Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus bildirib ki, hantavirus ştammının geniş yayılmasına dair hələlik ciddi əlamət yoxdur. Bununla belə, o, yaxın həftələrdə yoluxma sayının arta biləcəyini istisna etməyib.
Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, virusun uzun inkubasiya dövrü səbəbindən risk qalır və ölkələr ÜST-ün 42 günlük karantin, eləcə də risk qrupunda olan şəxslərin daimi monitorinqi ilə bağlı tövsiyələrinə əməl etməlidir.
Hantavirus halları “MV Hondius” kruiz gəmisində qeydə alınıb. Argentina limanından yola düşən gəmidə üç nəfər ölüb, doqquz yoluxma təsdiqlənib. Son yoluxma halı İspaniyada aşkarlanıb.
Hantavirus ağciyər və böyrəklərə ciddi zərər vura bilən təhlükəli virusdur. Simptomları qripə bənzədiyi üçün diaqnozu çətin olur. Xəstəliyin spesifik müalicəsi yoxdur.