• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bədəndə zülal çatışmazlığını göstərən 5 əlamət
ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?
Az yuxu yatanlar daha çox infarkt və insult keçirir?
Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
Qaragilənin az bilinən faydaları
Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
Zelenski Azərbaycana təşəkkür etdi
İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

15-Qazaxda gizlin Şumer izləri

Manşet / Araşdırma

21-08-2018, 10:58

15-Qazaxda gizlin Şumer izləri

























Qazaxda gizlin Şumer izləri!
Qədim, ilkin insanların yaşayış məskəni olan, Qazax rayonu, Göyəzən dağı; ətrafındakı Aveydağ (922.5m), Damcılı mağarası və bulağı, Odun dağı (1316m), Babaqar dağı (700.6m), Şomutəpə, Şumerlərdə müqəddəs hesab edilən və Kur Dünya dağının dibindən qaynayan Kür çayı, əvvəllər Qazax rayonu ərazisi olmuş və hal hazırda Akstafa rayonu ərazisinə düşən Qarğalar təpəsi kimi Şumer sivilizasiyanın yadigarıdır. Qarğa; Gilqamış dastanında tufandan sonra torpağa çatmanın müjdəsini verib. Ümumiyyətlə günəşin rəmzi sayılan qarğa; bir çox xalqlarda olduğu kimi, Şumer dövləti ilə qonşu olan Qədim Misirdə də müqəddəs hesab edilib, Tanrı Hor və xatunu Xatxorun qarğa simalı təsvirləri var.
Onlarla birlikdə kompleks təşkil edən Aşağı Göyçəli kəndindəki Tunc Dövrünə aid Töyrətəpə, Ağtəpə, Son Tunc-Antik Dövrlərə aid Maraltəpə. Maraltəpə dedikdə Maralgöl, Marxal göl, Batumidə Maral şəlaləsi yada düşür...
Mr/Mari; Qədim Misir dilində sünii yaradılmış göl deməkdir. Maraqlıdır Maraltəpə, Maralgöl, Marxal göl, Batumidə Maral şəlaləsi adları maral ilə bağlıdır, yoxsa arxaik və göl demək olan mr/mar/mari sözü ilə? Mari; latın dilində dənizə deyilir. Latınların isə Anadoludan İtaliyaya köç etməsi versiyası da var. Trakyada qızlar bir-birini çağıranda mari deyə müracət edir. Qızları mari deyə çağırmaq adəti isə Müqəddəs və bakirə qız olan Mariya ananı yada salır.Çingiz Xanın anası isə Tengis dənizini üzüb keçən Koay Maral, yəni Gözəl Maral xanımın nəslindəndir.
Göllər dörd yaranış ünsüründən biri olub, qadın başlanğıcı sayılır, qadın simvoludur. Hər zaman möcüzəvi və magik qadın qüvvəsinin mövcud olduğu ərazi hesab edilir. Qara dənizi; Pont dənizini yaradan da Terradır yəni qadın başlanğıclıdır. Qazax rayonunda, Avey dağın cənub şərqində, Daş dövrünün yadigarı olan, qədim yaşayış düşərgəsi, məskəni Damcılı mağarası var. Paleolit, yəni daş dövrü: 1,5 milyon il bundan əvvəldən 100000 il əvvələ qədər olan dövrdür.
Mağaralar adətən dağlarda yerləşir. Yüksəklikdə yerləşən, yer səthinə yaxın və yeraltı aləmlə əlaqəli formalarda olur. Torpaq tanrıçası Terra; ilkin xaosdan özü özünü yaratmış və sonra dağları, mağaraları, yer üzündəki bütün canlıları və Qara dənizi yaratmışdır. Fikir versək bizim dilimizdə olan torpaq sözü ilə; torpaq tanrıçası Terranın adı eyni köklüdür. Damcılı mağaradır və mağara isə bildiyimiz kimi qadın simvoludur! Damcılı adı Damkina/Damqalnuna kimi Şumer xatırladır. Damqalnuna/Damkina; Mardukun anası, müdriklik tanrısı Enkinin xanımı, yaradıcı tanrıçadır. Bu gün rus dilində qadın mənasında işlədilən “Dama” sözü də Damkinanın, yəni Şumerlərin yadigarıdır.
Qədim Yunan mifologiyasında mıhsuldarlıq tanrıçası Demetradır. Kelt mifologiyasında isə məhsuldarlıq tanrıçası Anu/Ana/Danu, İrlandlarla isə Danu adlanır. Ana həyat bəxş etdiyi üçün, çox vaxt həm də məhsuldarlıq ilə əlaqələndirilir.
Qədim yaşayış yerləri olan, Yuxarı Göyçəli kəndi yaxınlığında Qoşatəpə, Sarıtəpə, Hasarlıtəpə, II Şomutəpə yaşayış yerləri (Son Tunc-Erkən Dəmir Dövrləri); I Böyük Kəsik, II Poylu yaşayış yerləri və Soyuqbulaq kurqanları, Tovuz rayonu ərazisində Xocaxan və Ağılıdərə qədim yaşayış əraziləri, Alpagutların vətəni olan Alpout kəndi belə tamın, bütövün bir parçasıdır. Kür çayı sahili boyunca yerləşən digər kurqanlar da bu fikri təsdiq edə bilər. Qazax rayonu və onun ərazisindəki tarixi məskənlərin adındakı Şumer izlərinə baxaq:”Qazax; Şumerlər özlərini Sag-Giq adlandırıblar ki, Qazax/KaSak/ KaSag adındakı Qa/Ka/Ki komponenti şumer yer tanrıçası “Ki” ilə, ikinci komponent “Zax/Sax/Saq/Sag” isə; Sag-Giq adındakı “Sag” ilə; Sakların adı ilə eyniləşir. Şumer dilində “kur” dağ, “kir” isə torpaq deməkdir. Qazax; Sagların torpağı! E.ə.XXV-XII əsrlərdə, Mesopatomiyada Kazallu şəhəri də olub. Sag-Giq adındakı “Giq” isə Göyəzən dağının adındakı Göy/Gök ilə uyğun gəlir.
Göyəzən-Göy/Gök/Kuq “Giq” sözü işıq ilə, işıqlı göy/gök ilə, yəni Goksel, Gökhan, Göknur, işıq seli kimi enən Gök/Göksəl/Gök yeləli Qurd sözündəki məna ilə eyniləşir, “kuq” Şumer dilində işıqlı deməkdir.“Es/eş” isə Şumer d. “ev” deməkdir ki, bu gün Qazax r. ləhcəsində “ev-eşik” sözü və həyətə “eşik” demək var. “En” Tanrı Enlilin, En-Merkarın, En- Şakuşanın adında olduğu kimi sahiblik, hakim olmağı bildirən komponentdir. Göyəzən/QikEsEn; İşıqlı ev-eşiyin hakimi, sahibi! Axı yuxarıda demişdik ki, Göyəzən dağının “Zirvəsi nisbətən yastıdır, bayramlarda və düşmən təhlükəsi olanda dağın zirvəsində tonqal qalanarmış”! Maraqlıdır Göyəzənin hakimi kim, hansı Tanrı olub?
Odun dağı; günəşin xüsusiyyətini bildirən, dilimizdəki “Od” sözünü xatırladan Ud/Utu şumerlərdə günəş tanrısıdır, “udun” isə yanarkən günəşin istilik vermək xüsusiyyətinə malik olur və Şumer d. mənası bildiyimiz “odun”dur. Maraqlısı isə odur ki, Yakut d. “odun” ali, daha uca deməkdir.
Babaqar dağı; Baba Şumerlərdə ana tanrıçadır. Anunun qızıdır, “kur” isə bildiyimiz kimi Şumer d. dağ deməkdir. Şomutəpə; Babildə günəş tanrısı Şamaş adlanırdı. Dilimizdə Şamaş sözündən yaranmış; günəş və ya işıq düşərkən qamaşmaq sözü də var. Məsələn “gözüm qamaşdı” kimi. Həm də ŞOMutəpə; bu günkü və e.ə. Anadolu ilə həmsərhəd olan Mesopatomiyanın doğusunda, Günəş/Şamaş doğanında yerləşirdi. Şomu sözünün ağac və işıqlandırma vasitəsi olan “şam” sözü, günəşi çağıran adam Şaman sözü ilə də paralelliyi var.
Şam ağacı; qədim türklərdə Dünya Ağacının simvoludur. Bunun bir neçə səbəbi vardır. Şam ağacı həmişə yaşıl və uzunömürlü olduğuna görə ölməzliyin rəmzi idi. Şam ağacı qətranını gecələri yandırıb işıqlandırıcı vasitə kimi istifadə ediblər. İşığına və istiliyinə görə yerdə Günəşin, Şamaşın simvolu hesab edilən qətran; dədələrimiz tərəfindən elə Şam adlandırılıb. Şumer tanrılarıın əlində qalaktikanın spiralvari formada hərəkəti trayektoriyasını xatırladan Şam qozası təsvir edilib. Türk xalqlarının inanclarına görə insanlar; “Ağ Şam/Ağca Şam/Akçaçam” ağacından törəyiblər. “Koroğlu” dastanında bizim Çənlibel dediyimiz ərazi, dastanın Anadolu versiyasında Çamlıbel, yəni Şamlıbel adlanır (Qazaxda və qonşu Gədəbəy ərazisində Koroğlu ilə əlaqəli qala və müxtəlif tarixi yerlər var).
F. Rüstəmova

Oxunub: 2 103
Paylaş:
Digər xəbərlər

Manşet / Araşdırma

7-08-2018, 09:59

Dünya dağı - kainatın modeli

Manşet / Araşdırma

4-07-2018, 09:46

Zikkurat - Uca, yüksək, Dünya Dağı

Manşet / Əfsanələr və miflər

30-06-2018, 09:54

Qarğa

Manşet / Gündəm / Araşdırma

14-03-2018, 19:31

Tanrıça Baba.

Manşet / Gündəm / Araşdırma

14-03-2018, 19:29

Şumer və digər türk mənşəli xalqlarda YARADAN necə adlanıb?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bədəndə zülal çatışmazlığını göstərən 5 əlamət
ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?
Az yuxu yatanlar daha çox infarkt və insult keçirir?
Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
Son xəbərlər
  • Bu gün, 12:57
    Bədəndə zülal çatışmazlığını göstərən 5 əlamət
  • Bu gün, 10:42
    ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?
  • Bu gün, 09:06
    Az yuxu yatanlar daha çox infarkt və insult keçirir?
  • Dünən, 21:10
    Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
  • Dünən, 20:25
    “Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
  • Dünən, 19:32
    Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
  • Dünən, 18:46
    Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
  • Dünən, 17:26
    8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
  • Dünən, 16:10
    İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
  • Dünən, 15:37
    Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
  • Dünən, 14:44
    Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
  • Dünən, 13:19
    Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
  • Dünən, 12:21
    Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
  • Dünən, 11:33
    ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
  • Dünən, 10:22
    Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
  • Dünən, 09:00
    Qaragilənin az bilinən faydaları
  • 6-08-2026, 22:22
    Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
  • 6-08-2026, 21:34
    Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
  • 6-08-2026, 20:57
    Zelenski Azərbaycana təşəkkür etdi
  • 6-08-2026, 19:35
    İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
  • 6-08-2026, 18:17
    Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
  • 6-08-2026, 17:10
    Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
  • 6-08-2026, 16:03
    Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
  • 6-08-2026, 15:44
    Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
  • 6-08-2026, 14:26
    NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
  • 6-08-2026, 13:48
    Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
  • 6-08-2026, 12:33
    Sümükləri möhkəmləndirən qidalar
  • 6-08-2026, 11:39
    Bakıda yağış yağacaq - Bu tarixdə
  • 6-08-2026, 10:41
    Şimali Koreya Rusiyaya 120 ballistik raket yerləşdirib - Ukraynanı vuracaq
  • 6-08-2026, 09:08
    Bu 3 içki bədəndə suyu daha uzun saxlayır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə