F-35 proqramından çıxarılan Türkiyəyə Rusiyanın silah ixracı şirkəti "Rosoboronexport"dan SU-35 ipli təyyarənin satışı ilə bağlı təklif gəlib.
Teleqraf.com xəbər verir ki, Türkiyə Müdafə Sənayesi Nazirliyi başda Hava Qüvvələri Komandanlığı olmaqla ehtiyacı olan qurumların SU-35 qırıcısının alışı ilə bağlı razılaşsa, ruslarla rəsmi görüşün başlanacağını açıqlayıb.
Xatırladaq ki, Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemini satın aldığı üçün F-35 proqramından çıxarılıb. Türkiyə ABŞ-ın təhdidləri qarşısında alternativləri gündəmdə saxlayır.