Qəbizlik müasir insanlar arasında ən geniş yayılmış pozulmalardan biridir. Qəbizliyin xroniki hal alması çox təhlükəlidir ki, bu zaman yoğun bağırsağın müxtəlif ağır xəstəliklərinin və o cümlədən xərçəngin riski qat-qat artır.
Bu səbəbdən qəbizliklə mütləq mübarizə etmək lazımdır. Bu məqsədlə bəzi təbii vasitələrdən istifadə çox yaxşı nəticələr verə bilər.
Belə ki, Böyük Britaniya alimləri araşdırmalar zamanı aşkar ediblər ki, yulaf yarması, kətan toxumu və buğda kəpəyinin müntəzəm istehlakı insanı hətta ağır qəbizlikdən xilas edə bilər. Qəbizliyi yox etmək üçün ketan toxumu və buğda kəpəyini hər gün salat və yeməklərə əlavə etmək, yulaf yarmasından isə kisel bişirmək olar.
Digər çox effektli vasitə adi hər yerdə bitən bağayarpağıdır. Bu möcüzəvi bitkinin bir çox faydalı xüsusiyyətləri var. Bağayarpağı həmçinin qəbizliyi də müalicə edir. Bu məqsədlə təzə bağayarpağını salatlara əlavə etmək və ya digər göyərtilərlə birlikdə yemək olar.
Təbii ki, bağayarpağı ekoloji təmiz yerlərdə yığılmalıdır.
Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, bütün dünyada qastroenteroloqlar qəbizliyə qalıb gəlmək üçün 3 çox sadə qaydaya əməl etməyi tövsiyə edirlər:
- Qidalanmada liflərlə zəngin olan məhsulların (tərəvəz, meyvə, göyərti) miqdarını artırın
- Kifayət qədər su için (təxminən 1,5 l təmiz qazsız su)
- Fiziki aktivliklə məşğul olun.