• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Niyə arıqlaya bilmirik? – 4 açar səbəb
Sol tərəf üstə yatmağın faydaları
İran və ABŞ arasında 14 maddəlik razılaşma mətni açıqlandı
1 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir
İsti havalarda nə qədər su içməliyik?
Müharibədə geridönüş: Ukrayna Rusiyaya qalib gəlir
Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
Sintioqrafiya: Nədir, necə aparılır və hansı xəstəliklərdə istifadə olunur?
Türkiyə iki ölkəni hədələdi: Cavabı sərt olacaq!
Bakı merini özümüz seçəcəyik? – Vacib qərar verildi, detallar bilindi
Ağcaqanad dişləməsindən sonra bu əlamətlərə diqqət edin
“Bakıda həbsdə olan ermənilər…” – Paşinyandan yeni açıqlama
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Allergiya yaradan mövsüm meyvələri açıqlandı
Bu bitki baş ağrısını yox edir, sinirləri sakitləşdirir
Baş ağrısı nə zaman xərçəngə işarə edir?
İstanbul Bəyannaməsi Ermənistanı qorxutdu: Cənubi Qafqazda cəmi iki dövlət var?
Orta Şərqdə yeni güc oyunu: Türkiyə-İsrail rəqabəti və müharibə təhlükəsi
Cavanlıq iksiri tapıldı - Alimlərdən yeni kəşf
Pentaqon Kubanı hədələdi: Buna cəhd etməyin, ağılsızlıq olar
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Minsk qrupunun diplomatik xəcaləti - Həmsədrlər tarixə belə düşdü

Xəbərlər

11-05-2026, 13:44

Minsk qrupunun diplomatik xəcaləti - Həmsədrlər tarixə belə düşdü


Prezidenti İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə səsləndirdiyi fikirlər İkinci Qarabağ müharibəsində Azərbaycana qarşı təzyiqləri, ATƏT-in keçmiş Minsk qrupunun fəaliyyətini, daha dəqiq desək, fəaliyyətsizliyini yenidən gündəmə gətirdi. Dövlət başçısı bildirdi ki, İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlər olsa da, onların heç biri nəticə vermədi.

“Halbuki bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi. Birincisi, o vaxt ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər, o ölkələr. Hərəsi öz səbəbinə görə bizi dayandırmaq istəyirdi. 44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil - onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün, biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər”, - Prezident vurğulayıb.

Torpaqlarımız işğalda olduğu dövrdə münaqişənin həllindən məsuliyyət daşıyan dövlətlər – Minsk qrupunun həmsədr ölkələri, eləcə də BMT Təhlükəsizlik Şurasının üzvləri işğala əsaslanan status-kvonu qoruyub saxlamaq istiqamətində çalışırdı.

BMT 4 məlum 822-ci, 853-cü, 874-cü, 884-cü qətnamələri icra edilmirdi. Bu, iki səbəbdən qaynaqlanırdı.

Birincisi, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin selektiv yanaşmaları və siyasi maraqları idi: bu ölkələr lazım olan qərarların icrasını dərhal həyata keçirir, maraqlarına uyğun olmayanları kağız üzərində saxlayır.

İkincisi, Təhlükəsizlik Şurasının üzv dövlətlərinin – ABŞ, Rusiya və Fransanın Ermənistanın maraqlarını müdafiə etməsi idi.

Minsk qrupunun həmsədri olan hər üç ölkə məsələyə Ermənistanın maraqları kontekstindən yanaşırdı: ABŞ-da erməni diasporu/lobbisi Vaşinqtonun siyasətini yönləndirir, Fransa Ermənistanı “bacısı” olaraq görür, Rusiya isə forpostu olan işğalçı ölkəni tarix boyu olduğu kimi yenə qoruyurdu. Hər üç ölkənin təmsil olunduğu Minsk qrupunun da əsas fəaliyyəti Azərbaycan torpaqlarının işğalını legitimləşdirməkdən ibarət olub. Həmsədrlərin regiona turist kimi səfərləri də buna xidmət edirdi.

44 günlük Vətən müharibəsindən sonra – 2021-ci ildə Minsk qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqlandın etirafları bu institutun gerçək “missiyası”nın nədən ibarət olduğunu çılpaqlığı ilə ifşa etdi. Hoqland etiraf edirdi ki, həmsədrlərin səfərləri “istirahət” etmək məqsədi daşıyırdı.

“Biz beşulduzlu hotellərdə, ayrıca yemək otağı və içərisi dolu barı olan və heç bir əlavə xərc tələb etməyən lüks nömrələrdə qalırdıq. Biz olduğumuz şəhərlərdə ən yaxşı restoranlarda yeyirdik. Yaxşı yaşayırdıq və arabir ATƏT bayrağını qaldıraraq Bakı və İrəvanın yadına Minsk qrupunun mövcud olduğunu salırdıq. Amma lap açıq danışsam, çox-çox az iş görülürdü”, - o bildirirdi.

ABŞ, Fransa və Rusiyanın həmsədr postuna çox vaxt ölkələrində onuncu dərəcəli, nüfuzu olmayan, bir çox hallarda məsələnin mahiyyətini bilməyən diplomatları təyin etməsi də münaqişəyə ciddi yanaşmamasından irəli gəlir. Hoqland deyirdi ki, 30 il Dövlət Departamentində işlədikdən sonra təqaüdə çıxırmış, lakin onun Minsk qrupunda müvəqqəti həmsədr vəzifəsini icra etməsini istəyiblər. Ermənistanda, yaxud Azərbaycanda heç vaxt işləməməsinə, bölgəni, münaqişənin tarixini bilməməsinə baxmayaraq, o, 2017-ci ilin yanvarından sentyabr ayına qədər bu vəzifəsini icra edib.

“Doğrusu, müvəqqəti həmsədr olmağı təklif edəndə əvvəlcə bir az tərəddüd etdim, Dövlət Departamentində belə bir vəzifə karyera yüksəlişi kimi qəbul edilmirdi. Açığı, bu vəzifəni tam hüquqlu səfir təyin olunmağı gözləyən diplomat, yaxud təqaüdə çıxana qədər işləməsi lazım olan biri tuturdu”, - Hoqland etiraf edirdi.

Bu etiraflar, ümumiyyətlə həmsədrlərin səfərlərinin detalları gerçəkləri ortaya çıxarıb.

- Minsk qrupunun həmsədrləri 30 il ərzində bölgəyə yalnız turist səfərləri edib və yeyib-içmək, beşulduzlu hotellərdə qalmaqla məşğul olub;
- Həmsədrlər yalnız “mövcud olduqlarını” göstərmək üçün bəzən nəsə edirmiş, qalan vaxtı məqsədləri “yaxşı yaşamaq” olub;
- Həmsədr ölkələr münaqişənin həllinə ciddi yanaşmayıblar, buna görə də həmsədrlik institutuna təqaüdə çıxmağa, yaxud səfir göndərilməyə hazırlaşan şəxslərin müvəqqəti postu kimi baxıblar;
- Həmsədrlər nə münaqişə tərəflərini, nə münaqişənin tarixini, nə də bölgəni tanıyıblar;

ATƏT sədrinin xüsusi nümayəndəsi Anji Kasprşik isə Qarabağ münaqişəsini yaxşı maaş aldığı “daimi iş yeri” kimi görürdü. Kasprşik Bakı, Tbilisi, Xankəndi və İrəvanda kirayələdiyi bahalı villalarda kef məclisləri ilə məşhurlaşmışdı.

Həmsədrlərin fəaliyyətsizliyi münaqişənin həll edilməməsi məqsədi daşıyırdı. Onlar iddia edirdilər ki, münaqişənin hərbi həll yolu yoxdur və Azərbaycan reallıqla barışmalıdır. “Şimali Qarabağ” termininin ortaya atılması da buna hesablanmışdı. Bunun fonunda həmsədrlər işğalçı Ermənistanın Azərbaycan torpaqlarına qanunsuz məskunlaşdırma siyasətini, mədəni irsimizin dağıdılmasını, Qarabağdan “boz zona” kimi istifadə edilməsini görməzdən gəlirdilər.

Bütün bunlar münaqişənin hərbi yolla həllini şərtləndirirdi. Hətta Hoqland da etiraf edirdi ki, Qarabağ məsələsini yalnız müharibə ilə həll etmək olardı.

“Həmsədr həmkarlarımla İrəvana və Bakıya çoxsaylı səfərlərim zamanı heç vaxt açıq dilə gətirmədiyim bir qənaətə gəldim. Dağlıq Qarabağ problemini yalnız müharibə ilə həll etmək olardı”, - amerikalı keçmiş həmsədr deyirdi.

Azərbaycan məhz bunu etdi və illərdir yerinə yetirilməyən BMT qətnamələrini icra etdi. Müharibədən sonra işsiz qalan həmsədrlər Xankəndidə qalan separatçıların qalıqlarına dəstək verməklə münaqişəni saxlamaq, bununla “qazanc mənbəyini” qorumaq istəyirdilər. Lakin Prezident İlham Əliyev həmsədrləri qəbul etməməklə onların “missiyası”nın bitdiyini elan etdi. Ardınca Qarabağda suverenliyimiz bərpa edildi və Minsk qrupunun mövcudluğuna de-fakto son qoyuldu. Hərçənd, həmsədr ölkələr, xüsusilə Fransa Minsk qrupunu de-yure saxlamaqla bölgədəki maraqlarını təmin etməyə çalışırdı. Prezident İlham Əliyev bu məkrli oyuna da son qoydu. Azərbaycan lideri Ermənistanla sülh danışıqlarında Minsk qrupunun de-yure ləğv edilməsi tələbini israrla irəli sürdü. Ötən il Vaşinqtonda baş tutan tarixi görüşdə Azərbaycan və Ermənistan Minsk qrupunun ləğv edilməsi ilə bağlı ATƏT sədrinə birgə müraciət etdilər.

2025-ci ilin 1 dekabr tarixində ATƏT Minsk qrupu və onunla əlaqəli strukturların bağlanması qərarını qəbul etdi. Bunun məhz 1 dekabrda baş verməsi də tarixi məqam idi. Çünki Ermənistan SSR Ali Sovetinin “Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi haqqında” qərarı 1 dekabr 1989-cu il tarixində qəbul edilmişdi. Ardınca Qarabağ və ətraf rayonlar işğal edildi, münaqişənin həlli məqsədilə yaradılan Minsk qrupu isə Azərbaycan torpaqlarında işğala əsaslanan status-kvonu saxlamaq missiyasını həyata keçirirdi. Minsk qrupunun bu tarixdə de-yure ləğv edilməsi Qarabağ məsələsinin beynəlxalq müstəvidə tamamilə bağlanması və gələcək təxribat imkanlarının da sıradan çıxması idi. Bu, Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasətinin tarixi nəticələrindən biridir.

Azərbaycanın qazandığı Zəfər Minsk qrupunu tarixin zibilliyinə atdı. Bu qrup – Qarabağ münaqişəsində həmsədrlik institutu öz yarıtmaz fəaliyyəti ilə tarixdə diplomatik xəcalət olaraq qalacaq.

Oxunub: 65
Paylaş:
Digər xəbərlər

Xəbərlər

10-05-2026, 14:55

Üç nüvə dövləti Azərbaycandan nə tələb edib? – Zəngilanda açıqlanan tarixi faktlar

Xəbərlər

29-08-2025, 17:15

ATƏT-in Minsk Qrupu bu vaxt qədər ləğv ediləcək

Xəbərlər

24-04-2025, 10:18

Qarabağ münaqişəsini canlandırmaq cəhdləri – Son “qala” yıxılmalıdır

Xəbərlər

14-05-2024, 18:50

Əliyev o məsələni də bitirdi - Moskva və Vaşinqton razılaşdı

Xəbərlər

17-02-2021, 00:47

Minsk qrupundan SON DƏQİQƏ Qarabağ AÇIQLAMASI: BU GÜN...

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Niyə arıqlaya bilmirik? – 4 açar səbəb
Sol tərəf üstə yatmağın faydaları
İran və ABŞ arasında 14 maddəlik razılaşma mətni açıqlandı
1 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir
İsti havalarda nə qədər su içməliyik?
Müharibədə geridönüş: Ukrayna Rusiyaya qalib gəlir
Son xəbərlər
  • Dünən, 22:14
    Niyə arıqlaya bilmirik? – 4 açar səbəb
  • Dünən, 21:43
    Sol tərəf üstə yatmağın faydaları
  • Dünən, 20:18
    İran və ABŞ arasında 14 maddəlik razılaşma mətni açıqlandı
  • Dünən, 19:47
    1 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir
  • Dünən, 18:29
    İsti havalarda nə qədər su içməliyik?
  • Dünən, 17:47
    Müharibədə geridönüş: Ukrayna Rusiyaya qalib gəlir
  • Dünən, 16:36
    Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
  • Dünən, 15:09
    Sintioqrafiya: Nədir, necə aparılır və hansı xəstəliklərdə istifadə olunur?
  • Dünən, 14:59
    Türkiyə iki ölkəni hədələdi: Cavabı sərt olacaq!
  • Dünən, 13:22
    Bakı merini özümüz seçəcəyik? – Vacib qərar verildi, detallar bilindi
  • Dünən, 12:11
    Ağcaqanad dişləməsindən sonra bu əlamətlərə diqqət edin
  • Dünən, 11:26
    “Bakıda həbsdə olan ermənilər…” – Paşinyandan yeni açıqlama
  • Dünən, 10:05
    Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
  • Dünən, 09:13
    Allergiya yaradan mövsüm meyvələri açıqlandı
  • 11-06-2026, 22:55
    Bu bitki baş ağrısını yox edir, sinirləri sakitləşdirir
  • 11-06-2026, 21:23
    Baş ağrısı nə zaman xərçəngə işarə edir?
  • 11-06-2026, 20:12
    İstanbul Bəyannaməsi Ermənistanı qorxutdu: Cənubi Qafqazda cəmi iki dövlət var?
  • 11-06-2026, 19:41
    Orta Şərqdə yeni güc oyunu: Türkiyə-İsrail rəqabəti və müharibə təhlükəsi
  • 11-06-2026, 18:11
    Cavanlıq iksiri tapıldı - Alimlərdən yeni kəşf
  • 11-06-2026, 17:29
    Pentaqon Kubanı hədələdi: Buna cəhd etməyin, ağılsızlıq olar
  • 11-06-2026, 16:14
    Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
  • 11-06-2026, 15:43
    Qəbizliyin təhlükəli əlamətləri - mütəxəssis açıqladı
  • 11-06-2026, 14:47
    Onların neftinin yarısını alacağıq – Trampdan İranla bağlı sensasion açıqlama
  • 11-06-2026, 13:30
    Ankara və İrəvandan gözlənilməz addım: Bu sərhəd-keçid məntəqələri açılacaq
  • 11-06-2026, 12:13
    Ani və anlıq başgicəllənmənin səbəbləri nələrdir?
  • 11-06-2026, 11:05
    KTMT Ermənistanla bağlı qərar qəbul etdi - Lavrov rəsmən açıqladı
  • 11-06-2026, 10:38
    Türkiyənin bu addımı İsraili ayağa qaldırdı - Təl-Əviv çıxış yolu axtarır
  • 11-06-2026, 09:00
    Səhərlər etdiyimiz bu səhv sağlamlığa təsir edir
  • 10-06-2026, 22:39
    Qarpız yemək üçün 10 səbəb
  • 10-06-2026, 21:00
    Qarında qaz, ağrı, qəbizlik, dəridə səpkilər... - Yüksəlmiş bağırsaq keçiriciliyi sindromunun FƏSADLARI
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə