• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Niyə arıqlaya bilmirik? – 4 açar səbəb
Sol tərəf üstə yatmağın faydaları
İran və ABŞ arasında 14 maddəlik razılaşma mətni açıqlandı
1 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir
İsti havalarda nə qədər su içməliyik?
Müharibədə geridönüş: Ukrayna Rusiyaya qalib gəlir
Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
Sintioqrafiya: Nədir, necə aparılır və hansı xəstəliklərdə istifadə olunur?
Türkiyə iki ölkəni hədələdi: Cavabı sərt olacaq!
Bakı merini özümüz seçəcəyik? – Vacib qərar verildi, detallar bilindi
Ağcaqanad dişləməsindən sonra bu əlamətlərə diqqət edin
“Bakıda həbsdə olan ermənilər…” – Paşinyandan yeni açıqlama
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Allergiya yaradan mövsüm meyvələri açıqlandı
Bu bitki baş ağrısını yox edir, sinirləri sakitləşdirir
Baş ağrısı nə zaman xərçəngə işarə edir?
İstanbul Bəyannaməsi Ermənistanı qorxutdu: Cənubi Qafqazda cəmi iki dövlət var?
Orta Şərqdə yeni güc oyunu: Türkiyə-İsrail rəqabəti və müharibə təhlükəsi
Cavanlıq iksiri tapıldı - Alimlərdən yeni kəşf
Pentaqon Kubanı hədələdi: Buna cəhd etməyin, ağılsızlıq olar
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Ekstrasistoliya - Ürəkdə narahatçılığın səbəbi

Səhiyyə

11-04-2019, 12:57

Ekstrasistoliya - Ürəkdə narahatçılığın səbəbi

Ürəyin ritm pozulmaları arasında ən çox rast gəlinən ekstrasistoliya - ürək əzələsinin heterotrop oyanması və vaxtından əvvəl yığılması ilə xarakterizə olunur.

Təxminən hər 10 xəstədən 6-da müşahidə olunan ekstrasistoliyanın rastgəlmə tezliyi 50 yaşdan sonra 90 faizə çatır. Əslində sağlam ürək də sutka ərzində 200 dəfə növbədənkənar yığıla bilər. Həmin vəziyyət əsasən sağlam halda stress zamanı, siqaret, alkoqol, tünd çay və ya qəhvə qəbul edəndə baş verir və funksional xarakter daşıyır. Bəzən də vegetativ və psixoemosional pozulmalar zamanı və ağır fiziki yüklənmə nəticəsində yaranır.

Əgər ekstrasistoliya ürəyin üzvi xəstəlikləri, xüsusən də miokardit, ürəyin işemik xəstəliyi, klapanlarda qüsur, kardiomiopatiya fonunda inkişaf edirsə, adətən patoloji olur. Ürək əzələsinə toksiki təsir göstərən ürəkdənkənar xəstəliklər – allergik reaksiyalar, infesiya, intoksikasiya, tireotoksikoz, zəhərlənmə və şiş prosesləri də ekstrasistoliyaya səbəb olur.

Əlamətlər

Ekstrasistoliya çox vaxt özünü heç bir əlamətlə büruzə vermir, onun simptomları orqanizmin xüsusiyyət və xəstəliyin formasından asılıdır. Bir çox xəstələr heç bir narahatlıq hiss etmir və ritm pozulması təsadüfən EKQ müayinəsində aşkar olunur. Lakin patologiyanı çox ağır keçirən xəstələr də var. Adətən ekstrasistoliya bərk ürək vurğusu, ürəyin dayanmaq hissi və ya qısa dayanmadan sonra vurğuların kəskin şəkildə bərpa olunması kimi üzə çıxır. Ekstrasistolalar ürək nahiyəsində ağrı ilə yanaşı bəzi vegetativ və nevroloji simptomlar – dərinin solğunluğu, həyəcan, qorxu hissi, hava çatışmazlığı hissiyyatı və tərbasma ilə müşayiət olunur.

Oyanma ocağının yerləşməsindən asılı olaraq ekstrasistolalar qulaqcıq, atrioventrikulyar (qulaqcıq-mədəcik), mədəcik və sinus düyünün əmələ gələn sinus taxikardiyası qruplarına bölünür:

Oyanma ocaqlarına görə isə bir neçə forma ayırd edilir:

- monotrop ekstrasistolalar – bir oyanma ocağı və kardioqrammda stabil interval;

- politop ekstrasistolalar – bir neçə oyanma ocağı və müxtəlif intervallar;

- dayanıqsız paroksizmal taxikardiya – bir-birinin ardınca gələn bir neçə ekstrasistola.

Diaqnostika

Ekstrasistoliya diaqnozu kardioloq və ya terapevt tərəfindən xəstənin şikayətləri, əsasən də hər hansı bir ürək xəstəliyi zamanı elektrokardiqrafiya və ehtiyac olarsa sutkalıq EKQ-monitorlaşması əsasında qoyulur.

Müalicə

Müalicə metodları ekstrasistoliyanın səbəbi, forması və ağırlıq dərəcəsindən asılı olaraq dəyişir. Ekstrasistoliya narahatlıq və aşkar simptomlar vermirsə onu müalicə etməyə ehtiyac yoxdur. Ekstrasistoliya xəstədə narahatlıq yaradanda ilk növbədə sedativ preparatlar və antidepressantlar təyin olunur. Trankvilizatorların təsirindən ekstrasistoliya tam keçə və ya xəstə onu hiss etməyəcək dərəcədə azala bilər.

Aritmiya zamanı xəstəni ağır fiziki yüklənmə, kəskin dönmə və aşağı əyilməkdən çəkindirmək lazımdır. Tez-tez və kiçik porsiyalarla qidalanmaq, xüsusən axşam saatlarında çox yeməkdən çəkinmək lazımdır, çünki mədənin dolması ürək ritminin pozulmasına səbəb olur. Qazlı içkilər, meteorizmə və qəbizliyə səbəb olan məhsullar qida rasionundan çıxarılmalıdır.

Ekstrasistoliya zamanı qanda kaliumun səviyyəsi nəzarətdə saxlanılmalıdır, çünki kaliumun aşağı konsentrasiyası zamanı ən güclü antiaritmik preparatlar da səmərəsiz olur. Onu mütəmadi olaraq quru meyvələr, xüsusən də qaysı, kişmiş, qara gavalı qurusu, banan və alma yeməklə, bəzən də dərman preparatları ilə qaydaya salmaq olar.

Aritmiya tutması zamanı xəstə sakitləşməli, rahat vəziyyətdə oturmalı, başgicəllənməsi varsa uzanmalı, yaxası açılmalı, tənəffüsünü çətinləşdirən geyim çıxarılmalı, təmiz hava axını yaradılmalıdır. Stress vəziyyəti ilə əlaqədar baş verən ürəkdöyünməni aradan qaldırmaq üçün sedativ preparatlar və ya sakitləşdirici bitki dəmləmələri qəbul olunmalıdır.

Ekstrasistoliya residivləşən gedişə malikdir. Lakin ekstrasistola əksər hallarda xəstənin iş qabiliyyətini azaltmasa da, aritmiyanın başqa növləri ilə ağırlaşa bilir.

Sizə ekstarsistoliyanın xalq təbabəti üsulları ilə müalicəsini təqdim edirik.

RESEPTLƏR

Aritmiya zamanı

1 xörək qaşığı qurudulmuş pişikotu kökləri 1 stəkan qaynar suda 1 saat dəmlənir, gündə 3 dəfə 1 xörək qaşığı qəbul edilir.

Sedativ çay

2 filtr-bağlama Sedativ çay yarım stəkan suda dəmlənir, gündə 2-3 dəfə, hər dəfə yarım stəkan içilir. Qəbul müddəti 1 aydır.

Kəskin ağrılar zamanı

Bəzi hallarda ekstrasistolik tutma ağrı ilə müşayiət olunur. Göyçiçək dəmləməsi ağrını aradan qaldırmaq üçün ən yaxşı vasitələrdən biri hesab olunur. Onu hazırlamaq üçün 1 çay qaşığı quru çiçəklər üzərinə 1 stəkan qaynar su tökülür, ağzı bağlı qabda 1 saat dəmlənəndən sonra gündə 3 dəfə yeməkdən 20 dəqiqə əvvəl içilir.

Normal ürək ritmi üçün

Ekstrasistoliya zamanı ürək ritminin pozulduğuna görə ritmi bərpa edən bitkilər onu aradan qaldırmağa kömək edir. 2 xörək qaşığı gülümbahar çiçəyi 2 stəkan suda 2 saat dəmlənir, gündə 4 dəfə yarım stəkan içilir.

Tonuslandırıcı vasitə

Yemişan, xüsusən də onun cövhəri ürək əzələsi üçün ən yaxşı tonuslandırıcı vasitədir və ekstrasistoliya zamanı yüksəlmiş arterial təzyiqi aşağı salaraq sakitləşdirici təsir göstərir. Cövhəri hazırlamaq üçün 10 qram meyvə 100 qram 40 faizli spirtdə və qaranlıq yerdə 10 gün saxlanır. Süzülmüş yemişan cövhəri gündə üç dəfə 10 damcıdan çox olmamaq şərtilə qəbul olunur. Dozalanmadan artıq qəbulu əks effektə səbəb ola bilər.

Ekstrasistoliya əleyhinə

Ağ turpun təzə sıxılmış şirəsi yarıbayarı balla qarışdırılır, soyuducuya və ya sərin yerə qoyulur. Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 xörək qaşığı yeyiləndə ürək əzələsinin işini yaxşılaşdırır və vurğuların sayını stabilləşdirir. Bala və ya turpa qarşı allergiyası olanların reseptdən istifadə etməsi məsləhət görülmür.

Oxunub: 1 118
Paylaş:
Digər xəbərlər

Səhiyyə

24-02-2019, 19:27

Ürək nevrozu - SİMPTOMLARI VƏ MÜALİCƏSİ

Manşet / Gündəm / Səhiyyə

25-01-2019, 01:04

Ekstrasistoliya. Ürəkdə narahatçılığın səbəbi

Manşet / Gündəm / Səhiyyə

5-07-2018, 10:43

Ürəyin işemik xəstəliyi...

Manşet / Səhiyyə

14-05-2018, 08:09

Kardiomiopatiyalar ürək əzələlərinin xəstəlikləridir

Manşet / Gündəm / Səhiyyə

13-03-2018, 09:04

Ailə Həkimi Klinikası - Ürək ritminin pozulmaları

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Niyə arıqlaya bilmirik? – 4 açar səbəb
Sol tərəf üstə yatmağın faydaları
İran və ABŞ arasında 14 maddəlik razılaşma mətni açıqlandı
1 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir
İsti havalarda nə qədər su içməliyik?
Müharibədə geridönüş: Ukrayna Rusiyaya qalib gəlir
Son xəbərlər
  • Dünən, 22:14
    Niyə arıqlaya bilmirik? – 4 açar səbəb
  • Dünən, 21:43
    Sol tərəf üstə yatmağın faydaları
  • Dünən, 20:18
    İran və ABŞ arasında 14 maddəlik razılaşma mətni açıqlandı
  • Dünən, 19:47
    1 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir
  • Dünən, 18:29
    İsti havalarda nə qədər su içməliyik?
  • Dünən, 17:47
    Müharibədə geridönüş: Ukrayna Rusiyaya qalib gəlir
  • Dünən, 16:36
    Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
  • Dünən, 15:09
    Sintioqrafiya: Nədir, necə aparılır və hansı xəstəliklərdə istifadə olunur?
  • Dünən, 14:59
    Türkiyə iki ölkəni hədələdi: Cavabı sərt olacaq!
  • Dünən, 13:22
    Bakı merini özümüz seçəcəyik? – Vacib qərar verildi, detallar bilindi
  • Dünən, 12:11
    Ağcaqanad dişləməsindən sonra bu əlamətlərə diqqət edin
  • Dünən, 11:26
    “Bakıda həbsdə olan ermənilər…” – Paşinyandan yeni açıqlama
  • Dünən, 10:05
    Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
  • Dünən, 09:13
    Allergiya yaradan mövsüm meyvələri açıqlandı
  • 11-06-2026, 22:55
    Bu bitki baş ağrısını yox edir, sinirləri sakitləşdirir
  • 11-06-2026, 21:23
    Baş ağrısı nə zaman xərçəngə işarə edir?
  • 11-06-2026, 20:12
    İstanbul Bəyannaməsi Ermənistanı qorxutdu: Cənubi Qafqazda cəmi iki dövlət var?
  • 11-06-2026, 19:41
    Orta Şərqdə yeni güc oyunu: Türkiyə-İsrail rəqabəti və müharibə təhlükəsi
  • 11-06-2026, 18:11
    Cavanlıq iksiri tapıldı - Alimlərdən yeni kəşf
  • 11-06-2026, 17:29
    Pentaqon Kubanı hədələdi: Buna cəhd etməyin, ağılsızlıq olar
  • 11-06-2026, 16:14
    Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
  • 11-06-2026, 15:43
    Qəbizliyin təhlükəli əlamətləri - mütəxəssis açıqladı
  • 11-06-2026, 14:47
    Onların neftinin yarısını alacağıq – Trampdan İranla bağlı sensasion açıqlama
  • 11-06-2026, 13:30
    Ankara və İrəvandan gözlənilməz addım: Bu sərhəd-keçid məntəqələri açılacaq
  • 11-06-2026, 12:13
    Ani və anlıq başgicəllənmənin səbəbləri nələrdir?
  • 11-06-2026, 11:05
    KTMT Ermənistanla bağlı qərar qəbul etdi - Lavrov rəsmən açıqladı
  • 11-06-2026, 10:38
    Türkiyənin bu addımı İsraili ayağa qaldırdı - Təl-Əviv çıxış yolu axtarır
  • 11-06-2026, 09:00
    Səhərlər etdiyimiz bu səhv sağlamlığa təsir edir
  • 10-06-2026, 22:39
    Qarpız yemək üçün 10 səbəb
  • 10-06-2026, 21:00
    Qarında qaz, ağrı, qəbizlik, dəridə səpkilər... - Yüksəlmiş bağırsaq keçiriciliyi sindromunun FƏSADLARI
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə