• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Zehni rahatlıq üçün bu qaydalara əməl edin
Dişlərin yenidən çıxmasını təmin edən dərman sınaqdan keçirildi
Trampdan İranla bağlı kritik açıqlama: 3 saat ərzində…
Suriya Livana müdaxilə edə bilərmi?
Albalının gizli gücü: iltihab, təzyiq, immunitet, ürək...
Hakan Fidan Moskvada Lavrovla nələri müzakirə edəcək?
Bakının məşhur “düşməni” Türkiyəni hədəf aldı – İki dövlət məsələsi gündəmdə
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - STATİSTİKA
Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı
Sülh sazişi: Qətər nümayəndə heyəti İrana getdi
Qan damarlarına zərər verən və qanı qatılaşdıran qidalar
Pensiyalar haqda mühüm xəbər: üstünə faiz gəlir? – RƏSMİ
Azərbaycan və ABŞ rəsmiləri TRİPP-i müzakirə etdi
Səhər acqarına sarımsaq udmaq - nəyə xeyirdir?
Son zamanların bəlası: patoloji yorğunluq nədir?
Siqareti tərgitdikdən sonra ağciyərlərdə nə baş verir?
Avropa ölkəsi Tayvanla bağlı qərar verdi
Hava limanları özəlləşdirilir: Kim qazanacaq?
Axşama doğru ayaqlar şişir və ağırlaşır?
Rusiyada “hakimiyyət” dəyişdi: KQB-nin varisindən rusları təşvişə salan QƏRAR
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Müharibənin 1 ayı: Qalib yoxdur, ABŞ İranda quru əməliyyatına başlayacaq?

Xəbərlər

31-03-2026, 17:33

Müharibənin 1 ayı: Qalib yoxdur, ABŞ İranda quru əməliyyatına başlayacaq?



ABŞ və İsrailin fevralın 28-dən etibarən İrana qarşı başlatdığı hərbi əməliyyatların üzərindən artıq bir ay keçir. İlk günlərdə qısa müddətdə başa çatacağı deyilən müharibə uzandıqca, tərəflərin gözləntilərinin nə dərəcədə reallaşdığı, eləcə də qarşıdakı mərhələdə hansı ssenarilərin mümkün olduğu daha çox müzakirə edilir.

Mövzu ilə bağlı Publika.az-a danışan politoloq Elxan Şahinoğlu münaqişənin hazırkı vəziyyətini və ehtimal olunan inkişaf istiqamətlərini dəyərləndirdi.

Qalib hələ yoxdur

Politoloq dedi ki, hərbi əməliyyatların artıq bir ayı tamam olsa da, müharibənin hələ də aydın qalibi yoxdur. Onun sözlərinə görə, əvvəlcə müharibənin 4-5 gün, daha sonra isə 4-5 həftə çəkəcəyi deyilirdi, lakin artıq bir ay keçməsinə baxmayaraq qarşıdurma davam edir.

Politoloq vurğuladı ki, ABŞ bu müddət ərzində müəyyən hərbi hədəflərə nail olub:

“İranın uran zənginləşdirmə potensialı təxminən 10 il geri salınıb, ballistik raket istehsalına ciddi zərbələr endirilib. Sənaye müəssisələrinin böyük hissəsi dağıdılıb və onların bərpası onilliklər tələb edə bilər. Həmçinin ABŞ və İsrail İranın hava hücumundan müdafiə sistemlərini sıradan çıxarıb, hərbi gəmilərin əhəmiyyətli hissəsi məhv edilib, hərbi aviasiya isə demək olar ki, fəaliyyətsiz vəziyyətə salınıb”.

Əsas məsələ - rejim yerindədir

Politoloq bildirdi ki, bütün bu itkilərə baxmayaraq, əsas məsələ rejimin hələ də hakimiyyətdə qalmasıdır.

"Rejim nə çöküb, nə dəyişib, nə də kənardan idarə olunan vəziyyətə düşüb. Bəzi yüksək vəzifəli şəxslərin və generalların öldürülməsi ciddi itkilər olsa da, bu, hakimiyyətin mövqeyini sarsıtmayıb", - deyə Elxan Şahinoğlu əlavə etdi.

Hörmüz boğazında risklər artır

Hörmüz boğazı ətrafında vəziyyətin ağır olaraq qaldığını deyən politoloq bildirdi ki, İran bu strateji nöqtədə gərginliyi artırarsa, bu, ABŞ üçün əməliyyatların nəticəsini sual altına sala bilər: "Məhz bu səbəbdən ABŞ-ın quru əməliyyatına hazırlaşması ehtimalı gündəmdədir".

E.Şahinoğlu hesab edir ki, İran kimi böyük bir ölkədə genişmiqyaslı quru əməliyyatı keçirmək son dərəcə risklidir. Onun sözlərinə görə, belə bir əməliyyat üçün 500-600 minlik qoşun kontingenti tələb oluna bilər:

“Bu halda çox sayda amerikalı hərbçinin həlak olması ehtimalı var və bu, ABŞ daxilində müharibəyə qarşı etirazları gücləndirə, eyni zamanda Donald Trampın mövqeyini zəiflədə bilər”.



Lokal əməliyyatlar real deyil

Politoloq qeyd etdi ki, alternativ olaraq ABŞ-ın lokal əməliyyatlarla İran rejimini təslim olmağa məcbur etməsi ehtimalı da müzakirə olunur, lakin bu ssenari real görünmür: "Çünki İran rejimi zəifləsə də, ölkə daxilində nəzarəti saxlayır və müharibəni davam etdirmək niyyətindədir. Raket hücumları ilə bağlı qərarlar da məhz hakimiyyət tərəfindən verilir və bəzən bu qərarlar məntiqsiz təsir bağışlayır".

Hakimiyyət daxilində fikir ayrılığı

İran hakimiyyəti daxilində fikir ayrılıqları olduğu ehtimal edilir. Politoloqun sözlərinə görə, prezident və onun ətrafı artıq müharibənin ölkəni daha da zəiflətdiyini anlayır:

"Hətta müharibə bu gün dayansa belə, İran iqtisadiyyatının bərpası üçün onilliklər lazım olacaq. Sənaye müəssisələrinin dağıdıldığı və 90 milyonluq ölkədə geniş miqyaslı işsizlik yarana bilər. Artıq indidən inflyasiya və iqtisadi çətinliklər müşahidə olunur. Müharibədən sonra ölkənin bərpası son dərəcə çətin olacaq. Məhz bu səbəbdən İran prezidenti ilə hərbi rəhbərlik arasında ciddi fikir ayrılığının yaranması istisna deyil".

Elxan Şahinoğlunun dediklərindən ümumi nəticə çıxarsaq, bir aylıq müharibənin nəticələri göstərir ki, tərəflərdən heç biri hələlik həlledici üstünlük əldə edə bilməyib və qarşıdakı dövrdə həm diplomatik həll, həm də daha genişmiqyaslı hərbi ssenarilər ehtimal olaraq qalır.

Oxunub: 81
Paylaş:
Digər xəbərlər

Xəbərlər

28-02-2026, 20:23

Sərhədimizdə dəhşətli müharibə gedir: İranda hansı ssenari baş verə bilər?

Xəbərlər

23-02-2026, 11:20

Moskvanın iki planı fiaskoya uğradı: Ukraynadan 4 illik inanılmaz həmlə

Xəbərlər

1-10-2025, 10:06

İrana hücumla bağlı hazırlıq gedir: bu dəfə fərqli olacaq! – Dəhşətli ssenari

Xəbərlər

28-03-2025, 11:39

İsrail və ABŞ-a ballistik raket hücumu - Hərbi bazalar və təyyarə gəmiləri vuruldu

Xəbərlər

24-12-2024, 11:35

Bu müharibənin bir qalibi var: Avropa İttifaqını Rusiyaya belə uduzdurdu

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Zehni rahatlıq üçün bu qaydalara əməl edin
Dişlərin yenidən çıxmasını təmin edən dərman sınaqdan keçirildi
Trampdan İranla bağlı kritik açıqlama: 3 saat ərzində…
Suriya Livana müdaxilə edə bilərmi?
Albalının gizli gücü: iltihab, təzyiq, immunitet, ürək...
Hakan Fidan Moskvada Lavrovla nələri müzakirə edəcək?
Son xəbərlər
  • Dünən, 22:26
    Zehni rahatlıq üçün bu qaydalara əməl edin
  • Dünən, 21:00
    Dişlərin yenidən çıxmasını təmin edən dərman sınaqdan keçirildi
  • Dünən, 20:33
    Trampdan İranla bağlı kritik açıqlama: 3 saat ərzində…
  • Dünən, 19:11
    Suriya Livana müdaxilə edə bilərmi?
  • Dünən, 18:17
    Albalının gizli gücü: iltihab, təzyiq, immunitet, ürək...
  • Dünən, 17:50
    Hakan Fidan Moskvada Lavrovla nələri müzakirə edəcək?
  • Dünən, 16:08
    Bakının məşhur “düşməni” Türkiyəni hədəf aldı – İki dövlət məsələsi gündəmdə
  • Dünən, 15:36
    Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - STATİSTİKA
  • Dünən, 14:25
    Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı
  • Dünən, 13:42
    Sülh sazişi: Qətər nümayəndə heyəti İrana getdi
  • Dünən, 12:21
    Qan damarlarına zərər verən və qanı qatılaşdıran qidalar
  • Dünən, 11:17
    Pensiyalar haqda mühüm xəbər: üstünə faiz gəlir? – RƏSMİ
  • Dünən, 10:25
    Azərbaycan və ABŞ rəsmiləri TRİPP-i müzakirə etdi
  • Dünən, 09:14
    Səhər acqarına sarımsaq udmaq - nəyə xeyirdir?
  • 13-06-2026, 22:51
    Son zamanların bəlası: patoloji yorğunluq nədir?
  • 13-06-2026, 21:24
    Siqareti tərgitdikdən sonra ağciyərlərdə nə baş verir?
  • 13-06-2026, 20:02
    Avropa ölkəsi Tayvanla bağlı qərar verdi
  • 13-06-2026, 19:16
    Hava limanları özəlləşdirilir: Kim qazanacaq?
  • 13-06-2026, 18:14
    Axşama doğru ayaqlar şişir və ağırlaşır?
  • 13-06-2026, 17:33
    Rusiyada “hakimiyyət” dəyişdi: KQB-nin varisindən rusları təşvişə salan QƏRAR
  • 13-06-2026, 17:05
    Paşinyanın qatı düşməni də parlamentə girə bilər – Surenyantsdan xəbərdarlıq
  • 13-06-2026, 16:36
    ABŞ İranla sülh sazişi imzalayır - Pakistan XİN TARİX VERDİ
  • 13-06-2026, 15:49
    Qara zirə yağının 8 əsas faydası – Radiasiyadan qoruyur?
  • 13-06-2026, 14:39
    Şimali Kiprdə tarixi qərar: 63 ildən sonra yenidən açıldı
  • 13-06-2026, 13:19
    Trampdan SÜLH AÇIQLAMASI - “Uyğun vaxtda müsadirə edib məhv edəcəyik”
  • 13-06-2026, 12:02
    Bədəndə duz harada və necə yığılır? - Həqiqətlər və miflər
  • 13-06-2026, 11:57
    Çin yüzlərlə Rusiya əsgərini Ukrayna döyüşlərinə hazırlayırmış - Aİ faktlar aşkarlayıb
  • 13-06-2026, 10:44
    Üç Avropa ölkəsi Rusiya və Belarus sərhədində hərbi təlimlər keçirəcək
  • 13-06-2026, 09:08
    Banan qabıqlarına duz səpməyin səbəbi məlum oldu: Faydalıdır
  • 12-06-2026, 22:14
    Niyə arıqlaya bilmirik? – 4 açar səbəb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə