• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Davamlı şişkinlik günahsız deyil – bu simptomlara diqqət yetirin!
İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ
ABŞ və İsraili buna məcbur edəcəyik - Pezeşkian
Yağış nə vaxt kəsəcək? - Açıqlama
Zəifliyə səbəb olan qidalanma vərdişləri
Putin onları yola salan kimi bu ölkəyə getdi
Türkiyə-İsrail müharibəsi bu ölkədə başlayacaq - Yunanıstan ssenarini açıqladı
Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İftar süfrələrinin belə təşkili və bu şəxslərin iştirakı BÖYÜK GÜNAHDIR

Xəbərlər

24-05-2019, 18:20

İftar süfrələrinin belə təşkili və bu şəxslərin iştirakı BÖYÜK GÜNAHDIR

Müsəlman aləmi Ramazan ayının 20-ci gününü yaşayır. Bu ayın dini və sağlamlıq baxımdan faydaları çoxdur. Oruc tutmaq qədər oruclu şəxsin, imkansızın qarnını doyurmaq da savab əməllər sırasındadır. Lakin son vaxtlar açılan iftar süfrələrində daha çox qohum-tanışın toplanması, masa ətrafında əyləşənlərin əksəriyyətinin oruclu olmaması diqqət çəkir. Hətta bir çoxu imkanlı şəxsin iftar süfrələrini görüntü yaratmaq xatirinə təşkil etdiyini desək, o qədər də yanılmarıq.

Axı iftar süfrəsinin mahiyyəti ehtiyacı olanı, oruclu birini qonaq etməkdir.

Bəs bu cür iftar süfrələri məclisi təşkil edən şəxsə nə qədər savab qazandırır? Əsl iftar süfrəsi necə olmalıdır?

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bu mövzuda Publika.az-ın suallarını cavablandırıb.

Onun sözlərinə görə, Ramazan mərhəmət, bağışlanma ayı olaraq ilahidən yaradılmış qullarına bərəkət, nemətdir:

“Məhəmməd Peyğəmbər (s.ə.v.) buyurur ki, Ramazan ayında bir südlə, bir xurma ilə də olsa iftar verin, cəhənnəm əzabından xilas olun. Çünki Ramazanda cəhənnəmin qapıları bağlı, cənnətin qapıları isə tamamilə açıq olar. Allahdan dilənən hər hansı arzu və istəyin geri qayıtması mümkünsüzdür. Göy üzündən enən mələklər rəbbin yaratdığı qulları seyr edərlər. Təəssüf ki, Ramazan ayının fəzilətlərini, fəlsəfəsini bilməyən çox sayda insan iftar süfrəsi adı altında məclislər keçirir. Əslində bu süfrələri Allahın mərhəməti, rəhmətindən çox narazı qaldığı süfrələrə çevirirlər. Şəxsən özüm bu hallarla qarşılaşmışam. Bir iş adamı iftar süfrəsinə dəvət etmişdi, məlum oldu ki, məclisdə 40-dan çox adam olsa da, yalnız mən orucluyam. Halbuki bu süfrəyə oruclu, imkanı olmayan, həmçinin şəhid ailələrinin dəvət edilməsi daha çox bəyənilən əməldir. Biz nə qədər maarifləndirmə işi aparırıq. Ramazan ayı boyunca mənim müəllifi olduğum cə SPACE telekanalında yayımlanan “İnam” verilişində bu barədə məlumatlar verilir. Lakin hələ də, Ramazanla bağlı məlumatlılıq lazımi səviyyədə deyil. İftar verən şəxsin oruc tutmayan qohum, tanışlarını süfrə başına toplaması Ramazan adətlərinə uyğun deyil. Çünki bu ayda Allah buyurur ki, “Siz mənim qonaqlığıma dəvətlisiniz”. Yəni imsak və iftarda qonaqlığın əsl sahibi Allahdır. Hər hansı məmur bizi evinə dəvət etsə, ən yüksək səviyyədə geyinər, məclisdə davranışlarımıza xüsusi fikir verərik. Aləmləri nizamla idarə edən, hər iki dünyanın mütləq sahibi olan Uca Yaradan bizə vəd verir ki, “masanın başında sizi gözləyən mənəm”. Lakin biz bu süfrəyə necə yanaşırıq? Süfrədə israfçılıq baş alıb gedir, masa ətrafında oturanların bir neçəsi oruclu olur. Belə olan halda Allah bizdən razı qalarmı? Təbii ki, yox”.

C.Əzimbəyli iftar süfrələrinin əslində necə təşkil edilməsindən də bəhs edib:

“Bu ay zəngin insanların fəqirlərlə yardımlaşması üçün bir fürsətdir. Bu ay onlara növbəti Ramazana qədər öz ailələrinin, övladlarının, mal və mülklərinin zəmanəti üçün imkan yaradır. İmkanlı şəxslər yardımlaşma aksiyalarına qoşula bilərlər. Ancaq iftar süfrələrində haqq sahiblərini dəvət etmək imandandır. Məsələn, Heydər Əliyev Fondu nizamlı şəkildə bölgələrdə iftar süfrəsi təşkil edir. Bu məclislərə şəhid ailələri, imkansızlar və oruc tutan şəxslər dəvət olunur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzdində yaradılan Mənəvi dəyərlərin təbliği fondu bölgələrdə bu cür süfrələr açır və ehtiyacı olan, eyni zamanda oruclu insanları dəvət edirlər. “Yeni Ufüq” İctimai Birliyi də hər gün düzənlədiyi iftar süfrələrində şəhid, qazi ailələri ilə bir yerə toplaşır. Hər gün küçələri təmizləyən qadınlara sübh vaxtı içərisində ərzaq olan paketlər verilir. Bu üsullarla vətənimizin, özümüzün bəla və müsibətlərdən qorunması üçün addım atmış olarıq. Ola bilər ki, süfrədə 50 adamdan ikisi oruc tutmasın. Lakin masa ətrafındakı söhbətlər onların dini duyğularının oyanmasına, hətta niyyət edib oruc tutmasına səbəb ola bilər. Lakin təhlükəli məsələ iftar süfrəsindəki şəxslərin əksəriyyətinin oruclu olmamasıdır. Burada həm də qul haqq məsələsi var. Burada birinci məsuliyyət iftara dəvət edənin üzərinə düşür. İkinci məsələ dəvət edilənin üzərinə düşən məsuliyyətdir. Həmin şəxslər dəvət zamanı oruclu olmadığını əsas gətirərək imtina edə bilərlər. Gün ərzində ac, susuz qalan, çətinliyə dözən şəxsin əvəzinə haqqı olmayan şəxsin süfrədə oturması doğru deyil. İnsan özü həmin süfrədə oturmağı nə qədər haqq etdiyini düşünməlidir”.

Oxunub: 777
Paylaş:
Digər xəbərlər

Xəbərlər

7-05-2019, 10:45

İranda iftar məclisləri QADAĞAN OLUNDU

Xəbərlər

7-05-2019, 09:08

Ramazanın 2-ci gününün duası, imsak və iftar vaxtı

Xəbərlər

6-05-2019, 09:35

Ramazan ayının ilk günü – İMSAK VƏ İFTAR VAXTI

Manşet / Gündəm / Xəbərlər

17-05-2018, 07:51

Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı

Manşet / Gündəm / Xəbərlər

17-05-2018, 07:37

Ramazan ayı başlayıb

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Davamlı şişkinlik günahsız deyil – bu simptomlara diqqət yetirin!
İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
Son xəbərlər
  • Bu gün, 09:08
    Davamlı şişkinlik günahsız deyil – bu simptomlara diqqət yetirin!
  • Dünən, 21:54
    İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
  • Dünən, 20:19
    ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
  • Dünən, 19:21
    Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
  • Dünən, 18:08
    Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
  • Dünən, 17:05
    Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
  • Dünən, 16:19
    Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
  • Dünən, 15:00
    Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ
  • Dünən, 14:39
    ABŞ və İsraili buna məcbur edəcəyik - Pezeşkian
  • Dünən, 13:43
    Yağış nə vaxt kəsəcək? - Açıqlama
  • Dünən, 12:49
    Zəifliyə səbəb olan qidalanma vərdişləri
  • Dünən, 11:35
    Putin onları yola salan kimi bu ölkəyə getdi
  • Dünən, 10:14
    Türkiyə-İsrail müharibəsi bu ölkədə başlayacaq - Yunanıstan ssenarini açıqladı
  • Dünən, 09:08
    Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
  • 7-09-2026, 21:41
    Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
  • 7-09-2026, 20:31
    ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
  • 7-09-2026, 19:05
    Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
  • 7-09-2026, 18:32
    Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
  • 7-09-2026, 17:24
    Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
  • 7-09-2026, 16:11
    Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
  • 7-09-2026, 15:49
    Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
  • 7-09-2026, 14:59
    Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
  • 7-09-2026, 13:13
    Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
  • 7-09-2026, 12:17
    Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
  • 7-09-2026, 11:20
    Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
  • 7-09-2026, 10:57
    Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
  • 7-09-2026, 09:06
    Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
  • 7-09-2026, 09:04
    Zoğal (Cornus) haqqında bilmədikləriniz
  • 6-09-2026, 21:26
    Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
  • 6-09-2026, 20:01
    Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə