• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Niyə arıqlaya bilmirik? – 4 açar səbəb
Sol tərəf üstə yatmağın faydaları
İran və ABŞ arasında 14 maddəlik razılaşma mətni açıqlandı
1 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir
İsti havalarda nə qədər su içməliyik?
Müharibədə geridönüş: Ukrayna Rusiyaya qalib gəlir
Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
Sintioqrafiya: Nədir, necə aparılır və hansı xəstəliklərdə istifadə olunur?
Türkiyə iki ölkəni hədələdi: Cavabı sərt olacaq!
Bakı merini özümüz seçəcəyik? – Vacib qərar verildi, detallar bilindi
Ağcaqanad dişləməsindən sonra bu əlamətlərə diqqət edin
“Bakıda həbsdə olan ermənilər…” – Paşinyandan yeni açıqlama
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Allergiya yaradan mövsüm meyvələri açıqlandı
Bu bitki baş ağrısını yox edir, sinirləri sakitləşdirir
Baş ağrısı nə zaman xərçəngə işarə edir?
İstanbul Bəyannaməsi Ermənistanı qorxutdu: Cənubi Qafqazda cəmi iki dövlət var?
Orta Şərqdə yeni güc oyunu: Türkiyə-İsrail rəqabəti və müharibə təhlükəsi
Cavanlıq iksiri tapıldı - Alimlərdən yeni kəşf
Pentaqon Kubanı hədələdi: Buna cəhd etməyin, ağılsızlıq olar
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Son təklif elan edildi, risk açıqlandı – Tramp İranı “dostu” ilə vuracaq

Xəbərlər

12-05-2026, 14:15

Son təklif elan edildi, risk açıqlandı – Tramp İranı “dostu” ilə vuracaq


İran Pakistan vasitəsilə ABŞ-a sülh təklifləri göndərib. Məlumata görə, İran sanksiyaların və gəmiçilik blokadasının aradan qaldırılması müqabilində nüvə proqramı ilə bağlı müəyyən güzəştlərə hazır olduğunu bildirib. Təkliflərə əsasən, Tehran yüksək səviyyədə zənginləşdirilmiş uranın bir hissəsini üçüncü ölkəyə təhvil verə bilər.

Bununla yanaşı, İran Hörmüz boğazını təhlükəsiz kommersiya gəmiçiliyi üçün açmağa razı olduğunu elan edib. Tərəflər arasında əsas fikir ayrılığı isə nüvə danışıqlarının formatı və Tehranın əvvəlcədən yazılı öhdəlik götürməsi məsələsində qalır.

Verilən təkliflərin məqsədi nədir? Bunların əsasında sülh prosesi mümkün olacaqmı?

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, İranın təqdim etdiyi yeni sülh təklifləri, əslində, gərginliyin azaldılması istiqamətində mühüm diplomatik siqnaldır:

“Bu onu göstərir ki, Vaşinqton kimi Tehran da hazırkı mərhələdə birbaşa qarşıdurmanın risklərini azaltmağa çalışır. Bunun əsas səbəbi regionda artan təhlükəsizlik riskləri, enerji marşrutlarında meydana çıxan problemlər və iqtisadi təzyiqlərin hər iki tərəf üçün meydana gətirdiyi çətinliklərdir. İran dəniz blokadasından əziyyət çəkir, ABŞ isə yeni hərbi əməliyyatların tez bir zamanda uğurla nəticlənəcəyindən əmin deyil. Əgər Tehranın təqdim etdiyi təkliflər həqiqətdirsə, o zaman görünür ki, İran ilk dəfə olaraq daha praqmatik və mərhələli kompromis modelinə yaxın mövqe nümayiş etdirir. Xüsusilə yüksək dərəcədə zənginləşdirilmiş uranın bir hissəsinin üçüncü ölkəyə təhvil verilməsi ideyası beynəlxalq ictimaiyyət üçün mühüm mesajdır. Çünki əsas narahatlıq İranın nüvə proqramının hərbi məqsədlərə yönələ biləcəyi ehtimalı ilə bağlıdır. Uran ehtiyatlarının nəzarət altına alınması, riski müəyyən qədər azalda və danışıqlar üçün etimad mühiti yarada bilər”.

Politoloq bildirib ki, digər mühüm məqam Hörmüz boğazı ilə bağlıdır:

“İranın təhlükəsiz kommersiya gəmiçiliyinə zəmanət verməyə hazır olması qlobal enerji bazarı baxımından olduqca vacibdir. Dünya Hörmüzün bağlı qalmasından və eləcə də ABŞ-ın dəniz blokadasından əziyyət çəkir, qarşılıqlı şəkildə bu istiqamətdə addımların atılması neft qiymətlərinin tənzimlənməsinə imkan yarada bilər. Tehran bu təkliflə həm regional təhlükəsizlik məsələsində konstruktiv tərəf kimi görünməyə çalışır, həm də ABŞ və Qərbə iqtisadi təzyiq aləti təqdim edir, yəni sanksiyaların yumşaldılması qarşılığında enerji təhlükəsizliyi təmin edilə bilər mesajını verir. Lakin əsas problem tərəflər arasındakı etimadsızlıq olaraq qalır ki, bu da təbiidir. İran haqlı olaraq iki dəfə məhz danışıqlar masasında olarkən hərbi əməliyyatlara məruz qaldığına, ABŞ isə İranın nüvə silahına sahib olmaq istəmədiyini deməsinə baxmayaraq uranı altmış faiz həcmində zənginləşdirməsinə görə bir-birlərinə etimad etmirlər. İranın yenidən hücum olmayacağına dair zəmanət istəməsi, Vaşinqtonun isə əvvəlcədən yazılı və hüquqi öhdəliklər tələb etməsi də bununla bağlıdır. ABŞ hesab edir ki, İran əvvəlki nüvə razılaşmalarında bəzi öhdəlikləri tam yerinə yetirməyib və buna görə yeni proses daha sərt nəzarət mexanizmləri ilə müşayiət olunmalıdır”.

Rəşad Bayramovun sözlərinə görə, Tehran texniki və siyasi məsələlərin mərhələli şəkildə müzakirə edilməsini istəyir:

“İran rəhbərliyi düşünür ki, əvvəlcədən geniş öhdəlik götürmək daxildə siyasi risklər yarada bilər və danışıqları uğursuzluğa aparar. İran Parlamentinin rəhbəri Məhəmməd Bağır Qalibaf bunu son təkliflər adlandırıb və hər hansı başqa güzəştin olmayacağını bildirib, ABŞ isə təkliflərin onların maraqlarına hələ də tam cavab vermədiyi qənaətindədir. Amma onsuz da ABŞ Prezidenti Donald Trampın Çinə səfəri ərəfəsində Vaşinqtonun Tehranın təkliflərini dərhal qəbul edəcəyi gözlənilmirdi. Çünki Tramp dəniz blokadasından Çinlə səfərdə təsir vasitəsi kimi istifadə etmək istəyir. Belə ki, blokada hər nə qədər İrana qarşı tətbiq olunsa da, Hörmüzün bağlı qalması ilə faktiki olaraq həm də Çin üçün problemlər yaradır. Çin Körfəzdən daşınan məhsulların əsas alıcısı olduğundan dəniz blokadasının aradan qaldırılması üçün hansısa addımlar ata, İrana təsir imkanlarından istifadə edə bilər. Trampa da məhz elə bu lazımdır, çünki Pekin hazırda Tehranın ayaqda qalmasında əsas rol oynayan ölkədir.

Sülhün mümkün olub-olmamasına gəldikdə isə, eskalasiya riskinin aradan qaldırılması, deyilən şərtlər daxilində ilkin razılaşmanın əldə olunması ehtimalı var. Amma bu, tam və uzunmüddətli razılaşma demək deyil. Bunun üçün qeyd olunan ilkin razışmanın əldə olunmasından sonra nüvə proqramı ilə bağlı danışıqlarda da kompromisin tapılması şərtdir. Bu isə uzun müddətli danışqlar tələb edir. Sanksiyaların aradan qaldırılması ilə bağlı İranın şərtləri də məhz o zaman aktual olacaq”.

Qeyd edək ki, tərəflər gələn həftə İslamabadda mümkün dialoqun bərpasına hazırlaşırlar.

Oxunub: 76
Paylaş:
Digər xəbərlər

Xəbərlər

4-05-2026, 14:12

Tehran: Sülh planı nüvə məsələlərini əhatə etmir

Xəbərlər

28-02-2026, 11:17

İran ABŞ-ın tələbini rədd etdi – Nə baş verir?

Xəbərlər

18-02-2026, 14:41

İran ABŞ-a bildirdi: Uranı Türkiyəyə yox, bu ölkəyə verməyə hazırdır - 12 bomba üçün yetər

Xəbərlər

13-04-2025, 16:22

İrandan böyük həmlə: ABŞ iki mühüm məqamı belə unutdu

Xəbərlər

11-02-2025, 14:24

İran Hörmüz boğazını bağlaya bilər

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Niyə arıqlaya bilmirik? – 4 açar səbəb
Sol tərəf üstə yatmağın faydaları
İran və ABŞ arasında 14 maddəlik razılaşma mətni açıqlandı
1 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir
İsti havalarda nə qədər su içməliyik?
Müharibədə geridönüş: Ukrayna Rusiyaya qalib gəlir
Son xəbərlər
  • Dünən, 22:14
    Niyə arıqlaya bilmirik? – 4 açar səbəb
  • Dünən, 21:43
    Sol tərəf üstə yatmağın faydaları
  • Dünən, 20:18
    İran və ABŞ arasında 14 maddəlik razılaşma mətni açıqlandı
  • Dünən, 19:47
    1 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir
  • Dünən, 18:29
    İsti havalarda nə qədər su içməliyik?
  • Dünən, 17:47
    Müharibədə geridönüş: Ukrayna Rusiyaya qalib gəlir
  • Dünən, 16:36
    Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
  • Dünən, 15:09
    Sintioqrafiya: Nədir, necə aparılır və hansı xəstəliklərdə istifadə olunur?
  • Dünən, 14:59
    Türkiyə iki ölkəni hədələdi: Cavabı sərt olacaq!
  • Dünən, 13:22
    Bakı merini özümüz seçəcəyik? – Vacib qərar verildi, detallar bilindi
  • Dünən, 12:11
    Ağcaqanad dişləməsindən sonra bu əlamətlərə diqqət edin
  • Dünən, 11:26
    “Bakıda həbsdə olan ermənilər…” – Paşinyandan yeni açıqlama
  • Dünən, 10:05
    Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
  • Dünən, 09:13
    Allergiya yaradan mövsüm meyvələri açıqlandı
  • 11-06-2026, 22:55
    Bu bitki baş ağrısını yox edir, sinirləri sakitləşdirir
  • 11-06-2026, 21:23
    Baş ağrısı nə zaman xərçəngə işarə edir?
  • 11-06-2026, 20:12
    İstanbul Bəyannaməsi Ermənistanı qorxutdu: Cənubi Qafqazda cəmi iki dövlət var?
  • 11-06-2026, 19:41
    Orta Şərqdə yeni güc oyunu: Türkiyə-İsrail rəqabəti və müharibə təhlükəsi
  • 11-06-2026, 18:11
    Cavanlıq iksiri tapıldı - Alimlərdən yeni kəşf
  • 11-06-2026, 17:29
    Pentaqon Kubanı hədələdi: Buna cəhd etməyin, ağılsızlıq olar
  • 11-06-2026, 16:14
    Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
  • 11-06-2026, 15:43
    Qəbizliyin təhlükəli əlamətləri - mütəxəssis açıqladı
  • 11-06-2026, 14:47
    Onların neftinin yarısını alacağıq – Trampdan İranla bağlı sensasion açıqlama
  • 11-06-2026, 13:30
    Ankara və İrəvandan gözlənilməz addım: Bu sərhəd-keçid məntəqələri açılacaq
  • 11-06-2026, 12:13
    Ani və anlıq başgicəllənmənin səbəbləri nələrdir?
  • 11-06-2026, 11:05
    KTMT Ermənistanla bağlı qərar qəbul etdi - Lavrov rəsmən açıqladı
  • 11-06-2026, 10:38
    Türkiyənin bu addımı İsraili ayağa qaldırdı - Təl-Əviv çıxış yolu axtarır
  • 11-06-2026, 09:00
    Səhərlər etdiyimiz bu səhv sağlamlığa təsir edir
  • 10-06-2026, 22:39
    Qarpız yemək üçün 10 səbəb
  • 10-06-2026, 21:00
    Qarında qaz, ağrı, qəbizlik, dəridə səpkilər... - Yüksəlmiş bağırsaq keçiriciliyi sindromunun FƏSADLARI
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə