Prezident Aleksandr Lukaşenko Belarus ordusunun mümkün silahlı münaqişəyə hazır olması üçün hərbi hissələrin səfərbər ediləcəyini açıqlayıb.
Globalinfo.az-ın xəbərinə görə, o, müdafiə naziri Viktor Xrenin ilə görüşdə bildirib ki, ordunun döyüş hazırlığının gücləndirilməsi istiqamətində addımlar atılacaq.
“Hərbi hissələri səfərbər edəcəyik ki, müharibəyə hazır olsunlar. Ümid edirəm ki, bundan qaçmaq mümkün olacaq. Belarus sülh tərəfdarıdır, amma, ordu mümkün hərbi əməliyyatlara hazır vəziyyətdə olmalıdır”, – deyə Lukaşenko vurğulayıb.