ABŞ tərəfindən Tehrana yeni təklif göndərildiyi haqda iddialar səsləndirilir. İran isə hələlik ABŞ-ın son təklifinə rəsmi cavab verməyib. Belə ki, bu təklifdə bəzi qəbuledilməz şərtlərin yer aldığı bildirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın Tasnim agentliyi mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, bir səhifəlik razılaşmada əsasən ABŞ prezidenti Donald Trampın sərgilədiyi düşmən mövqedən geri çəkilməsi əsaslandırılıb.
Lakin rəsmi Tehran hələlik bu təklifə heç bir cavab verməyib.