• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Yeni virus yayıldı: Azərbaycanda karantin rejimi sərtləşdiriləcək?
Xərçənglə mübarizə aparan əsas qida
Ermənistanın Aİ-yə qoşulması məqsədəuyğundur? - İrəvanın önündə sədlər çəkilir
Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?
Həkimlərə çox verilən - amma az danışılan suallar
Azərbaycanda hərbi xidmətin müddəti azaldılır? - General
Benzindən sonra elektrik enerjisi böhranı yarandı - Krımda nə baş verir?
Qaraciyərinizin bərpa olunduğunu göstərən 4 əlamət
Kefir, yoxsa qatıq: bağırsaq üçün hansı daha sağlamdır?
Ayağı ağrıyanlar ürəyini yoxlatsın – Kardioloq
İrandan körfəz ölkələrinə müəmmalı təklif – Tehran nə istəyir?
Paşinyan açıqladı: Hökuməti onlar idarə edəcək…
Dabanlarınız çatlayırsa – Bu 2 xəstəlikdən yoxlanın
Mənə soyuq dəyib - Tibdə bu diaqnoz varmı?
İsrail və Livan razılaşmaya yaxındır – Rubio
Qiyamət savaşı: 500 milyard dollarlıq həmlə – “Qızıl Günbəz” hansı ölkəni sarsıdacaq?
Göz hərəkətlərinə nəzarət itiriləndə nə baş verir? - Oftalmoloqdan XƏBƏRDARLIQ
Sakit Okeanda genişmiqyaslı dəniz təlimləri başladı
Xankəndidə bu sözü deməsəydim, indi Ermənistan yox idi - Paşinyan
Diabet riski yüksək olan qan qrupu açıqlandı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Üç nüvə dövləti Azərbaycandan nə tələb edib? – Zəngilanda açıqlanan tarixi faktlar

Xəbərlər

10-05-2026, 14:55

Üç nüvə dövləti Azərbaycandan nə tələb edib? – Zəngilanda açıqlanan tarixi faktlar


Prezident İlham Əliyevin mayın 10-da Zəngilan şəhərində sakinlərlə görüşdə etdiyi çıxış yalnız daxili auditoriya tərəfindən maraqla izlənmir, yaxın-uzaq ölkələrdə də ciddi şəkildə baxılır və təhlil edilir. Çünki Prezident təkcə daxili məsələlərə toxunmayıb, o, geosiyasi layları tərpədən çıxış edib.

Çıxışın əsas tezislərinə toxunaq.

İlham Əliyev öncə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında misilsiz rolu, onun böyük maneələri ustalıqla dəf edərək uzaqgörənliklə ölkəni stabil inkişaf yoluna çıxarması barədə danışıb.

Heydər Əliyevin hakimiyyətə qayıdışı müstəqillik dövründə baş vermiş ən nəhəng siyasi hadisədir. Azərbaycanı bölgələrə (federasiyalara) ayırıb, unitar dövlət quruluşunu məhv etmək planı vardı. Qərb bölgəsində – Gəncə şəhərində Surət Hüseynovun əli ilə hərbi qiyam, Cənub bölgəsində Ələkrəm Hümbətovun “liderliyində” qondarma respublika (TMR), şimalda “Sadval” vasitəsilə parçalanma ssenarisi hazırlanmışdı. Gəncə qiyamından sonra cənub və şimalda eyni hadisələr yaşanacaqdı. Lənkəran şəhərində buna cəhd edildi. Amma uğursuzluğa düçar oldu. Qarabağ da erməni işğalı ilə Azərbaycandan qoparılmışdı zatən. Yerdə nə qalırdı – heç nə. Naxçıvanın blokada şəraitində olması da o vaxt ölkənin acınacaqlı vəziyyətə düşdüyünü tam mənası ilə ortaya qoyurdu.

O proseslər gözlərim önündə olub. 21 yaşlı gənc olaraq siyasi hadisələrin mərkəzində iştirak edirdim. AXC və Müsavat rəhbərlərinin qəbul etdikləri qərarları, danışıqları, söhbətləri yaxından izləmək imkanlarım olurdu. Həm Müsavat Partiyasının informasiya mərkəzində çalışırdım, həm də qəzetdə işləyirdim. İnformasiya axınının ortasında idim. Hər iki partiyanın rəhbərliyindəki şəxslərlə, AXC hakimiyyətinin deputatları ilə birbaşa təmaslarım vardı. Hakimiyyətin necə bir panik vəziyyətə düşdüyünü, çıxılmaz durumda olduğunu yaxşı bilirdim, görürdüm. Təhlükənin dəhşətli bir reallıq kimi ölkənin başı üzərində olduğu da açıq görünürdü. AXC hakimiyyəti ya Azərbaycanı yuxarıda bəhs etdiyim qorxunc ssenariyə təslim etməli idi, ya da vəziyyətdən çıxmaq üçün Heydər Əliyevi Bakıya çağırmalıydı. İkinci yol seçildi.

1997-ci ilin may ayında Kələkidə mərhum Əbülfəz Elçibəydən müsahibə götürəndən sonra ikilikdə söhbət etdik. Heydər Əliyevi Bakıya dəvət etməsi mövzusuna toxundu. Dedi, buna görə onu tənqid edənlər də var ki, öz gücü satmadı, Əliyevi çağırdı. Əbülfəz Elçibəy bildirdi ki, Azərbaycanı parçalamaq istəyən qüvvələrin qarşısında Heydər Əliyevin dayana biləcəyinə əmin olduğu üçün onu Bakıya çağırıb. “Mən Heydər Əliyevi yaxşı tanıyıram, bilirdim ki, o, ölkəni xilas edəcək”. Elçibəy bir etirafda da bulundu. Dedi ki, xalq Heydər Əliyevi tələb edirdi, onun hakimiyyətə gəlməsini istəyirdi. “Onu Əbülfəz gətirmədi hakimiyyətə, xalq gətirdi” – bu cümləsi indiyə kimi xatirimdədir.

Mütəllimovun itaətkarlığı, Elçibəyin təcrübəsizliyi…

Prezident Əliyev Zəngilanda çıxışında AXC-Müsavat hakimiyyətinin ölkəmizi fəlakətə sürükləməsindən də danışıb. Şuşa, Laçın, Kəlbəcərin erməni işğalına məruz qalmasını bildirib. İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, Şuşa, Laçın, Kəlbəcər kimi strateji yerlərin işğalı bağışlanmazdır. Xüsusilə də Şuşa və Kəlbəcər kimi təbii istehkam olan, alınmaz qala kimi tanınan ərazilərin düşmənin əlinə keçməsi dəhşətli faktdır. Həmin dövrdə hökm sürən daxili çəkişmələr, özbaşınalıq, anarxiya sonda işğal coğrafiyasının böyüməsinə gətirib çıxardı. Mütəllimov hakimiyyətinin xəyanətkar, itaətkar davranışı, Elçibəy hakimiyyətinin təcrübəsiz siyasəti ölkəni çıxılmaz durumlara saldı. Ölkə vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı.

1993-2023-cü illər – müqəddəs missiya

Heydər Əliyev 1993-cü ildə işğala məruz qalmış, daxili çəkişmələrdən bitkin düşmüş, aclıq, səfalətin hökm sürdüyü Azərbaycana rəhbərlik etməyə başladı. 10 il hakimiyyətdə olduğu dövrdə torpaqların işğaldan azad edilməsi üçün böyük siyasi-diplomatik fəaliyyət göstərdi. 30 il sonra – 2023-cü ildə İlham Əliyev ölkəni işğaldan qurtardı, suverenliyi bərpa etdi. Bu 30 ildə xalq bu iki liderə – ata və oğul Əliyevlərə inandı, dəstəklədi. 1993, 94 və 95-ci illərdə xarici havadarlarının dəstəyi ilə dövlətə qarşı çıxan hərbi-siyasi dəstələrin neytrallaşdırılmasında Azərbaycan xalqı Heydər Əliyevi tək qoymadı. Onun bir çağırışı ilə meydanlara axışdı. 2020-ci ildə Vətən müharibəsi zamanı da bu xalq yenidən meydanlarda idi. Öz liderini, Ali Baş Komandanını dəstəklədi, torpaqların işğaldan azad edilməsi üçün son damla qanına kimi vuruşmağa hazır olduğunu bildirdi. Prezident Zəngilanda çıxışında buna ayrıca toxunub. Bildirib ki, xalqın dəstəyi ilə qələbə qazanıldı.

Nüvə dövlətləri ilə diplomatik müharibə…

Prezident ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyətinə də toxunub. Müharibə zamanı Minsk qrupuna üzv ölkələrin hərəsinin öz marağına görə Azərbaycanı dayandırmaq istəməsini, ölkəmizə təzyiqlər göstərilməsini bir daha söyləyib. Sitat:

“44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil – onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər”.

İlham Əliyev sahədə erməni işğalçıları və dövləti ilə müharibə aparırdı, arxa planda isə böyük dövlətlərin amansız təzyiqinə sinə gərirdi.

Sitat: “Bunların qabağında güclü iradə göstərmək, bunların qabağında demək ki, biz öldü var, döndü yoxdur, yolumuzdan dönməyəcəyik, əlbəttə ki, böyük iradə tələb edirdi. Yenə də 1993-cü ildəki kimi, xalqın dəstəyi lazım idi. O dəstək var idi və bütün xalqımız bir yumruq kimi birləşmişdi. O, mənə güc verirdi. İşin sonuna qədər – Şuşanın azad olunmasına qədər biz dayanmaq fikrində deyildik”.

Verilən vəd yerinə yetirildi

Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən xalqa verdiyi sözləri gerçəkləşdirib. Onun xalq qarşısında ən böyük vədi işğaldakı torpaqların azad edilməsi ilə bağlı olub. İlham Əliyev hər çıxışında deyirdi ki, mütləq tarixi torpaqlarımıza qayıdacağıq, orada vətəndaşlarımıza layiqli həyat şəraiti yaradacağıq. Bu gün Zəngilan da daxil olmaqla işğaldan azad olunmuş ərazilərdə görülən böyük işlərin, Böyük Qayıdış proqramının uğurla reallaşdırılmasının bunun bariz nümunəsi olduğunu hər kəs görür.

İlham Əliyev müharibəni bitirdi, ölkəsini qələbəyə qovuşdurdu. İndi ekosidə məruz qalmış, dağıdılmış, yandırılmış, viran qoyulmuş torpaqları ev-ev, kənd-kənd, şəhər-şəhər tikir, qurur, abadlaşdırır. Erməni işğalçılarının dağıtdığı tarixi və dini abidələrimiz artıq tam bərpa edilib, yeni məscidlər tikilir Qarabağda və işğaldan azad edilmiş torpaqlarda. İlham Əliyev dəfələrlə bildirib ki, beynəlxalq hüquq işləmir, dünyada ədalət qalmayıb. O, xalqına qarşı ədalətsizliyi özü aradan qaldırdı, haqsızlığa son qoydu.

Əliyevdən onlara sərt xəbərdarlıq

İlham Əliyev sülh prosesini pozmağa çalışanlara xəbərdarlıq etdi. Dedi ki, Ermənistan da, onun havadarları da bilməlidirlər ki, istənilən təxribata çox sərt cavab veriləcək və bundan erməni xalqı əziyyət çəkəcək.

O bildirib ki, avropalı populistlər özlərini elə göstərirlər ki, guya Ermənistanı Azərbaycandan qoruyurlar. Azərbaycandan heç bir təhlükə yoxdur, Azərbaycan istədiyinə nail olub.

Ermənistanda seçkiqabağı ortaya çıxan köhnə-yeni aktorlar Azərbaycanı müharibə ilə hədələyirlər. Prezidentin də dediyi kimi, belə güclü idilərsə, nədən məğlubiyyətə uğradılar? İlham Əliyevin Zəngilandakı çıxışı, mesajları həm də bu istiqamətdən dəyərləndirilməlidir. Ölkə başçısının xəbərdarlığı bu qüvvələrə, onların havadarlarına ünvanlanıb.

Yeni dünya düzəninin memarlarından biri…

İlham Əliyev ölkəsini abadlaşdırır, onun paralelində Cənubi Qafqazı tam təhlükəsiz məkana çevirir, Ermənistanla sülh şəraitini təmin edir, Çindən Avropaya qədər yeni dəhlizlər, kommunikasiyalar inşa edir, Azərbaycan xalqının, eyni zamanda başqa xalqların xoşbəxt gələcəyi üçün böyük layihələrə imza atır, özlərini sülhün təminatçısı, inkişafın memarı kimi təqdim edən bəzi ölkələr isə bu parlaq prosesi pozmaq üçün var gücləri çalışırlar. Amma sonda biz deyən olacaq! Azərbaycan udacaq! Bundan bölgə xalqları və dünyanın tərəqqipərvər insanları qazanacaq! Necə ki, biz deyən oldu! Necə ki, Zəfər qazandıq!

İlham Əliyev müasir dünyanın sülh və əmin-amanlıq təminatçısıdır. Tanrı köməyi olsun. Amin.

Oxunub: 72
Paylaş:
Digər xəbərlər

Bioqrafiya

12-12-2021, 09:00

Heydər Əliyev

Xəbərlər

10-06-2019, 15:30

"Azərbaycan bu gün də Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt üzrə inkişaf edir"

Manşet / Gündəm / Xəbərlər

29-05-2018, 08:00

İlham Əliyev AXC-nin 100 illiyində

Manşet / Gündəm / Xəbərlər

10-05-2018, 08:42

Prezident Heydər Əliyevin məzarını ziyarət edib

Manşet / Gündəm / Xəbərlər

21-04-2018, 09:53

İlham Əliyev Artur Rasi-zadəyə təşəkkür etdi

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Yeni virus yayıldı: Azərbaycanda karantin rejimi sərtləşdiriləcək?
Xərçənglə mübarizə aparan əsas qida
Ermənistanın Aİ-yə qoşulması məqsədəuyğundur? - İrəvanın önündə sədlər çəkilir
Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?
Həkimlərə çox verilən - amma az danışılan suallar
Azərbaycanda hərbi xidmətin müddəti azaldılır? - General
Son xəbərlər
  • Bu gün, 16:33
    Yeni virus yayıldı: Azərbaycanda karantin rejimi sərtləşdiriləcək?
  • Bu gün, 15:10
    Xərçənglə mübarizə aparan əsas qida
  • Bu gün, 14:05
    Ermənistanın Aİ-yə qoşulması məqsədəuyğundur? - İrəvanın önündə sədlər çəkilir
  • Bu gün, 13:14
    Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?
  • Bu gün, 12:07
    Həkimlərə çox verilən - amma az danışılan suallar
  • Bu gün, 11:21
    Azərbaycanda hərbi xidmətin müddəti azaldılır? - General
  • Bu gün, 10:42
    Benzindən sonra elektrik enerjisi böhranı yarandı - Krımda nə baş verir?
  • Bu gün, 09:02
    Qaraciyərinizin bərpa olunduğunu göstərən 4 əlamət
  • Dünən, 22:23
    Kefir, yoxsa qatıq: bağırsaq üçün hansı daha sağlamdır?
  • Dünən, 21:13
    Ayağı ağrıyanlar ürəyini yoxlatsın – Kardioloq
  • Dünən, 20:02
    İrandan körfəz ölkələrinə müəmmalı təklif – Tehran nə istəyir?
  • Dünən, 19:47
    Paşinyan açıqladı: Hökuməti onlar idarə edəcək…
  • Dünən, 18:26
    Dabanlarınız çatlayırsa – Bu 2 xəstəlikdən yoxlanın
  • Dünən, 18:20
    Mənə soyuq dəyib - Tibdə bu diaqnoz varmı?
  • Dünən, 17:52
    İsrail və Livan razılaşmaya yaxındır – Rubio
  • Dünən, 16:19
    Qiyamət savaşı: 500 milyard dollarlıq həmlə – “Qızıl Günbəz” hansı ölkəni sarsıdacaq?
  • Dünən, 15:15
    Göz hərəkətlərinə nəzarət itiriləndə nə baş verir? - Oftalmoloqdan XƏBƏRDARLIQ
  • Dünən, 14:21
    Sakit Okeanda genişmiqyaslı dəniz təlimləri başladı
  • Dünən, 13:39
    Xankəndidə bu sözü deməsəydim, indi Ermənistan yox idi - Paşinyan
  • Dünən, 12:11
    Diabet riski yüksək olan qan qrupu açıqlandı
  • Dünən, 11:40
    Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq?
  • Dünən, 10:34
    Rumıniya və Moldova birləşmə yolunda: İlkin addım...
  • Dünən, 09:02
    Mütəxəssislərdən ağız quruluğu xəbərdarlığı - Bir çox xəstəliklərin ilk əlaməti
  • 25-06-2026, 22:54
    Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 bürc
  • 25-06-2026, 21:28
    Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur
  • 25-06-2026, 20:30
    Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi
  • 25-06-2026, 19:43
    ABŞ KAAN üçün hərəkətə keçdi - Maneələr aradan qaldırılır
  • 25-06-2026, 18:16
    Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi
  • 25-06-2026, 17:34
    İsrail ilk dəfə açıqladı - “İrana qarşı əməliyyata bu ölkədə hazırlaşmışdıq”
  • 25-06-2026, 16:22
    Moskva qərarını verdi: Bundan sonra hər şeyi cəbhə həll edəcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə