Suriyanın Livana müdaxiləsi ilə bağlı hələ də müxtəlif şayiələr gəzir. Lakin bunlar doğru deyil.
Axar.az xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd əş-Şara qeyd edib.
“Biz həmişə müharibənin dayandırılmasını, dövlət qurumlarının gücləndirilməsini, iqtisadi inteqrasiyanın artırılmasını və Livandakı vəziyyətin mümkün qədər sabitləşməsini müdafiə etmişik”, - deyə o bildirib.
İki ölkə arasında uzun müddətdir problemlərin olduğunu vurğulayan Şara Livanın Suriyanın müdaxilələri ilə bağlı mənfi xatirələrə sahib olduğunu, Suriyanın isə Hizbullahın ölkədəki fəaliyyətindən qaynaqlanan narahatlıqları olduğunu deyib.
Şara sərhədlərin müəyyənləşdirilməsi prosesinin yeni mübahisələrə səbəb olmamalı olduğunu vurğulayaraq söyləyib ki, hazırkı dövrdə prioritet Livanın sabitliyinə töhfə verəcək iqtisadi əməkdaşlıq və inkişaf layihələri olmalıdır.
Suriya lideri bu səbəblə sərhədlərin delimitasiyası ilə bağlı danışıqların hələlik təxirə salındığını əlavə edib. Onun fikrincə, Şəbaa fermaları məsələsi başda olmaqla, sərhəd məsələləri üzrə həllini gözləyən çoxsaylı texniki və siyasi problemlər mövcuddur.