə bilirdilər. Beləcə sərgilərə, parklara, açıq hava konsertlərinə gedirdilər. Əminə açlq havada gəzməyi sevsə də, daha çox meydanlarda, parklarda təşkil edilən açıq hava könsertlərini bəyənirdi.
O, musiqi ritmlərini öz daxilində, ruhu ilə, qəlbi ilə hiss edir, rəqsləri ilə sanki havalarda uçurdu. Artıq o həyatını musiqisiz, rəqssiz təsəvvür edə bilmirdi. Ətrafdakılar onu arabada oturmuş, məhdudiyyətli bir qız kimi görsələr də, Əminənin qəlbindəki alovu duymurdular.

XXX

Hər zamankı kimi Əminənin həyatında rəqsin xüsusi yeri var idi. O, artıq öz emosiyalarını rəqs hərəkətləri üzərindən ifadə edirdi.
İnklüziv uşaqlar üçün təşkil edilmiş dərnək və məşqələlərdə, adaptiv üsullar vasitəsilə Əminə daha da təkmilləşdi və rəqs yarışmalarında iştrak etmək imkanı qazandı. Bu cür çıxışlar ona özünü dah geniş auditoriyalarda tanıtmaq şansı verəcəkdi.
XXX

Novruz bayramı qabağı idi. Əminə gilin yaşadığı rayonun ərazisindəki parkda açıq hava konserti təşkil edilmişdi. Əminə həmin konsertdəki səhnədə yer almasa da, səhnəyə yaxın hissədə musiqinin ritminə uyğun rəqs edirdi. Yenə hər zamankı kimi sanki göylərdə süzür, öz əl hərəkətləri, baxışları ilə azadlığı, məhdudiyyət üzərində qələbəni ifadə edirdi.
Həmin vaxt səhnədə yer almış uşaqların xoreoqrafı da orada, tədbirdə idi və Əminə öz rəqsi ilə onun diqqətini özünə çəkdi. Xoreoqraf onlara yaxınlaşaraq özünü təqdim etdi: Natiq müəllim.
Natiq müəllim əyilərək ehmalca Əminənin başından öpdü, İslamla əl verib tanış olduqdan sonra Nərminə xanımla salamlaşaraq dedi: “Bu qızcığaz çox talantlıdır.
Şəhər mərkəzində keçiriləcək konsertə sayılı günlər qalıb, icazə versəydiniz Əminə ilə bayram coşqulu, rəngarəng və valehedici bir rəqs yaradardıq”.
Əminə ata və anasını qabaqlayaraq: “Bəli mən razıyam”-dedi. Onun belə ünsiyyətcil və özgüvənli xarakteri xoreoqrafa da çox xoş təsir bağışladı.

XXX

Bir neçə gün aparılan gərgin məşqlərdən sonra, ruhun gücü və ümidin simvolu halına gətirilən möhtəşəm rəqs artıq hazır idi.
Əminə şəhərin ana meydanında, minlərlə izləyicinin önündə öz performansına başladı. İncəlik və güvən dolu hərəkətləri, onun ruhunun, əllərinin, qəlbinin rəqsi tamaşaçıları heyran etmişdi, onlar artıq əsil istedadın heç bir əngəl tanımadığının fərqindəydilər.
Əminənin hər bir hərəkətində, simasında, baxışlarında sarsılmaz bir iradə hiss olunurdu və izləyicilər də məhdudiyyətlərin ancaq beynimizdə olmasını astaca-astaca anlayırdılar...
XXX

Xoreoqraf, Natiq müəllim məşqlərin davam etməsini təklif etdi. O, dedi ki, Əminə öz rəqsi, jestləri ilə ətrafdakı insanlarda həddən artıq xoş duyğular oyadır.
Ona görə də məşqlərimiz davam etsin, müxtəlif tədbirlər üçün bir neçə rəqs nömrələri hazırlayaq ki, Əminə bir performansdan sonra pərdə arxasında qalmasın. Belə də oldu. Əminə və Natiq müəllim bir neçə müxtəlif quruluşlu rəqslər hazırlamışdılar. Rəqslərin hazırlanması prosesi Əminədə o qədər xoş təəsuratlar yaradırdı ki, o artıq öz qüsurlarını sevməyə başlamışdı. Çünki rəqslər onda güclü iradə, mənəviyyat və ruh azadlığı hissləri yaradırdı.
O, arzulara çatmaq üçün heç bir maneə olmadığını göstərməklə, digər əlilliyi olan insanları ruhlandırırdı. Onun daxili aləmində əsl inqilab baş verirmişdi— arzuları həyata keçirməyin fiziki qabiliyyət deyil, mətanət və əzmkarlıq məsələsi olduğunu nümayiş etdirirdi. Əlil arabasında rəqs nömrələrini ifa etməsi, Əminəni bir çox məhdudiyyətli gənclər üçün ümid və güc simvoluna çevirmişdi.

XXX

Qazandığı uğurlardan ruhlanan Əminə, digər məhdudiyyətli uşaqlardan ibarət rəqs qrupu yaratmağa qərar verdi. O, mütəmadi olaraq ustad dərsləri keçir, təcrübələrini məhdudiyyətli uşaqlarla bölüşür, rəqsin hər hansı maneə və əngəllərə baxmayaraq hər kəsin danışa biləcəyi bir dil olduğunu göstərməyə çalışırdı.
O, əngəlli uşaqlar üçün dəstəyin və birliyin nə qədər vacib olduğunu başa düşür, onların da bunu hiss etmələrinə nail olurdu.
Əminə müxtəlif yaşda olan uşaqları qrupda bir araya gətirmişdi, dərslərin, məşqlərin keçirildiyi yer, inamın, sevincli ab-havanın hökm sürdüyü məkana çevrilmiş, rəqs bütün iştirakçıları birləşdirərək, onlara yeni təəssürat və emosiyalar bəxş etmişdi.

Ardı var...

Oxunub: 189
Paylaş:
Digər xəbərlər

Gündəm / Maraqlı

13-03-2025, 08:10

İstedad əngəl tanımır (1-ci hissə) - Firəngiz Rüstəmova

Gündəm / Maraqlı

3-03-2025, 08:14

GÜNƏŞ (4-cü hissə) - FİRƏNGİZ RÜSTƏMOVA

Gündəm / Maraqlı

28-02-2025, 08:33

GÜNƏŞ (1-ci hissə) - FİRƏNGİZ RÜSTƏMOVA

Səhiyyə

29-07-2021, 10:30

Niyə Azərbaycan özünün verdiyi vaksin pasportunu tanımır?

Xəbərlər

24-05-2019, 18:20

İftar süfrələrinin belə təşkili və bu şəxslərin iştirakı BÖYÜK GÜNAHDIR

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Azərbaycanda şəkər xəstələri insulin almaqdan ötəri hər ay analiz verməlidir?
Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
Ermənistana qayıdacaq azərbaycanlılar hansı kəndlərdə yaşayacaqlar? - Açıqlandı
Dabanlarına limon çəkənlər bu problemdən xilas olurlar
ÜST rəhbərindən xəbərdarlıq: Dünyada yenidən karantin elan edilə bilər
Lukaşenko əmr verdi: Ordu müharibəyə hazır vəziyyətə gətirildi
Son xəbərlər
  • Bu gün, 18:23
    Azərbaycanda şəkər xəstələri insulin almaqdan ötəri hər ay analiz verməlidir?
  • Bu gün, 17:06
    Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
  • Bu gün, 16:41
    Ermənistana qayıdacaq azərbaycanlılar hansı kəndlərdə yaşayacaqlar? - Açıqlandı
  • Bu gün, 15:39
    Dabanlarına limon çəkənlər bu problemdən xilas olurlar
  • Bu gün, 14:45
    ÜST rəhbərindən xəbərdarlıq: Dünyada yenidən karantin elan edilə bilər
  • Bu gün, 13:33
    Lukaşenko əmr verdi: Ordu müharibəyə hazır vəziyyətə gətirildi
  • Bu gün, 12:16
    Bu 2 meyvə qan şəkərində kəskin artıma səbəb olur - diabet xəstələrinin diqqətinə!
  • Bu gün, 11:37
    ABŞ-ın İranla müharibəyə xərclədiyi pulun məbləği şok etdi
  • Bu gün, 10:42
    Arsenyan İrəvanda - Rusiya erməni səfiri qovub?
  • Bu gün, 09:00
    Diş ətiniz qanayırsa, bu vitamin çatışmır
  • Dünən, 22:31
    Hantavirus necə yayılır? - İnfeksionist açıqladı
  • Dünən, 21:23
    Ayaqlarda şişkinlik və ağrı üçün təbii müalicə vasitələri
  • Dünən, 20:20
    Türkiyə Ermənistanla bağlı bu qanunu dəyişir - Paşinyan
  • Dünən, 19:49
    İranda Əsəd ssenarisi: Moskvaya qaçış başlayır
  • Dünən, 18:53
    Həkim: "Uzunmüddətli yorğunluq təhlükəli xəstəliklərin əlaməti ola bilər"
  • Dünən, 17:51
    Valideynlərin nəzərinə: 4 və 6-cı siniflər...
  • Dünən, 16:30
    İlham Əliyev WUF13 ilə bağlı görülən işlərlə tanış oldu
  • Dünən, 15:12
    Yumurta ilə Alzheimer xəstəliyi arasında əlaqə var? - 40 min insan araşdırıldı
  • Dünən, 14:15
    Son təklif elan edildi, risk açıqlandı – Tramp İranı “dostu” ilə vuracaq
  • Dünən, 13:05
    Regionda kritik gediş: hədəf seçildi – Üç “cəbhə”də aktivləşəcəklər
  • Dünən, 12:49
    Əsəbdən qalxan təzyiqlə, əsl hipertoniyanın fərqi
  • Dünən, 11:36
    Bu ərəb ölkəsi İrana gizlicə hücum edibmiş...
  • Dünən, 10:25
    AB ilə Taliban arasında görüş olacaq: Rəsmən tanıyır?
  • Dünən, 09:02
    D vitamini defisitində beyində və başda nə baş verir?
  • 11-05-2026, 22:19
    Antarktida ilə bağlı QORXUNC PROQNOZ
  • 11-05-2026, 21:45
    Mədəniz narahatdırsa, bunları edin
  • 11-05-2026, 20:27
    Yaxın Şərqdə gərginlik: Bu ölkə ilk dəfə Bakıdan neft alır
  • 11-05-2026, 19:50
    ABŞ-İran qarşıdurması: dünya hara gedir?
  • 11-05-2026, 18:05
    Hantavirus COVID-19-dan təhlükəlidir?
  • 11-05-2026, 16:16
    Paşinyandan Putinə etiraz: Bu, nikah deyil ki, boşanaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə