“KTMT üzvü olan dövlətlər Ermənistanı təşkilatdan xaric etmək qərarına gəlsələr, biz bu qərarı nəzərə almaq məcburiyyətində qalacağıq”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan seçkilərdən sonra keçirdiyi ilk mətbuat kofnransında deyib.
O bildirib ki, başqa heç nə etmək imkanında deyillər. Paşinyan Ermənistanın Avrasiya İqtisadi Birliyinə yanaşmasının da dəyişmədiyini bildirib.